Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3497/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrində ata adının Zülfiqar olmaqla X1 oxunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin vəkili ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmri ilə fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0,10 ha torpaq sahəsi mərhum X6 ayrılmışdır. xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə uyğun olaraq yeganə varis Ərizəçi tərəfindən 7 saylı notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2010-cu il tarixində vəfat etmiş X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Həmin miras əmlak üzərində miras qoyan X5 hüquqları DƏDKR-da qeydiyyata alınmadığından 7 saylı notariat ofisi tərəfindən ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Daha sonra Ərizəçi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-siyasi Sənədlər Arxivinə müvafiq arxiv arayışının verilməsi üçün müraciət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2024-cü il tarixli 1-2-28/2-328/2024 saylı cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən 0,10 ha torpaq sahəsinin X7 ayrıldığı, təqdim edilmiş sənədlərdə isə X10 qeyd edildiyi bildirilmiş, məsələnin həlli məqsədilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, X10 tərəfindən torpağın ayrılması zamanı Sovet Sosialist Respublikaları X9 təqdim edilmiş, həmin Pasportda ad, soyad və ata adının X10 yazılmasına baxmayaraq Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamında və daha sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrində ata adı düzgün qeyd edilməyərək X11 qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, hazırda torpaq sahəsi ərizəçinin istifadəsindədir. Torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. İş üzrə maraqlı şəxs ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrindən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı əsasında fərdi mənzil tikintisi üçün X8 0,10 ha torpaq sahəsi ayrılmışdır. - Sovet Sosialist Respublikaları X4 surətindən görünür ki, həmin pasport X6 məxsusdur. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 xx.xx.2024-cü il tarixli 1-2-28/2- 328/2024 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən 0,10 ha torpaq sahəsinin X7 ayrıldığı, təqdim edilmiş sənədlərdə isə X10 qeyd edildiyi bildirilmiş, məsələnin həlli məqsədilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 442204 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 1 ünvanlandığı xx.xx.2024-cü il tarixli 23 saylı məktubunun surətindən görünür ki, miras əmlak üzərində (Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsi) miras qoyan X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi məsələsinə baxılmasını xahiş etmişlər. - xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X5 vərəsəsi Ərizəçidur. Miras qalan əmlak Bakı şəhəri ünvan 3 ünvanında yerləşən mənzildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) onun atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin X6 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3497/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3497/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver