Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3649/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqvilələrinə əsasən, İmei kodu **********55203 XİAOMİ REDMİ 10A markalı telefon, XİAOMİ REDMİ WATCH, İmei kodu **********44156 REALME C adlı telefon üçün 712 (yeddi yüz on iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 487,44 (dörd yüz səksən yeddi manat, qırx dörd qəpik) manat (18 ayx 27.08 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********55203 XİAOMİ REDMİ 10A markalı telefon üçün ümumilikdə 444 (dörd yüz qırx dörd) manat olmaqlaondan 403,26 (dörd yüz üç manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 40,74 (qırx manat yetmiş dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 249,96 (iki yüz qırx doqquz manat doxsan altı qəpik) manat (12 ay x 20,83 manat + 0 manat ilkin ödəniş), XİAOMİ REDMİ WATCH üçün ümumilikdə 91 (doxsan bir) manat olmaqla ondan, 82,74 (səksən iki manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,26 (səkkiz manat iyirmi altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 386,40 (üç yüz səksən altı manat qırx qəpik) manat (12 ay x 32,20 + 0 manat ilkin ödəniş) İmei kodu **********44156 REALME C adlı telefon üçün ümumilikdə, 177( yüz yetmiş yeddi) manat olmaqla ondan, 160,54 (yüz altmış manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,46 (on altı manat qırx altı qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 477,26 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqvilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********55203 XİAOMİ REDMİ 10A markalı telefon üçün 403,26 (dörd yüz üç manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 4,74 (qırx manat yetmiş dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ REDMİ WATCH üçün 82,74 (səksən iki manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 8,26 (səkkiz manat iyirmi altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********44156 REALME C adlı telefon üçün 160,54 (yüz altmış manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, 16,46 (on altı manat qırx altı qəpik) manat cərimə olmaqla ümumilikdə 712 manat məbləğində pulun və 30,0 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, zərfin üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 03563400 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 399,96 manat olan “XİAOMİ REDMİ 10A” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 27,08 manat olmaqla ümumilikdə 487,46 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 04071148 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 207 manat olan “XİAOMİ REDMİ WATCH” markalı məhsul Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 20,83 manat olmaqla ümumilikdə 249,99 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 02681854 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 288,96 manat olan “REALME C” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 32,20 manat olmaqla ümumilikdə 386,45 məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 403,26 manat ödənilməmiş hissə, 40,74 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 82,74 manat ödəniməmiş hissə, 8,26 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 160,54 manat ödənilməmiş hissə, 16,46 manat cərimə, ümumilikdə 1195 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında müqavilələr üzrə ödənilməmiş borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, müqavilələr üzrə cavabdehdən yüksək məbləğdə cərimə tələb olunduğundan həmin cərimələr azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 403,26 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 40,74 manat cərimə, 82,74 manat əsas borca görə 8,26 manat cərimə, 160,54 manat əsas borca görə 16,46 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 403,26 manat borca görə 12 manat, 82,74 manat əsas borca görə 3 manat, 160,54 manat əsas borca görə 5 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixdə 03563400 saylı müqavilə üzrə 403,26 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2022-ci il tarixdə 04071148 saylı müqavilə üzrə 82,74 manat ödəniməmiş hissə, 3 manat cərimə, xx.xx.2022-ci il tarixdə 02681854 saylı müqavilə üzrə 160,54 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla cəmi 666,54 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə 03563400 saylı müqavilə üzrə 403,26 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2022-ci il tarixdə 04071148 saylı müqavilə üzrə 82,74 manat ödəniməmiş hissə, 3 manat cərimə, xx.xx.2022-ci il tarixdə 02681854 saylı müqavilə üzrə 160,54 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla cəmi 666,54 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov İş № e-2(003)-3649/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 06 noyabr 2023-cü il Bakı şəhəri Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:10-da başlandı. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3649/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3649/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver