Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3636/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ‘'ABC TELECOM” MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********59549 İPHONE 13 markalı telefon, APPLE 20W USB-C ADAPTER, İmei Kod **********58741 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********67068 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********73450 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 4021 (dörd min iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3175,92 (üç min bir yüz yetmiş beş manat doğsan iki qəpik) manat (18 ay x 176,44 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********59549 İPHONE 13 markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün ümumilikdə, 3053 manat olmaqla ondan 2775,92 manat ödənilməmiş hissə, 277,08 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 694,98 manat (18 ay x 38,61 manat + 0 manat ilkin ödəniş) İmei Kod **********58741 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 395 manat olmaqla, ondan 359,68 manat ödənilməmiş hissə, 35,32 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 460,02 manat (17 ay x 27,06 manat + 0 manat ilkin ödəniş), İmei kod **********67068 SAMSUNG GALAXY A12 üçün ümumilikdə, 356 manat olmaqla ondan 323,02 manat ödənilməmiş hissə, 32,98 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 463,32 manat (18 ay x 25,74 manat + 0 manat ilkin ödəniş), İmei kod **********73450 SAMSUNG GALAXY A12 üçün ümumilikdə, 217 manat olmaqla ondan 197,32 manat ödənilməmiş hissə, 19,68 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1138,3 (bir min yüz otuz səkkiz manat 30 qəpik) manat təşkil edir. Cavabdehlə onların arasında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə onların arasında olan telefon danışığı, həmçinin onların göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Onların tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********59549 İPHONE 13 markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün 2775,92 manat ödənilməmiş hissə, 277,08 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kod **********58741 SAMSUNG GALAXY A12 markalı telefon üçün 359,68 manat ödənilməmiş hissə, 35,32 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********67068 SAMSUNG GALAXY A12 markalı telefon üçün 323,02 manat ödənilməmiş hissə, 32,98 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********73450 SAMSUNG GALAXY A12 markalı telefon üçün 197,32 manat ödənilməmiş hissə, 19,68 manat cərimə olmaqla, ümumilikdə 4021 manat borc və 60,21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04251732 saylı müqavilədən aydın olur ki, İmei kodu **********59549 İPHONE 13 markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün hər ay 176,44 manat ödəməklə 18 ay müddətinə 3175,92 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıq tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə hər ay 176,44 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, İmei Kod **********58741 SAMSUNG GALAXY A12 markalı telefon üçün hər ay nəğd qaydada 38,61 manat ödəməklə 18 ay müddətinə 694,98 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıq tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək İddiaçı MMC-yə hər ay 38,61 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, İmei kod **********67068 SAMSUNG GALAXY A12 markalı telefon üçün hər ay nəğd qaydada 27,06 manat ödəməklə 17 ay müddətinə 460,02 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 27,06 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki İmei kod **********73450 SAMSUNG GALAXY A12 markalı telefon üçün hər ay nəğd qaydada 25,74 manat ödəməklə 18 ay müddətinə 463,32 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 25,74 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2775,92 manat əsas borc, 277,08 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 359,68 manat əsas borc, 35,32 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 323,02 manat əsas borc, 32,98 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 197,32 manat əsas borc,19,68 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 60,21 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********59549 İPHONE 13 markalı telefon APPLE 20W USB-C ADAPTER, İmei Kod **********58741 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********67068 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kod **********73450 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 4021 manat borc yaranmışdır. Cavabdehin 4 (dörd) müqavilə üzrə cəmi ödədiyi məbləğ 1138,30 manat təşkil edir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefonları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 2775,92 manat əsas borca 277,08 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 359,68 əsas borca münasibətdə cavabdehdən 35,32 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 323,02 manat əsas borca 32,98 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 197,32 manat əsas borca 19,68 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq müvafiq olaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100,0 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 15,00 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12,0 manat, xx.xx.2021-ci il tarixli digər müqavilə üzrə 8,00 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 60,21 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 04251732 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2775,92 manat borc, 100,0 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 359,68 manat borc, 15,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 323,02 manat borc, 12,0 manat cərimə və xx.xx.2022-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 197,32 manat borc, 8,0 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 60,21 manat məbləğində olmaqla, ümumilikdə 3851,15 məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 04251732 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 2775,92 manat borc, 100,0 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 359,68 manat borc, 15,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 323,02 manat borc, 12,0 manat cərimə, xx.xx.2022-ci il tarixli, ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 197,32 manat borc, 8,0 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 60,21 manat məbləğində olmaqla, ümumilikdə 3851,15 (üç min səkkiz yüz əlli bir manat, on beş qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-3636/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3636/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver