Məhkəmə qərarları › İş №e-2(003)-3537/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3537/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3537/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47927 olan X1 10 markalı telefon üçün 512 manat ödənilməmiş hissə, 51 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı qulaqlıq, İMEİ Kodu **********72704 X1 9S markalı telefon üçün 336 manat ödənilməmiş hissə, 33 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı tozsoran üçün 298.2 manat ödənilməmiş hissə, 29 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı üzqırxan və Philips markalı saçqırxan üçün 111 manat ödənilməmiş hissə, 11.8 manat cərimə ümumilikdə 1382 manat borc, 33.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47927 olan X1 10 markalı telefon, Panasonic markalı qulaqlıq, İMEİ Kodu **********72704 X1 9S markalı telefon, Panasonic markalı tozsoran, Panasonic markalı üzqırxan və Philips markalı saçqırxan almış və nəticədə 1382 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47927 olan X1 10 markalı telefon üçün 512 manat ödənilməmiş hissə, 51 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı qulaqlıq, İMEİ Kodu **********72704 X1 9S markalı telefon üçün 336 manat ödənilməmiş hissə, 33 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı tozsoran üçün 298.2 manat ödənilməmiş hissə, 29 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı üzqırxan və Philips markalı saçqırxan üçün 111 manat ödənilməmiş hissə, 11.8 manat cərimə ümumilikdə 1382 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1223.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Qeyd olunanlara əsasən, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47927 olan X1 10 markalı telefon üçün 512 manat ödənilməmiş hissə, 51 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı qulaqlıq, İMEİ Kodu **********72704 X1 9S markalı telefon üçün 336 manat ödənilməmiş hissə, 33 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı tozsoran üçün 298.2 manat ödənilməmiş hissə, 29 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı üzqırxan və Philips markalı saçqırxan üçün 111 manat ödənilməmiş hissə, 11.8 manat cərimə ümumilikdə 1382 manat borc, 39.45 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin surətindən görünür ki, İddiaçı MMC İMEİ kodu **********47927 olan X1 10 markalı telefonu, Panasonic markalı qulaqlığı, İMEİ Kodu **********72704 X1 9S markalı telefonu, Panasonic markalı tozsoranı, Panasonic markalı üzqırxanı və Philips markalı saçqırxanı alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi avadanlığın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə "xxxx" MMC qarşısında ümumilikdə 1382 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə, aidiyyəti üzrə Dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. İşin araşdırılan hallarından və iş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC–yə olan ümumilikdə 1382 manat borcu təşkil edir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən alqı-satqı müqavilələrinə cavabdehin 1382 manat borcu qalmış, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1382 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 33.82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33.82 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47927 olan X1 10 markalı telefon üçün 512 manat ödənilməmiş hissə, 51 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı qulaqlıq, İMEİ Kodu **********72704 X1 9S markalı telefon üçün 336 manat ödənilməmiş hissə, 33 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı tozsoran üçün 298.2 manat ödənilməmiş hissə, 29 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı üzqırxan və Philips markalı saçqırxan üçün 111 manat ödənilməmiş hissə, 11.8 manat cərimə ümumilikdə 1382 (bir min üç yüz səksən iki) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 33.82 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 133, 3158-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47927 olan X1 10 markalı telefon üçün 512 manat ödənilməmiş hissə, 51 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı qulaqlıq, İMEİ Kodu **********72704 X1 9S markalı telefon üçün 336 manat ödənilməmiş hissə, 33 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı tozsoran üçün 298.2 manat ödənilməmiş hissə, 29 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic markalı üzqırxan və Philips markalı saçqırxan üçün 111 manat ödənilməmiş hissə, 11.8 manat cərimə ümumilikdə 1382 bir min üç yüz səksən iki) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 33.82 (otuz üç manat, səksən iki qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar