Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3557/2025 30.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh XXX qarşı “nisyə alqısatqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları
1. İddiaçı "xxxx" MMC borclu Cavabdeh XXX qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, üçün 586.9 (beş yüz səksən altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, 58.69 (əlli səkkiz manat, 69 qəpik)manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********10901 XİAOMİ REDMİ 14C üçün, 290.04 (iki yüz doxsan manat 4 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 29 (iyirmi doqquz manat) manat cərimə, ümumilikdə 988.23 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən,cavabdeh HOFFMANN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti , İMEİ Kod **********10901 XİAOMİ REDMİ 14C almış və nəticədə 988.23 (doqquz yüz səksən səkkiz manat, 23 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 666.9 (altı yüz altmış altı manat, 90 qəpik) manat (18 ay x 34.55 manat + 45 manat ilkin ödəniş) olan HOFFMANN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 645.59 (altı yüz qırx beş manat, 59 qəpik) manat olmaqla ondan, 586.9 (beş yüz səksən altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 58.69 (əlli səkkiz manat, 69 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 319.04 (üç yüz on doqquz manat, 4 qəpik) manat (12 ay x 24.17 manat + 29 manat ilkin ödəniş) olan İMEİ Kod **********10901 XİAOMİ REDMİ 14C üçün ümumilikdə, 342.64 (üçyüz qırx iki manat, 64 qəpik) manat olmaqla ondan, 290.04 (iki yüz doxsan manat, 4 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 29 (iyirmi doqquz manat) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 109 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.
Mülki işin materialları
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. "xxxx" MMC ilə Cavabdeh XXX arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən və onun ayrılmaz tərkib hissəsi sayılan əlavədən görünür ki, cavabdeh HOFFMANN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün üçün 45 manat ilkin ödəniş olunmaqla, hər ay 34.55 manat ödəməklə, 18 ay müddətinə 666.9 manata Cavabdeh satılmışdır.
5. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh HOFFMANN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətini tam və qüsursuz halda təhvil almışdır.
6. Maliyyə arayışından görünür ki, Cavabdeh XXX xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən 586.9 manat məbləğində əsas, 58.69 manat məbləğində cərimə borcu yaranmışdır.
7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən və onun ayrılmaz tərkib hissəsi sayılan əlavədən görünür ki, cavabdeh İMEİ Kod **********10901 XİAOMİ REDMİ 14C üçün üçün 29 manat ilkin ödəniş olmaqla, hər ay 24.17 manat ödəməklə, 12 ay müddətinə 319.04 manata Cavabdeh satılmışdır.
8. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümküsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
9. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kod **********10901 XİAOMİ REDMİ 14C-ni tam və qüsursuz halda təhvil almışdır. 10.Maliyyə arayışından görünür ki, Cavabdeh XXX xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən 290.04 manat məbləğində əsas, 29 manat məbləğində cərimə və innovativ layihələr mərkəzinə ödənilən 23.6 manat rüsum borcu borcu yaranmışdır.
11. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan (poçt qəbzi var) görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilə üzrə borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 12.14.08.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 13.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 14.448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 15.600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 16.600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 18.284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 19.24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 20.284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
21.Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 22.Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. 23.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** saylı və xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilələr bağlanmışdır. xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı HOFFMANN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətini qiyməti 666.9 manat olmaqla, 45 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə hər ay 34.55 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və müvafiq əşyanı ona təhvil vermişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı İMEİ Kod **********10901 XİAOMİ REDMİ 14C-ni qiyməti 319.04 manat olmaqla, 29 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 24.17 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və müvafiq əşyanı ona təhvil vermişdir. Lakin hazırkı iş üzrə cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. 24.Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilələr üzrə yaranmış borcların (zərərin əvəzinin) ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş 586.9 manat (beş yüz səksən altı manat doxsan qəpik), o cümlədən xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə ödənilməmiş 290.04 manat (iki yüz doxsan manat dörd qəpik) və və innovativ layihələr mərkəzinə ödənilmiş 23.6 manat (iyirmi üç manat altmış qəpik) rüsum hissəsi əsaslı olduğundan təmin edilməlidir. 25.Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 586.9 manat məbləğində əsas borca münasibətdə 58.69 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalı, 29.34 manat (iyirmi doqquz manat otuz dörd qəpik) cərimə məbləği tutulmalıdır. Eləcə də xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 290.04 manat məbləğində əsas borca münasibətdə 29 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalı, 14.5 manat (on dörd manat əlli qəpik) cərimə məbləği tutulmalıdır.
26. Məhkəmə iddia tələbinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 27.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 28.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025ci il tarixli, ********** saylı müqavilə əsasında 586.9 manat (beş yüz səksən altı manat doxsan qəpik) ödənilməmiş hissə, 29.34 manat (iyirmi doqquz manat otuz dörd qəpik) cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə əsasında 290.04 manat (iki yüz doxsan manat dörd qəpik) ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilmiş 23.6 manat (iyirmi üç manat altmış qəpik) rüsum və 14.5 manat (on dörd manat əlli qəpik) cərimə olmaqla, ümumilikdə 944.38 AZN (doqquz yüz qırx dörd manat otuz səkkiz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə əsasında 586.9 manat (beş yüz səksən altı manat doxsan qəpik) ödənilməmiş hissə, 29.34 manat (iyirmi doqquz manat otuz dörd qəpik) cərimə, xx.xx.2025-ci il tarixli müqavilə əsasında 290.04 manat (iki yüz doxsan manat dörd qəpik) ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilmiş 23.6 manat (iyirmi üç manat altmış qəpik) rüsum və 14.5 manat (on dörd manat əlli qəpik) cərimə olmaqla, ümumilikdə 944.38 AZN (doqquz yüz qırx dörd manat otuz səkkiz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov