Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3594/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ACER NİTRO 5 kompüter, WİNDOWS 11 HOMüEçün 1064.19 (min altmış dörd manat on doqquz qəp) manat ödənilməmiş hissə, 106.81 (yüz altı manat səksən bir qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, CANON EOS fotoaparat üçün 427.12 (dörd yüz iyirmi yeddi manat on iki qəp) manat ödənilməmiş hissə, 42.88 (qırx iki manat səksən səkkiz qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********96448 XİAOMİ REDMİ NOTE 11 markalı telefonüçün 125.36 (yüz iyirmi beş manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 12.64 (on iki manat altmış dörd qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4 TB PORT. HDDüçün 77.69 (yetmiş yeddi manat altmış doqquz qəpik) manat ödənilməmiş hissə, 7.31 (yeddi manat otz bir qəpik) manat cərimə pulu xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, TƏRƏZİ TEFAL , QAZAN (altmı)şmanat olmaqla ondan 54.04 (əlli dörd manat dörd qəp) manat ödənilməmiş hissə, 5.96 (beş manat doxsan altı qəp) manat cərimə olmaqla ümumilikdə 1924 manat borc və 39.24 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmı2ş5.11.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən ACER NİTRO 5 kompüter, WİNDOWS 11 HOME, CANON EOS fotoaparat, İmei kod **********96448 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, 4 TB PORT. HDD, TƏRƏZİ TEFAL, QAZAN DƏSTİ CANALİƏTÇƏKƏN HOFFMANN almış və nəticədə 1924 (min doqquz yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1350 (min üç yüz əlli) manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan ACER NİTRO 5 kompüter, WİNDOWS 11 HOME üçün 1171 (min yüz yetmiş bir) manat olmaqla ondan, 1064.19 (min altmış dörd manat on doqquz qəp) manat ödənilməmiş hissə, 106.81 (yüz altı manat səksən bir qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1488.06 (min dörd yüz səksən səkkiz manat altı qəp) manat (18 ay x 82.67 manat + 0 manat ilkin ödəniş) olan CANON EOS fotoaparat üçün 470 (dörd yüz yetmiş) manat olmaqla ondan, üçün 427.12 (dörd yüz iyirmi yeddi manat on iki qəp) manat ödənilməmiş hissə, 42.88 (qırx iki manat səksən səkkiz qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 752.94 (yeddi yüz əlli iki manat doxsan dörd qəp) manat (18 ay x 41.38 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********96448 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 138 (yüz otuz səkkiz) manat olmaqla ondan 125.36 (yüz iyirmi beş manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 12.64 (on iki manat altmış dörd qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 217.32 (iki yüz on yeddi manat otuz iki qəpik) manat (6 ay x 36.22 manat + 0 manat ilkin ödəniş) 4 TB PORT. HDD üçün 85 ( səksən beş) manat olmaqla ondan 77.69 (yetmiş yeddi manat altmış doqquz qəpik) manat ödənilməmiş hissə, 7.31 (yeddi manat otz bir qəpik) manat cərimə pulu xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 275.58 (iki yüz yetmiş beş manat əlli səkkiz qəpik) manat (6 ay x 45.93 manat + 0 manat ilkin ödəniş) TƏRƏZİ TEFAL , QAZAN DƏSTİ CANALİƏTÇƏKƏN HOFFMAN üçün 60 (altmış) manat olmaqla ondan 54.04 (əlli dörd manat dörd qəp) manat ödənilməmiş hissə, 5.96 (beş manat doxsan altı qəp) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2335.5 manat təşkil edir. Cavabdehlə aramızda xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1350 (min üç yüz əlli) manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan ACER NİTRO 5 kompüter, WİNDOWS 11 HOME Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 75 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1488.06 (min dörd yüz səksən səkkiz manat altı qəp) manat (18 ay x 82.67 manat + 0 manat ilkin ödəniş) olan CANON EOS fotoaparat Cavabdeh nisyə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 752.94 (yeddi yüz əlli iki manat doxsan dörd qəp) manat (18 ay x 41.38 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********96448 XİAOMİ REDMİ NOTE 11 markalı telefon fotoaparat Cavabdeh nisyə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 217.32 (iki yüz on yeddi manat otuz iki qəpik) manat (6 ay x 36.22 manat + 0 manat ilkin ödəniş) 4 TB PORT. HDD Cavabdeh nisyə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 275.58 (iki yüz yetmiş beş manat əlli səkkiz qəpik) manat (6 ay x 45.93 manat + 0 manat ilkin ödəniş) TƏRƏZİ TEFAL, QAZAN DƏSTİ CANALİƏTÇƏKƏN HOFFMAN Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1064.19 (min altmış dörd manat on doqquz qəp) manat ödənilməmiş hissə, 106.81 (yüz altı manat səksən bir qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 427.12 (dörd yüz iyirmi yeddi manat on iki qəp) manat ödənilməmiş hissə, 42.88 (qırx iki manat səksən səkkiz qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 125.36 (yüz iyirmi beş manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 12.64 (on iki manat altmış dörd qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 77.69 (yetmiş yeddi manat altmış doqquz qəpik) manat ödənilməmiş hissə, 7.31 (yeddi manat otz bir qəpik) manat cərimə pulu, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 54.04 (əlli dörd manat dörd qəp) manat ödənilməmiş hissə, 5.96 (beş manat doxsan altı qəp) manat cərimə olmaqla ümumilikdə 1924 manat borc mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1064.19 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 427.12 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 125.36 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 77.69 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 54.04 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1064.19 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 106,81 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 427.12 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 42,88 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 125.36 manat əsas borca münasibətdə cavabdehdən 12,64 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 77.69 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 7,31 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 54.04 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 5,96 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 15 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 7 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 39,24 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1064,19 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 427,12 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 125,36 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 77,69 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 54,04 manat ödənilməmiş hissə, 2 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 39,24 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1064,19 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 427,12 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 125,36 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 77,69 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 54,04 manat ödənilməmiş hissə, 2 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 39,24 manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-3594/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3594/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver