Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3601/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızı iddiaçı "xxxx" ASC-nin cavabdeh Qarayeva (Süleymanova) Günel Nəbi qızına qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Qarayeva (Süleymanova) Günel Nəbi qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli RAZ********** No-li “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi ilə X2 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev AAAF-Park yaşayış massivi A kompleksi ev 9 mənzil 7 ünvanında yerləşən daşınmaz əmlak sığortası almışdır. xx.xx.2020-ci il tarixdə üst qonşu yani Qarayeva (Süleymanova) Günel Nəbi qızına məxsus mənzildən subasma hadisəsi baş vermiş və əmlaka ziyan dəymişdir. Qeyd edilən hadisə AAAF İnşaatın xx.xx.2020-ci il tarixli aktında öz təstiqini tapmışdır. Baş vermiş hadisə nəticəsində CFİ-0160/2020- AKT2488 saylı sığorta aktına əsasən 631,0 manat məbləğində sığorta ödənişi edilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranr. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh Qarayeva (Süleymanova) Günel Nəbi qızından 631,0 manat pul vəsaitinin və 30,0 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli İXP3827787 inzibati xəta haqqında qərarın surətindən görünür ki, Qarayeva (Süleymanova) Günel Nəbi qızı xx.xx.2021-ci il tarixində 08:10-da Binə qəsəbəsi ərazisində idarə etdiyi “Opel Astra” markalı **-LO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla hadisə yerindən yayınmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "AZSİĞORTA” ASC tərəfindən "xxxx" ASC-nin Ucar şöbəsinə hesabına 631,0 manat köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli hesabata əsasən “BMW 530” markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 631,0 manat müəyyən edilmişdir. İş materiallarında olan CFİ-0160/2020-AKT2488 saylı xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, Bakı şəhəri Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev AAAF-Park yaşayış massivi A kompleksi ev 9 mənzil 7 ünvanında yerləşən daşınmaz əmlaka vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 631,0 manat müəyyən edilmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə X4 arasında Bakı şəhəri Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev AAAF-Park yaşayış massivi A kompleksi ev 9 mənzil 7 ünvanında yerləşən daşınmaz əmlaka dair xx.xx.2017-ci il tarixli RAZ********** nömrəli icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan zərər aktının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev AAAF-Park yaşayış massivində yerləşən mənzilə subasma nəticəsində dəymiş zərər cəmi 781,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev AAAF-Park yaşayış massivində yerləşən mənzilə subasma nəticəsində dəymiş zərər cəmi 2000,0 manat təşkil edir. İş materiallarında olan E(b)/057 saylı xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev AAAF-Park yaşayış massivində yerləşən mənzil X1. İş materiallarında olan dəymiş zərərin hesabatı haqqında vərəqənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev AAAF-Park yaşayış massivində yerləşən mənzilə subasma nəticəsində dəymiş zərər cəmi 410,0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. İş materialları ilə müəyyən edilir ki, X2 qanuni əsaslarla istifadəsində olan əmlaka Qarayeva (Süleymanova) Günel Nəbi qızına məxsus mənzildən su axıdılması nəticəsində zərər vurmuşdur. Bu baxımdan hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Qarayeva (Süleymanova) Günel Nəbi qızından 631,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Qarayeva (Süleymanova) Günel Nəbi qızından 631,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-3601/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3601/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver