Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3475/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Asus VivoBook 17” markalı kompüter üçün 935,44 manat ödənilməmiş hissə, 93,56 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən mətbəx mebeli üçün 889,06 manat ödənilməmiş hissə, 88,94 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Hoffman” markalı soyuducu üçün 356,14 manat ödənilməmiş hissə, 35,86 manat cərimə ümumilikdə 2399 manat borcun və 43,99 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən “Asus VivoBook 17” markalı kompüter, mətbəx mebeli, “Hoffman” markalı soyuducu almış və nəticədə 2399 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2032,96 manat olan “Asus VivoBook 17” markalı kompüter üçün ümumilikdə 1029 manat olmaqla ondan 935,44 manat ödənilməmiş hissə, 93,56 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1531,20 manat olan mətbəx mebeli üçün 889,06 manat ödənilməmiş hissə, 88,94 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 856,80 manat olan “Hoffman” markalı soyuducu üçün 356,14 manat ödənilməmiş hissə, 35,86 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2240,32 manat təşkil edir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10724288 nömrəli müqavilədən aydın olur ki, “Asus VivoBook 17” markalı kompüter üçün hər ay nağd qaydada 164,83 manat ödəmək şərti ilə 12 ay müddətinə 2032,96 manat qiymətə X1. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki X5 xx.xx.2023-cü il tarixli, 10724288 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı MMC–yə hər ay 164,83 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03114050 nömrəli müqavilədən aydın olur ki, mətbəx mebeli üçün hər ay nağd qaydada 63,80 manat ödəmək şərti ilə 24 ay müddətinə 1531,20 manat qiymətə X1. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki X5 xx.xx.2023-cü il tarixli, 03114050 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı MMC–yə hər ay 63,80 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02082535 nömrəli müqavilədən aydın olur ki, “Hoffman” markalı soyuducu üçün hər ay nağd qaydada 35,70 manat ödəmək şərti ilə 24 ay müddətinə 856,88 manat qiymətə X1. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki X5 xx.xx.2022-ci il tarixli, 02082535 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı MMC–yə hər ay 35,70 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı MMC–yə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 2180,64 manat əsas, 218,36 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 43,99 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 43,99 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə X2 2180,64 manat əsas, 218,36 manat cərimə və 43,99 manat dövlət rüsumu olmaqla cəmi 2442,99 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə X2 2180,64 manat əsas, 218,36 manat cərimə və 43,99 manat dövlət rüsumu olmaqla cəmi 2442,99 (iki min dörd yüz qırx iki manat doxsan doqquz qəpik ) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3475/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3475/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver