Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3413/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1969-cu il təvəllüdlü Cavabdeh 25 iyun 2021-ci il tarixli, MRK5882954saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 480 (dörd yüz səksən) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat cərimə borcu, 24 noyabr 2021-ci il tarixli, MRK6006188 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 570 (beş yüz yetmiş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat cərimə borcu, 07 sentyabr 2021-ci il tarixli, QQK5992958 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1750 (min yeddi yüz əlli) manat əsas borc, müqavilə üzrə hesablanmış 350 (üç yüz əlli) manat cərimə borcu və 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 3404 (üç min dörd yüz dörd)manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 25 iyun 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 900 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 480 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 3168 (üç min yüz altımış səkkiz) manat cərimə borcu yaranmışdır (480 manat x 660 gün x 1%=3168 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti12 ay olmaqla 24 noyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 784 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 570 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 3420 (üç min dörd yüz iyirmi) manat cərimə borcu yaranmışdır (570 manat x 600 gün x 1%=3420 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 07 sentyabr 2021- ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2889 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1750 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 9975 (doqquz min doqquz yüz yetmiş beş) manat cərimə borcu yaranmışdır (1750 manat x 570 gün x 1%=9975 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 350 (üç yüz əlli ) manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 25 iyun 2021-ci il tarixli, MRK5882954 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 480 (dörd yüz səksən) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 24 noyabr 2021-ci il tarixli, MRK6006188saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 570 (beş yüz yetmiş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat cərimə borcu, 07 sentyabr 2021-ci il tarixli, QQK5992958saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1750 (min yeddi yüz əlli) manat əsas borc, müqavilə üzrə hesablanmış 350 (üç yüz əlli) manat cərimə borcu və 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 3404 (üç min dörd yüz dörd) manat pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 25 iyun 2021-ci il tarixdə MRK5882954 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC müddəti 15 ay olmaqla dəyəri 900 manat olan məişət avadanlığı almışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24 noyabr 2021-ci il tarixdə MRK6005188 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC müddəti 12 ay olmaqla dəyəri 784 manat olan məişət avadanlığı almışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə QQK5992958 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC müddəti 15 ay olmaqla dəyəri 2889 manat olan məişət avadanlığı almışdır. İş materiallarında olan 2892 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixində bağlanmış MRK5882954 saylı müqavilə üzrə ödənilməmiş 480,00 AZN, xx.xx.2021İ-ci il tarixində bağlanmış MRK6006188 saylı müqavilə üzrə ödənilməmiş 570,00 AZN, xx.xx.2021-ci il tarixində bağlanmış QQK5992958 saylı müqavilə üzrə ödənilməmiş 1750 AZN olmaqla ümumilikdə 2800,00 AZN əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 480 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 570 manat, xx.xx.2021-ci tarixli müqaviləyə əsasən 1750 manat borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 480 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 100 manat dəbbə (cərimə) pulunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 570 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 100 manat dəbbə (cərimə) pulunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1750 manat əsas borca münasibətdə cavabdehdən 350 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 5 manat dəbbə (cərimə) pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 10 manat dəbbə (cərimə) pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 20 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 48,35 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 5,6 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 480 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 570 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1750 manat ödənilməmiş hissə, 20 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 48,35 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 480 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 570 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1750 manat ödənilməmiş hissə, 20 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 48,35 manat olmaqla, ümumilikdə 2883,3 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 5,6 manatı İddiaçı MMC-nın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-3413/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3413/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver