Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3488/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 79,0 manat əsas, 7,4 manat cərimə olmaqla, ümumilikdə 86,4 manat məbləğində borc və 30,0 manat ödənilmiş dövlət rüsumunun Cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçının ərizəsi əsasında geri qaytarıldığından mülki iş üzrə ödənilmiş dövlət rüsümu da iddiaçıya geri qaytarılmalıdır. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cu maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" ilə xx.xx.2023ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı 30,0 manat dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizələrinin baxılmamış saxlanılmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən "xxxx" ASC vasitəsi ilə xx.xx.2023-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı 30,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən hazırki mülki işə analogiya tətbiq edərək ərizə baxılmamış saxlanılmalı və İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə xx.xx.2023-ci il tarixdə ********** saylı qəbzlə ödənilmiş 30,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 13.4, 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə xx.xx.2023-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı 30,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-3488/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3488/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver