Məhkəmə qərarları › İş №e-2(003)-3490/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3490/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3490/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, NOKİAN NORDMAN 4 ƏDƏD TƏKƏR üçün 471.96 (dörd yüz yetmiş bir manat doxsan altı qəp) manat ödənilməmiş hissə, 47.04 (qırx yeddi manat dörd qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG 205.78 (iki yüz beş manat yetmiş səkkiz qəp) manat ödənilməmiş hissə, 20.22 (iyirmi manat iyirmi iki qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC KONDİSİONER üçün 190.18 (yüz doxsan manat on səkkiz qəp) manat ödənilməmiş hissə, 19.82 (on doqquz manat səksən iki qəp) manat cərimə, ümumilikdə 955 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, NOKİAN NORDMAN 4 ƏDƏD TƏKƏR, PALTARYUYAN SAMSUNG, HOFFMANN SİAC KONDİSİONER almış və nəticədə 955 (doqquz yüz əlli beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 655.68 (altı yüz əlli beş manat altmış səkkiz qəp) manat (24 ay x 27.32 manat + 0 manat ilkin ödəniş) NOKİAN NORDMAN 4 ƏDƏD TƏKƏR üçün ümumilikdə,519 (beş yüz on doqquz) manat olmaqla ondan, 471.96 (dörd yüz yetmiş bir manat doxsan altı qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.04 (qırx yeddi manat dörd qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840.06 (səkkiz yüz qırx manat altı qəp) manat (18 ay x 46.67 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN SAMSUNG üçün ümumilikdə, 226 (iki yüz iyirmi altı) manat olmaqla ondan, 205.78 (iki yüz beş manat yetmiş səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.22 (iyirmi manat iyirmi iki qəpqəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 688.8 (altı yüz səksən səkkiz manat səksən qəp) manat (24 x 28.7 manat + 0 manat ilkin ödəniş) HOFFMANN SİAC KONDİSİONER üçün ümumilikdə, 210 (iki yüz on) manat olmaqla ondan, 190.18 (yüz doxsan manat on səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.82 (on doqquz manat səksən iki qəp) manat cərimə; Cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2023-cü ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 1316.62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il , xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 655.68 manat olan NOKİAN NORDMAN 4 ƏDƏD TƏKƏR Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 27.32 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 840.06 manat olan PALTARYUYAN SAMSUNG markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 46.67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23216100 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti ümumilikdə 688.8 manat olan HOFFMANN SİAC KONDİSİONER markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 28.7 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 471.96 manat ödənilməmiş borcu və 47.04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 205.75 manat ödənilməmiş borcu və 20.22 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 190.18 manat ödənilməmiş borcu və 19.82 manat cərimə borcu olmaqla ümumilikdə 867,92 manat ödənilməmiş hissə və 87,08 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 471.96 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 205.75 manat, xx.xx.2021-ci tarixli müqaviləyə əsasən 190.18 manat borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 190.18 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 19.82 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 205.78 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 20.22 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 471.96 manat əsas borca münasibətdə cavabdehdən 47.04 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir.. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 190.18 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 205.78 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 471.96 manat ödənilməmiş hissə, 5 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 190.18 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 205.78 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 471.96 manat ödənilməmiş hissə, 5 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, ümumilikdə 896,92 (səkkiz yüz doxsan altı manat doxsan iki qəpik ) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçı "xxxx" MMC -nın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev İş № 2(003)-1094/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, iddiaçı ” ABC TELECOM” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə 19 fevral 2024 -cü il tarixdə , saat 16:40-da məhkəmənin inzibati binasında (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman 4) baxdım. Hakim mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsilə müəyyən olunmuş qaydada baxır. Hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən qətnamə qəbul edir. Protokol 19 fevral 2024-cü il tarixdə tərtib edildi. Hakim: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar