Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3469/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********32796 İPHONE 14 PRO MAX markalı telefon, DEVİACASE üçün 2840.53 (iki min səkkiz yüz qırx manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 596.47 (beş yüz doxsan altı manat qırx yeddi qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********14589 İPHONE 13 MİNİ markalı telefon üçün 1829.88 (min səkkiz yüz iyirmi doqquz manat səksən səkkiz qəp) manat ödənilməmiş hissə, 224.12 (iki yüz iyirmi dörd manat on iki qəp) manat dəbbə borcu olmaqla, ümumilikdə 5491 manat borc, 74.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********32796 İPHONE 14 PRO MAX markalı telefon, DEVİA CASE, İMEİ KODU **********14589 İPHONE 13 MİNİ markalı telefon almış və nəticədə 5491 (beş min dörd yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5116.14 (beş min yüz on altı manat on dörd qəpik) manat (18 ay x 284.23 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********32796 İPHONE 14 PRO MAX markalı telefon, DEVİACASE üçün ümumilikdə, 3437 (üç min dörd yüz otuz yeddi) manat olmaqla ondan, 2840.53 (iki min səkkiz yüz qırx manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 596.47 (beş yüz doxsan altı manat qırx yeddi qəpik) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2230.88 (iki min iki yüz otuz manat səksən səkkiz qəpik) manat (18 ay x 107.66 manat + 293 manat ilkin ödəniş) olan İMEİ KODU **********14589 İPHONE 13 MİNİ markalı telefon üçün ümumilikdə, 2054 (iki min əlli dörd) manat olmaqla ondan, 1829.88 (min səkkiz yüz iyirmi doqquz manat səksən səkkiz qəp) manat ödənilməmiş hissə, 224.12 (iki yüz iyirmi dörd manat on iki qəp) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2676.61 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə onların iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Keçirilmiş məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 03673840 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 5116.14 (beş min yüz on altı manat on dörd qəpik) manat (18 ay x 284.23 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********32796 İPHONE 14 PRO MAX markalı telefon, DEVİACASE Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 284.23 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 2230.88 (iki min iki yüz otuz manat səksən səkkiz qəpik) manat (18 ay x 107.66 manat + 293 manat ilkin ödəniş) olan İMEİ KODU **********14589 İPHONE 13 MİNİ markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 107,66 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli 03673840 saylı müqaviləyə əsasən, 2840,53 manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləsinə əsasən 1829,88 manat ödənilməmiş borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdehə məişət əşyası satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli 03673840 saylı müqaviləyə əsasən, 2840,53 manat əsas və xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləsinə əsasən 1829,88 manat əsas borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 03673840 saylı müqaviləyə əsasən, 2840,53 manat məbləğində əsas borca münasibətdə 596,47 manat, xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləsinə əsasən 1829,88 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 224,12 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli 03673840 saylı müqaviləyə əsasən 60 manat, xx.xx.2023-cü il tarixli ******* saylı müqaviləsinə əsasən 25 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 67,55 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 7,36 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03673840 saylı müqavilə üzrə 2840,53 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə üzrə 1829,88 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu və 67,55 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 2333, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03673840 saylı müqavilə üzrə 2840,53 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli ******* saylı müqavilə üzrə 1829,88 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu və 67,55 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-3469/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3469/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver