Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3632/2023 30.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 103,72 manat ödənilməmiş hissə, 10,28 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 144,74 manat ödəniməmiş hissə, 14,26 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 3 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 39,95 manat ödənilməmiş hissə, 3,05 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 43,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 73,5 manat ödənilməmiş hissə, 7,5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 186,6 manat ödənilməmiş hissə, 18,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 185,66 manat ödənilməmiş hissə, 18,34 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1668,92 manat ödənilməmiş hissə, 166,08 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 215,56 manat ödənilməmiş hissə, 21,44 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1044,08 manat ödənilməmiş hissə, 104,92 manat cərimə olmaqla ümumilikdə 4114 manat məbləğində pul və 61,14 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh “LG” markalı paltaryuyan, “BQ-1022L” markalı 2 ədəd planşet, “Panasonic” markalı ütü, “X1 8” markalı telefon, “Hoffmann” markalı şirəçəkən, “BQ-5016G” markalı telefon, “Redmond” markalı ətçəkən, “BQ-1022L Armor Pro” markalı planşet, “İphone 12 mini” markalı telefon, “Amazfit” markalı qol saatı, “Xiaomi Mi 11” markalı telefon, “Samsung Galaxy A12” markalı telefon almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində “LG” markalı paltaryuyandan imtina etmiş və məhsul 550 manat qiymətləndirilərək borcundan silinərək geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində “BQ-1022L” markalı planşet və telefon quraşdırma xidmətindən imtina etmiş və məhsul 295,2 manat qiymətləndirilərək borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 712,48 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 550 manat təşkil edir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 150,46 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 295,2 manat təşkil edir. Cavabdehin xx.xx.2021, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə cəmi ödədiyi məbləğ 3094,13 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki: -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22031205 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1366,20 manat olan “LG” markalı paltaryuyan Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 75,90 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22175630 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 590,40 manat olan “BQ-1022L Armor Pro LTE+” markalı 2 ədəd telefon, telefon quraşdırma xidmətləri ilə Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malların dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 590,40 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23084219 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 110,40 manat olan “Panasonic” markalı ütü Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 9,20 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20253218 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 625 manat olan “X1 8” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 25 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22160017 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 158,40 manat olan “Hoffmann” markalı şirəçəkən Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 8,80 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22160007 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 147,60 manat olan “BQ-5016G” markalı əşya Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 12,30 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22168178 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 368,40 manat olan “Redmond” markalı ətçəkən və “Hoffmann” markalı şirəçəkən Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 30,70 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 22311276 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 341,20 manat olan “BQ-1022L Armor Pro LTE+” markalı telefon, yeni qızıl zəmanət və telefon quraşdırma xidmətləri ilə Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 26,60 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22135843 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 3072,60 manat olan “İpohe 12 mini” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 170,70 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23161102 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1375,20 manat olan “Xiaomi Mi 11” markalı və “Samsung Galaxy A12” markalı telefonlar, Paket L xidməti ilə Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 76,40 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21190762 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 388,8 manat olan “Amazfit GTS” markalı saat, saat quraşdırma xidməti ilə Cavabdeh nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 21,6 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. - maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixli 22031205 saylı müqavilə üzrə 103,72 manat ödənilməmiş hissə, 10,28 manat cərimə, xx.xx.2020-ci il tarixli 22175630 saylı müqavilə üzrə 144,74 manat ödəniməmiş hissə, 14,26 manat cərimə, xx.xx.2021-ci il tarixli 23084219 saylı müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-ci il tarixli 20253218 saylı müqavilə üzrə 39,95 manat ödənilməmiş hissə, 3,05 manat cərimə, xx.xx.2020-ci il tarixli 22160017 saylı müqavilə üzrə 43,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22160007 saylı müqavilə üzrə 73,5 manat ödənilməmiş hissə, 7,5 manat cərimə, xx.xx.2020-ci il tarixli 22168178 saylı müqavilə üzrə 186,6 manat ödənilməmiş hissə, 18,4 manat cərimə, xx.xx.2021-ci il tarixli 22311276 saylı müqavilə üzrə 185,66 manat ödənilməmiş hissə, 18,34 manat cərimə, xx.xx.2020-ci il tarixli 22135843 saylı müqavilə üzrə 1668,92 manat ödənilməmiş hissə, 166,08 manat cərimə, xx.xx.2021-ci il tarixli 23161102 saylı müqavilə üzrə 1044,08 manat ödənilməmiş hissə, 104,92 manat cərimə, xx.xx.2020-ci il tarixli 21190762 saylı müqavilə üzrə 215,56 manat ödənilməmiş hissə, 21,44 manat cərimə olmaqla ümumilikdə 4114 manat məbləğində borcu mövcuddur. -cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilmədiyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. -********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 61,14 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 417-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iş üzrə tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən cavabdehə əşyalar nisyə satılmış və cavabdeh aldığı əşyaların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı qarşında yerinə yetirilməmiş öhdəlikləri qalmışdır. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğin, həmçinin cərimə pulunun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli 22031205 saylı müqavilə üzrə 103,72 manat ödənilməmiş hissə, 10,28 manat cərimə, xx.xx.2020-ci il tarixli 22175630 saylı müqavilə üzrə 144,74 manat ödəniməmiş hissə, 14,26 manat cərimə, xx.xx.2021-ci il tarixli 23084219 saylı müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020ci il tarixli 20253218 saylı müqavilə üzrə 39,95 manat ödənilməmiş hissə, 3,05 manat cərimə, xx.xx.2020-ci il tarixli 22160017 saylı müqavilə üzrə 43,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22160007 saylı müqavilə üzrə 73,5 manat ödənilməmiş hissə, 7,5 manat cərimə, xx.xx.2020-ci il tarixli 22168178 saylı müqavilə üzrə 186,6 manat ödənilməmiş hissə, 18,4 manat cərimə, xx.xx.2021-ci il tarixli 22311276 saylı müqavilə üzrə 185,66 manat ödənilməmiş hissə, 18,34 manat cərimə, xx.xx.2020-ci il tarixli 22135843 saylı müqavilə üzrə 1668,92 manat ödənilməmiş hissə, 166,08 manat cərimə, xx.xx.2021-ci il tarixli 23161102 saylı müqavilə üzrə 1044,08 manat ödənilməmiş hissə, 104,92 manat cərimə, xx.xx.2020-ci il tarixli 21190762 saylı müqavilə üzrə 215,56 manat ödənilməmiş hissə, 21,44 manat cərimə olmaqla ümumilikdə 4114 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 61,14 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 217, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 22031205 saylı müqavilə üzrə 103,72 manat ödənilməmiş hissə, 10,28 manat cərimə, xx.xx.2020-ci il tarixli 22175630 saylı müqavilə üzrə 144,74 manat ödəniməmiş hissə, 14,26 manat cərimə, xx.xx.2021-ci il tarixli 23084219 saylı müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020ci il tarixli 20253218 saylı müqavilə üzrə 39,95 manat ödənilməmiş hissə, 3,05 manat cərimə, xx.xx.2020-ci il tarixli 22160017 saylı müqavilə üzrə 43,2 manat ödənilməmiş hissə, 4,8 manat cərimə, xx.xx.2020-ci il tarixli 22160007 saylı müqavilə üzrə 73,5 manat ödənilməmiş hissə, 7,5 manat cərimə, xx.xx.2020-ci il tarixli 22168178 saylı müqavilə üzrə 186,6 manat ödənilməmiş hissə, 18,4 manat cərimə, xx.xx.2021-ci il tarixli 22311276 saylı müqavilə üzrə 185,66 manat ödənilməmiş hissə, 18,34 manat cərimə, xx.xx.2020-ci il tarixli 22135843 saylı müqavilə üzrə 1668,92 manat ödənilməmiş hissə, 166,08 manat cərimə, xx.xx.2021-ci il tarixli 23161102 saylı müqavilə üzrə 1044,08 manat ödənilməmiş hissə, 104,92 manat cərimə, xx.xx.2020-ci il tarixli 21190762 saylı müqavilə üzrə 215,56 manat ödənilməmiş hissə, 21,44 manat cərimə olmaqla ümumilikdə 4114 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 61,14 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3632/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3632/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver