Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-367/2021 24.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1, Cavabdeh2 nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı əmlak və dəymiş zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, pozulan mülki hüquqlarının əvvəlki hüquqi müstəviyə qaytarılmasi qaydasında mülk sahiblərinə məxsus olan hüquqları 1.200.000 min manat dəyərində 3 mərtəbəli fərdi evi özündə saxlaması ilə fərdi evdən qarət etdiyi 200.000 manat incəsənət əşyalari, 30.000 (otuz min) manat maddi zərər və 3.000 (üç min) manat mənəvi ziyan, cəmi 233.000 ( iki yüz otuz üç min) manat cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı3 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 200000 manat dəyərində əşyaların və ya onların dəyərinin, 30.000 manat maddi zərərin, 3000 manat mənəvi zərərin Cavabdeh2 iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Baki şəhəri Xalq deputatları Sovetinin N 6/290 sayli xx xxxxxxxx 1990-ci il tarixli qərari ilə massiv Buzovna ərazisi adlanan 0.12 ha bağ torpağına aid hüquqları ilkin olaraq mərhum anası X2 ilkin hüquqi qeydiyyatdan keçirilmişdir. 19.11 2018-ci il tarixində isə ********** № qeydiyyat vəsiqəsi “ 6 vərəsənin ziddinə bacısı, miras əmlakın ünvanını sərbəst tapa bilməyən Bəşirova Pərvanənin adına vərəsəlik şəhadətnaməsi və qeydiyyat vəsiqəsi verilməsi bir sirr olaraq saxlanılmış, onun mübahisəli mülkə aid vərəsəlik şəhadətnaməsi və qeydiyyat vəsiqəsi alması barədə 2020-ci ilin yanvar ayının 30 da məlumat almışlar. Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialının arxivindən verilmiş Arayışa əsasən adı çəkilən bağ sahəsi Azərbaycan SSR Nazirlər Kabineti və Bakı Soveti İcra Komitəsinin 195 saylı xx xxxx 1988-cu il tarixli N-6/333 sayli Qərarı ilə X13 Deputatları iclasının protokolu ilə məhrum anası X6 massiv Buzovna ərazisində DSK N-5 sayli tikinti kooperativinin üzvü olmaqla bağ evi tikintisi məqsədi ilə ona 0.12 ha torpaq sahəsi ayrilmişdir. 2018-ci ildə anasından miras 0.12 ha torpaqla bir giriş çıxış olan dörd divar çəpərin içində isitifadəsində olan iki ayrı torpaq: fərqli hüquqi nəticəsi olan 0.22 ha vahid sahəsi və ondan ilkin sənədlərə uyğun ayırma ilə 0.12 ha torpaq sahəsinə aid, qanuni vərəsəliyi qəbul etmiş sayıldığı halda, arxasında gizli, qardaşı Bəşirov Məhəmət və iş birliyində olduğu cavabdehin özü və atasının təhrik təhdidi ilə çarəsizlikdən, ondan xəbərsiz bacısı İddiaçı1 adına qanunsuz Vərəsəlik Şəhadətnamə alaraq miras 0,12 ha boş torpaq sahəsinə 6 vərəsənin qanuni mirasi payı ilə yüklü ola-ola xx.xx.2018-ci il tarixində Seriya RX N ******* sayli, qeydiyyat nömrəsi ********** saylı çıxarış ilə - Daşınmaz əmlakın reyestr nömrəsi **********57 ilə Daşınmaz əmlakın Reyestrində 846 nömrəli Reyestr Kitabının 80202 N-li vərəqində qeydiyyata salınmaqla İddiaçı1 adına xx.xx.2018 A № 303847 saylı kağız daşıyıcısında rəqəmli elektron xəritələşdirmiş Kadastr plan cizgili hüquqlar DƏMK-nin yanında kadastr ünvan qeydiyyatı Xidməti tərəfindən 28 sayli bağ ünvani qeydiyyata alınmaqla Bakı şəhəri Buzovna qəsəbəsi Dənizkənarı küçəsi 28 sayli bağa aid alqı-satqı müqaviləsi Baki şəhəri 53 saylı DNK əhəmiyyətsiz və ödənişsiz müvəqqəti girov qismində Daşınmaz əmlakin reyestr Xdmətindən eyni hüquqlara ********** saylı çıxarış ilə hüquqlar cavadehin adına eyni kadastr koordinatları ünvan qeydiyyatını keçidlə adına salmışdır. İddiaçı1 aid Daşınmaz əmlakin reyestrində qeydiyyat N ********** saylı çıxarış üzündən oxumaqla üzərində fərdi ev qeydiyyat olmayıb və eynən fərdi ev haqda qeydiyyat olmadan eyni kadastr ünvan CPS koordinatlarla Daşınmaz əmlakın reyestrində qeydiyyatında hüquqlar N _119012480 saylı çıxarışla Cavabdeh2 adına keçmişdir. Bu belə də olmalıydı, belə ki, ümümi istifadəsində olan 0.22 ha torpaqdan cavabdehin hüquqları 0.12 yerdə qalan 0.09 əlavə 1990-cı ildən istifadəsində olan 0.09 ha atası ilə inşa etdirdiyi miras 700 . kv metr dəyəri 900.000 manat fərdi ev 0.12 ha anasından qalan miras 0.012 ha torpaq ilə üst-üstə düşməsi fiziki geodeziya qanunlarına ziddir. Lakin korrupsiya əlaqələri ilə açıq-saçıq mənəmlik prinsipi ilə fərdi evini Polis olmayan idmançılar Polis paltarı geyindirməklə fərdi evini xüsüsi karantin rejimi vaxtı zorakılıq və cinayət əməllərlə zəbt edib : 3 ailə və 12 vərəsəni küçəyə atıb. Yerin üst qati, geodeziya, fiziki qanunlar yer sürüşməsi, JPS koordinatlar və döngələrin ölçüləri, nisbilik nəzəriyyəsi, yerində vizual müayinə, çıxarışların xüsusi seriya və qeydləri: cavabdehə aid boş torpaq fərdi evlə üst-üstə düşmür, belə ki eyni hüquqi nəticələrlə bir çıxarışdan digəri törəyib, çıxarışın üzərində fərdi ev haqda qeyd yoxdur, miras boş torpağın fiziki ölçüləri bəlli, 0.12 ha torpaq sahəsinin içinə əlavə 0.9 ha torpaq və üzərində 3 mərtəbə fərdi ev 3 ailənin 160 şikayət Ərizələri 3 Prokurorluq bir Rpİ, 6 məhkəmə icraati ilə sual :cavabdehin cinayət tərkibli əməlləri nəinki səngimir, əksinə, Xəzər rayon Polis İdarəsinin rəisi Möhbaliyevin icazəsi ilə xüsusi karantin rejimi vaxtı fərdi evi nümayişkaranə zəbt etməsi və saxta sənəd almaq əzmkarlığı cavabdeh üçün norması: cavabdehlərin gündəlik məşğuliyyətləri ilə izahlıdır. Onları zəif şikar etməklərinin əsası: dolayisi yolla :Buzovnada bağ qonşusu Nərimanov İcra Hakimi Abdin Fərzəliyevə ona aidiyyəti olmayan rüşvətdən : 20 min qalıq borcu guya qardaşının 2010 cu ildən qalması bəhanəsi olmuşdur . qardaşımın qəsbkarlara qalıq, bağ qonşusu Abdin Fərzəliyevə çatacaq 20 min manat bəhanəsi ilə 1.200 .000 manatliq sovetdən qalma mülkü sahibliyində təsadüf nəticəsində əvvəlki qəsbkarlardan qoruduğu, 22 sot torpaq və 900.000 manatliq mülkü, Xəzər rayon vəzifəlilərinin maraqli vəzifəli şəxslər, qəsbkarlarla ortaq məxrəclə, mülkü zəbt olunmasına , təkcə susqunluq seyirçi deyil iştirakçı olmuş , hal hazırda iş icraati prossedurlari ilə Zəbtin iştirakçilarina qanuni format vermək üzrədirlər . Xəzər rayon Ərazi üzrə mülkü hüquqlarimiz Polisdə Prokurorluqda Məhkəmədə vətəndaş hüququ ilə əlaqəsi olmayan təfərrüatlari : Almaniya Ukraynani 1941 -də işqal edən vaxt Dinamo Kiyev futbolçulari qismində :MPM-nin 47-ci maddə ilə prossesual hüquqlardan məhrum statusdadırlar. İşin prozaik xrestomatik izahi: Zəbtlərdə ixtisaslaşmiş cinaiyyət dəstəyə , zəif bənd qismində rast gəlməyimiz bəhanəsi ilə izahlıdır, dəstə üçün hədəf hər gün, ərazi isə bütün Bakı şəhəri. Cavabdehlərə qarşı Xəzər rayon Məhkəməsinə Nəzarət qaydasinda Cinayət işinin başlanması haqda şikayət ərizəsindən oxuyuruq: İddianin preambulasinda: hüquq müəyyən edici sənədlərin 0.12 ha torpaqin anamin adından bacısının adına, mülkü dövriyə iştirakçısı cavabdehin: bacısı İddiaçı1 adından çıxarışlı 0.12 ha miras torpağı 2018-ci ildə alqı-satqı etsələr də, belə, 0.12 ha torpaqa aid hüquqlari özündə, yalnız girov qismində: ondan xəbərsiz arxasında saxlayacağı haqda X8 ilə razılığa gəlir . Mənim bu hadisədən xx xxxxx 2020-ci ilə qədər xəbəri olmayıb, Fərdi evində əlavə 0.09 torpaq sahəsi üzərində nəzarət edib təsərrüfat işlərinə baxib işıq və digər xərcləri ödəməklə yaşamişdır . Lakin qardaşı Mərhəmət xx xxx 2020-ci ildə müvəqqəti tutulandan 9 ay sonra cavandeh qardaşının heç kimi olmadığı zənn edib, bir il yarımdan sonra Fərdi evi və əlavə 0.09 ha torpaq sahəsini də zəbt edib adında olan 0.12 ha miras torpağa qatmaqla vahid çıxarış almaqla 1.200.000 manatlıq mülkü zəbt edib. Əslində kobud qanun pozuntuları: deliktlərlə : insanların hüquq və azadliqlarını sərbəst müqavilə hüququnu şərəf və ləyaqətini alçaltmaqla: cavabdehin adına olan 0.12 ha torpaq olan hüquqlarla əhatə olunmayan: əhatə olunmayan qonşu bitişiklənən sərhəddə, üzünü belə görmədiyi iddiaçi və 12 vərəsənin mülkü hüquq sahiblərinə qarşı, fərqli torpağa olan hüquqları ilə yüklü üstündə isə əşya 3 mərtəbəli dəyəri 900 min manat olan fərdi evi və altındakı 1990-ci ildən istifadəsində olan əlavə 0.09 ha torpaq sahəsini d , cinayət tərkibli əməllərlə: Polis olmayan idmançılara Polis Paltarı geyindirməklə xüsüsi karantin rejimi vaxti 15 nəfərlik qoçu dəstəsinin vasitəsi ilə ayri tarixlərdə fevral 2020 oğurluq, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində 3 həmlə ilə zəbt etmiş , 3 ailəni mənzil və yaşayış hüququndan məhrum etmişdir. Yazdığına sübut Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 6(003)-14/2020 nömrəli iş hakim Qəhrəmanov Əkrəmin içraatında cinayət işinin başlanması haqda Polisin qərardan Şikayət və barələrində zalda həbs olunmaları xahişi vardir. Məhkəmənin diqqətinə çatdırılır ki, cavabdehin tamanlanmamış cinayətinin məntiqi hal-hazırda fərdi evə çıxarış almaq, addan ada keçirtmək cəhdlərinə vaxt udmağına qabaqlayıcı Yasamal, Nəsimi 5 məhkəmə və İnzibati Məhkəmədə iş icraaatı olmaqla Hakimiyyət orqanlarına 160 şikayət ərizələri daxil olmuşdur. Prokurorluqla məhkəmələrdə Polisdə araşdırmaları əlaqələri ilə yubatmaq, natamam əməllərinə görüntülü hüquqi sənədləri almaq bir il yarım ərzində: fərdi ev və altında əlavə 0.09 ha torpağa aid olmayan bacısı İddiaçı1 ilə alqı-satqı müqaviləsinin görüntü və digər əqdləri pərdələmək xatirinə bağlanmış əhəmiyyətsiz əqdin etibarsızlığı iddianın predmeti ilə əlaqəsi yoxdur və Nəsimi rayon Məhkəməsi icraatindadir. Məhkəməyə təqdim etdiyi yazılı subutlardan X8in etiraf ərizəsi daxil olmaqla məlum olur ki, iddia ərizəsinin faktiki halları və təfərrüatları ilə eyni qayda, eyni dəst xətlə: X8 də eyni onun kimi Polisdə saxlanmaq, saxta qeydiyyatı olmayan iş icraatı açmaqla Polisdə bloklamaqla məcburetmə ilə bacısına zəng vurub, tanışları Notariusa çağırıb ödənişsiz alqı-satqıya imza atdırıb. Bu haqda Yasamal rayonu prokurorluğunda Şikayət ərizəsi vardır: İddiaçı1 ilə cavabdehin 53 saylı DNKda bağladığı alqı-satqı müqaviləsi ilə əhatə olunmayan fərqli kadastr koordinatları fərqli ünvan, fərqli hüquqi nəticələri olan anasından miras 0.12 ha qeydiyyatlı torpaq və hüquqi nəticədən ilə üst-üstə düşməyən çıxarışın yerində müayinəsi ilə bəllidir ki, üzərində fərdi ev qeydi yoxdur. Sadəcə qanundan sui-istifadə fərdi ev ilə davə 0.09 ha torpaq anasından miras 012 ha torpaq ilə Peyk cizgisindən də görsənir ki, bir girişli bir çıxışlı dörd tərəfdən daş çəpər içində yerləşdiyindən korrupsiya daqdəri ilə nəinki həbs olmayıb əksinə 900.000 manatliq fərdi ev və altındakı istifadəsində olan 0.09 davə çıxarışsız torpağı da qəsb etdiyi, 12 ha torpağa qatıb özgəninkiləşdirilmə ilə vahid çıxarış almaq üzrədir yaxud alıbdır. Belə ki, 8.05.2020-ci il tarixindən fərdi ev zəbt olunan gündən orada dəstənin üzvlərini saxlayır. X8 xəbəri olmadığı lakin davə etdiyi etiraf ərizəsindən oxuyuruq: Bina tikənlər qara əmlak dövriyəsi iştirakçıları cavabdeh və atasının təhdidlərindən boş 0.12 ha torpaq sahəsi ödənişsiz təhdid və məcburetmə yolu ilə müvəqqəti girov qismində bu günə qədər üzünü görmədiyi tanimadığı digər şəxsə Cavabdeh2 adına alqı-satqı müqaviləsi ilə bacısına yalvarışlı təzyiq ilə il yarım qabaq keçmişdir. xx xxx 2019-ci ildə Bəşirov Mərhəmətin həbs olunmasından 9 ay sonra aralarında 2010-cu ildən 20 min manat pul mübahisəsi bəhanəsi ilə əvvəlcədə fərdi evdə karantin vaxtı və soyuqdan şəhərdə donanda Fərdi evdə oğurluq etmiş idilər .Qoşma sənədlərlə Polisə və Prokurorluğa Şikayətləri ilə təsdiq olunur. Cavabdehə o da məlumdur ki, istinad etdiyi İnzibati akt miras 0.12 ha boş torpaqdan hüquqları özü özlüyündə nominal görüntü xətrinə əhəmiyyətsiz hüquqi nəticədən olmayan ödənişi belə olmayan rüşvəti leqallaşdırmaq xatirinə əqddir. Fərdi evə və altında gözlənti heuqulan 0.09 ha torpaqa aidiyyəti haqda barədə İnzibati məhkəməyə müraciətlər bağlı iş üzrə Məhkəmə Sərəncamı çıxarılmışdır. xx.xx.2018-ci il tarixində iddiaçi İddiaçı1 adına verilmiş ********** №-li “qeydiyyat vəsiqəsinin, Cavabdeh2 ilə 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon 53 sayli DNK-da bağlanmış alqı-satqı müqaviləsinin əsasında 6 qanuni vərəsənin qanuni miras paylarını təhdidlə qeyri-rəsmi Polisdə saxlamaqla məcbur etmə ilə bir giriş çıxışlı vahid həyətdə iki torpaq sahəsindən yalnız anasından miras 0.12 ha boş torpağa aid eyni hüquqlar Cavabdeh2 adına təhdid və məcburetmə ödənişsiz ********** №-li “qeydiyyat vəsiqəsi” ilə saxlanc girov qismində adına keçəndən bir il yarım sonra 8.05.2020-ci il tarixində cavabdeh xüsusi karantin rejimi vaxtı adına olan 0.12 ha boş torpağa aid hüquqlar ilə kifayətlənməyib, miras 0.12 ha torpağın bir girişli çıxışlı vahid həyətdə yerləşməsindən sui-istifadə ilə, ikinci əlavə 0.09 ha torpaq və üzərində 700 kv metr, dəyəri 900.000 manat olan, fərqli kadastr döngələri ünvansız və çıxarışsız istifadələrində olan torpaq və üzərində mülk sahibçiliyi ilə gözləntili mülkiyyət hüquqları ilə yüklü fərdi evi 15 nəfər qoçu dəstəsi ilə, Polis olmayan 2 Polis geyimli idmançılar və içərisində 200.000 manat ev əşyalari ilə birgə zəbt edib əlində saxlayır. İddianin bölünməz mülkü hüquqların müdafiəsinə yönəlmiş tələb hissəsində: Bakı şəhəri Buzovna qəsəbəsi Buzovna bağ massivi adlanan ərazidə 6 vərəsə hüquqi ilə yüklü etibarsız 0.12 torpağı əldə edən cavabdeh : bir il yarimdan sonra torpağın bitişkənliyində bir giriş çixişşli vahid həyətdə olmasinda sui istifadə ikinci zəbtlə fərqi əmlaki: 3 mərtəbəli 700 kv metr sahəsi olan paylı fərdi ev və altinda, əlavə 0.09 ha torpaq sahəsinə aid , mülk sahibçiliyi ilə mülkiyyət gözləntili hüquq ilə yüklü çıxarışsız evdən paylı 6/2 hissə İddiaçı3, 6/1 hissə İddiaçı2 , 6/1 hissə Bəşirova Pərvanəni mənzil hüququndan məhrum etmə ilə, miras 0.12 ha torpağı zəbt etmdiyi tərzdə : eyni qaydada , zoraki Polisdə saxlamaqla Polis olmayan Polis geyimlilərlə qamarlayib , 3 ailəni 3 həmlə ilə sürüyə sürüyə küçəyə atır. Fərdi ev mülk sahibçilərini mənzil və içində daşinar əşya hüququndan məhrum etmə ilə küçəyə sürüyə sürüyə atilmasi nəticəsində pozulan mülkü hüquqlarının, əvvəlki hüquqi müstəviyə qaytarılması qaydasinda mülk sahiblərinə məxsus olan hüquqları 1.200.000 min manat 3 mərtəbəli Fərdi evi özündə saxlaması ilə fərdi evdən qarət etdiyi 200.000 manat incəsənət əşyalari, 30.000 (otuz min) manat maddi zərər, və 3.000 (üç min)manat mənəvi ziyan xeyrinə cəmi 233.000 ( iki yüz otuz üç min) manat cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, ona məxsus üç mərtəbəli fərdi yaşayış evi qardaşı tərəfindən satılmış, o da həmin evdən zorla çıxarılmışdır. Evdə ona məxsus əşyalar qalmışdır. Bu əşyalar 120000 manat dəyərində 50 kq 1831 tarixli Onure Ponsun “Amur” manifakturası saatı, 20000 ABŞ dolları dəyərində 45 kq 45 sm hündürlükdə Xocalı anası, 20000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20000 manat dəyərində ingilis qarnituru qədim saat ilə birgə, 10000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSSRİ Yatran hər biri 2500 dollar, 50000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopiya, 5000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopiya, 25000 manat dəyərində Qız qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 15000 manat dəyərində bir iri “biçok” tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, 5000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, 500 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 5 cüt Çexoslavakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizordan ibarətdir. O, həmin əşyaların və ya onların dəyərinin qaytarılmasını istəyir. Eyni zamanda, evinə soxularkən ona vurulmuş 30000 manat məbləğində maddi zərər, 3000 manat mənəvi zərər vurulmuşdur. Həmin pul vəsaitləri cavabdehdən onların xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 digər iddiaçının izahatındakı xüsusatları qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 digər iddiaçının izahatındakı xüsusatları qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X9 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, cavabdeh mübahisəli evi tam qanuni əsaslarla öz adına rəsmiləşdirmişdir. İddiaçının tələb etdiyi əşyaların hamısı deyil, 20000 ABŞ dolları dəyərində 45 kq 45 sm hündürlükdə Xocalı anası, 20000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20000 manat dəyərində ingilis qarnituru qədim saat ilə birgə, 10000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSSRİ Yatran hər biri 2500 dollar, 50000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopiya, 5000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopiya, 25000 manat dəyərində Qız qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 15000 manat dəyərində bir iri “biçok” tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, 5000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, 500 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 2 cüt Çexoslavakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizor orada mövcuddur, iddiaçılar gəlib götürə bilərlər. Digər hissələrdə isə iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş emtişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri 53 saylı Notariat Kontorunun nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı3 şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına İddiaçı3 adına Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəniz kənarı, bina 0001, mənzil 0005-ə aid abonent saldosu və bildiriş əlavə edilmişdir. İş materiallarından görünür ki, İddiaçı3 tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan Xəzər rayon icra və probasiya şöbəsinin icra məmurları M.S.Abbasov və A.Z.Nəcəfov, hal şahidləri, tələbkarlar İddiaçı3 və İddiaçı2, evə nəzarət edən şəxs X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının qaytarılmasını tələb etdiyi ünvan 2 ünvanında olan əşyaların siyahıya alınması ilə bağlı həmin ünvana baxış keçirilmiş, baxış zamanı icra vərəqəsində göstərilən əşyalardan aşağıdakılar müəyyən edilmişdir: 20000 ABŞ dolları dəyərində 45 kq 45 sm hündürlükdə Xocalı anası, 20000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20000 manat dəyərində ingilis qarnituru qədim saat ilə birgə, 10000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSSRİ Yatran hər biri 2500 dollar, 50000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopiya, 5000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopiya, 25000 manat dəyərində Qız qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 15000 manat dəyərində bir iri “biçok” tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, 5000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, 500 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 2 cüt Çexoslavakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizor. Əşyalar siyahıya alınaraq, istifadəsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. İddiaçılar hazırkı tələblə cavabdehə məxsus ünvanda qalan ona məxsus əşyaların qaytarılmasını tələb etmişdir. İddiaçı, qaytarılmasını xahiş etdiyi əşyaların iddia edilən miqdarda və çeşiddə olmasına, eləcə də həmin əmlakların hazırda cavabdehin sahibliyində qalmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf iddia tələbini qismən etiraf etmiş, tələb edilən əşyaların bir hissəsinin mövcud olmasını, iddiaçıların həmin əşyaları apara biləcəyini bildirmişdir. Xəzər rayon icra və probasiya şöbəsinin böyük icra məmurları, tələbkarlar və hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı 20000 ABŞ dolları dəyərində 45 kq 45 sm hündürlükdə Xocalı anası, 20000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20000 manat dəyərində ingilis qarnituru qədim saat ilə birgə, 10000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSSRİ Yatran hər biri 2500 dollar, 50000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopiya, 5000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopiya, 25000 manat dəyərində Qız qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 15000 manat dəyərində bir iri “biçok” tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, 5000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, 500 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 2 cüt Çexoslavakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizor aşkar edilmişdir. Məhkəmə mübahisəli əşyaların icra haqqında aktda qeyd edilənlərdən ibarət olmasını ağlabatan hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, icra aktında siyahısı göstərilən əşyalar cavabdehdən alınaraq iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin həmçinin görünür ki, iddiaçılar məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onlara vurulmuş maddi zərərə görə 30000 manat pul vəsaitinin ödənilməsini tələb etmişlər. Lakin işin məhkəmə tərəfindən araşdırılması zamanı cavabdehlər tərəfindən iddiaçılara maddi zərərin vurulmasına dair dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçılara zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçılara maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Məhkəmə, həmçinin, iddiaçıların onlara vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, onlar tələbinin cavabdehlər tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən onlara mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Həmçinin, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləği Cavabdeh2 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq, Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə 20000 ABŞ dolları dəyərində 45 kq 45 sm hündürlükdə Xocalı anası, 20000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20000 manat dəyərində ingilis qarnituru qədim saat ilə birgə, 10000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSSRİ Yatran hər biri 2500 dollar, 50000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopiya, 5000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopiya, 25000 manat dəyərində Qız qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 15000 manat dəyərində bir iri “biçok” tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, 5000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, 500 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 2 cüt Çexoslavakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizor və ya onların dəyəri, həmçinin ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə 20000 ABŞ dolları dəyərində 45 kq 45 sm hündürlükdə Xocalı anası, 20000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20000 manat dəyərində ingilis qarnituru qədim saat ilə birgə, 10000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSSRİ Yatran hər biri 2500 dollar, 50000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopiya, 5000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopiya, 25000 manat dəyərində Qız qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 15000 manat dəyərində bir iri “biçok” tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, 5000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, 500 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 2 cüt Çexoslavakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizor və ya onların dəyəri, həmçinin ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-367/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-367/2021
24.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver