Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3396/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 267,5 manat ödənilməmiş hissə, 26,5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 335,84 manat ödəniməmiş hissə, 33,16 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1139,58 manat ödənilməmiş hissə, 113,42 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 468,4 manat ödənilməmiş hissə, 46,6 manat cərimə olmaqla ümumilikdə 2431 manat məbləğində pul və 44,31 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh “Xiaomi Redmi 10”, “Xiaomi Redmi 9C” markalı telefonlar, “İpad 9” markalı planşet, “Milan” markalı qonaq-masa, tv stend, 6 ədəd stul-Venetsiya, Ronda –yumşaqkunc-sağ uzun əşyalar almışdır. Müqavilələr üzrə cavabdeh cəmi 2905,3 manat məbləğində ödəniş etməklə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və nəticədə 2431 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki: -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 641,14 manat olan “Xiaomi Redmi 10” markalı telefon, reklam bloklayıcı və digər xitmətlərlə Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 53,5 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 507,1 manat olan “Xiaomi Redmi 9C” markalı telefon, reklam bloklayıcı və digər xidmətlərlə Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 42,32 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 09412036 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1139,58 manat olan “İpad 9” markalı planşet, qızıl zəmanət xidməti ilə Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 63,31 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21250656 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 2827,2 manat olan mebel əşyaları Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 117,8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. - maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 267,5 manat ödənilməmiş hissə, 26,5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 335,84 manat ödəniməmiş hissə, 33,16 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1139,58 manat ödənilməmiş hissə, 113,42 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 468,4 manat ödənilməmiş hissə, 46,6 manat cərimə olmaqla ümumilikdə 2431 manat məbləğində borcu mövcuddur. -cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilmədiyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. -********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 44,31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 417-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında müqavilələr üzrə ödənilməmiş borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, müqavilələr üzrə cavabdehdən yüksək məbləğdə cərimə tələb olunduğundan həmin cərimələr azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə yaranmış 267,5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 26,5 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə yaranmış 335,84 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 33,16 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli 09412036 saylı müqavilə üzrə yaranmış 1139,58 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 113,42 manat cərimə pulunun, xx.xx.2020-ci il tarixli 21250656 saylı müqavilə üzrə yaranmış 468,4 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 46,6 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə müqavilə üzrə 5 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı üzrə 10 manat, xx.xx.2022-ci il tarixli 09412036 saylı müqavilə üzrə 50 manat, xx.xx.2020-ci il tarixli 21250656 saylı müqavilə üzrə 20 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 267,5 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 335,84 manat ödəniməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli 09412036 saylı müqavilə üzrə 1139,58 manat ödənilməmiş hissə, 50 manat cərimə və xx.xx.2020-ci il tarixli 21250656 saylı müqavilə üzrə 468,4 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla ümumilikdə 2296,32 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 44,31 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 217, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 267,5 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 335,84 manat ödəniməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli 09412036 saylı müqavilə üzrə 1139,58 manat ödənilməmiş hissə, 50 manat cərimə və xx.xx.2020-ci il tarixli 21250656 saylı müqavilə üzrə 468,4 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla ümumilikdə 2296,32 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 44,31 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3396/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3396/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver