Məhkəmə qərarları › İş №e-2(003)-3514/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3514/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3514/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 259 manat əsas borcun, 26 manat cərimənin və 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli R0039052 nömrəli alqı-satqı müqaviləsinə satıcı alıcıya 18 ay müddətinə 592 manat dəyərində “Samsung A135”, Borofone E 28 Plus, Al-dəyiş Plus 301-400 markalı əşyaları satmışdır. Bordlu aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 592 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditor hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 333 manat ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2023-cü il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki: - İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə R0039052 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 592 manat olan “Samsung A135” markalı telefon, “Borofone E28 Plus” və “Al-dəyiş Plus 301-400” markalı əşyalar nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 33 manat, sonuncu ayı isə 31 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli R0039052 saylı müqavilə üzrə 259 manat əsas, 26 manat cərimə borcu vardır. -xəbərdarlıq məktubuna əsasən iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarqlıq edilmişdir. -dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə və tədqiq edilmiş iş materialları ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış əsas borcun tələb etməsində haqlı olmuş və bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli R0039052 saylı müqavilə üzrə 259 manat əsas və 26 manat cərimə tutulmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iş üzrə tərəflər arasında qeyd olunan nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə dəyəri 592 manat olan “Samsung A135” markalı telefon, “Borofone E28 Plus” və “Al-dəyiş Plus 301- 400” markalı əşyalar nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 33 manat, sonuncu ayı isə 31 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəlikləri qalmışdır. Bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə, satıcı verilmiş əmtəə malın tam dəyərinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmçinin həmin müqavilənin 1.3-cü bəndinə əsasən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 %-i həcmində cərimə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, R0039052 saylı müqavilə üzrə 259 manat əsas, 26 manat cərimə olmaqla cəmi 543 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, R0039052 saylı müqavilə üzrə 259 manat əsas, 26 manat cərimə olmaqla cəmi 285 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar