Məhkəmə qərarları › İş №e-2(003)-3495/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3495/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3495/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 616 manat əsas borc, 10 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 656 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X4 arasında xx.xx.2021-ci il tarixdə R0018556 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi əsasən MMC tərəfindən cavabdehə 1429 manat dəyərində “Samsung TV” markalı əşya satılmış, cavabdeh aldığı əşyaya görə 300 manat ilkin ödəniş etmiş və qalıq almış məbləği ödəniş cədvəlinə əsasən 12 ay müddətinə ayda 95 manat ödəmək şərtilə hissə-hissə ödəməyi barədə öhdəlik götürsə də, öhdəliklərini qismən yerinə yetirmiş və 513 manat ödəniş etmişdir. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilənin 1.3-cü bəndində əsasən tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etmiş, lakin rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı "xxxx" MMC ilə X4 arasında xx.xx.2021ci il tarixdə R0018556 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən "xxxx" MMC dəyəri 1429 manat olan əşyanı (Samsung TV), ilkin 300 manat ödəniş etməklə X3 nisyə satmış və cavabdeh 12 ay müddətində həmin malın qalıq qalmış dəyərini qaytarmağı barədə öhdəlik götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilədən görünür ki, “tələb hüquqlarını güzəşt edən” ilə borclular və digər şəxslər arasında bağlanmış bütün müqavilələr üzrə bu müqaviləyə əlavə edilən təhvil-təslim aktı əsasında tələb hüquqlarının “tələb hüquqlarını əldə edənə” ötürülməsi barədə razılıq əldə edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndində əsasən bütün müqavilələr üzrə borcluya qarşı tələb etmək hüququ əmlak tələbi, əsas borc məbləği daxil olmaqla, faizləri, komissiyaları, o cümlədən müqavilə öhdəliyinin yerinə yetirilməməsi və yaz lazımi qaydada yerinə yetirilməməsinə görə dəbbə pulu (cərimə) və digər tələblər də daxil olmaqla sanksiyaların hesablanmasını da əhatə edir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, X4 arasında xx.xx.2021-ci il tarixdə R0018556 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə tələb irəli gələn tələb etmə hüququ xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilə əsasında "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 616 manat əsas, 10 manat cərimə borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borcun yaranmasına əsas olmuş müqavilə üzrə tam həcmdə tələb etmə hüququ İddiaçı MMC-yə keçdiyindən yaranmış borcun cavabdehdən tutulmasına dair MMC tərəfindən verilmiş ərizə əsaslıdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş sənədlər görünür ki, iş üzrə cavabdeh Vorld Telecom” MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli R0018556 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və aldığı əşyanın dəyərini vaxtı-vaxtında ödəməmişdir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 616 manat məbləğində əsas və 10 manat cərimə borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 616 manat əsas borc, 10 manat cərimə, cəmi 626 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 616 manat əsas borc, 10 manat cərimə, cəmi 626 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar