Məhkəmə qərarları › İş №e-2(003)-3680/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3680/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3680/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021, xx.xx.2021 və 2xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən SMART YATAQ CARPAYİ, SMART YATAQ DOLAB, SMART YATAQ TERMO, SMART YATAQ TUMBA, MATRAS, İMEİ kodu 866617019,39641 olan XİAOMİ REDMİ 9T markalı telefon, Aıwa Qulaqlıq və Hoffmann paltaryuyan almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 4558 manat olan SMART YATAQ CARPAYİ, SMART YATAQ DOLAB, SMART YATAQ TERMO, SMART YATAQ TUMBA, MATRAS üçün ümumilikdə 639 manat olmaqla 580,1 manat ödənilməmiş hissə 58,9 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 648 manat olan XİAOMİ REDMİ 9T markalı telefon üçün ümumilikdə 495 manat olmaqla 450 manat ödənilməmiş hissə 45 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 19,34,2 manat olan Hoffmann paltaryuyan üçün ümumilikdə 21 manat olmaqla 19,3 manat ödənilməmiş hissə 1,7 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçıya hər üç müqavilə üzrə cəmi 1530,8 manat ödəniş etmişdir. Ona görə də, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 580,1 manat, cəriməyə görə 58,9 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 450 manat cəriməyə görə 45 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 19,3 manat, cəriməyə görə 1,7 manat olmaqla cəmi 1155 manat borcun və dövlət rüsumuna görə 31,55 manatın Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23249182 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh alqı-satqı qiyməti 1358 manat olan SMART YATAQ CARPAYİ, SMART YATAQ DOLAB, SMART YATAQ TERMO, SMART YATAQ TUMBA, MATRAS-ı ilkin ödənişsiz 20 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 136 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. ABC Telecom MMC-nin xx.xx.2021-ci il tarixli 23249182 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 67,90 manat olmaqla 20 ay müddətinə hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh SMART YATAQ CARPAYİ, SMART YATAQ DOLAB, SMART YATAQ TERMO, SMART YATAQ TUMBA, MATRAS-ı tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24036534 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 648 manat olan “XİAOMİ REDMİ 9T 4/64GB” markalı telefonu ilkin ödənişsiz 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 65 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. ABC Telecom MMC-nin xx.xx.2021-ci il tarixli 24036534 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 36 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd “XİAOMİ REDMİ 9T 4/64GB” markalı telefonu M Paket, 2 il ultra qızıl zəmanət və digərləri ilə birgə tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23252646 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 574,2 manat olan Hoffmann paltaryuyanı ilkin ödənişsiz 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 58 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 23252646 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 31,90 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd Hoffmann markalı paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya hər üç müqavilə üzrə borcların ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 580,1 manat, cəriməyə görə 58,9 manat olmaqla cəmi 639 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 450 manat, cəriməyə görə 45 manat olmaqla cəmi 495 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 19,3 manat, cəriməyə görə 1,7 manat olmaqla cəmi 21 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2021-ci il tarixli 23249182 saylı müqavilə üzrə əsas borca görə 580,1 manat cəriməyə görə 58,9 manat, xx.xx.2021-ci il tarixli 24036534 nömrəli müqavilə üzrə əsas borca görə 450 manat cəriməyə görə 45 manat və xx.xx.2021-ci il tarixli 23252646 saylı müqavilə üzrə əsas borca görə 19,3 manat cəriməyə görə 1,7 manat olmaqla cəmi 1155 manat borcu yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 30 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 23 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23249182 saylı müqavilə üzrə əsas borca görə 580,1 manat, cəriməyə görə 30 manat, xx.xx.2021-ci il tarixli 24036534 saylı müqavilə üzrə əsas borca görə 450 manat, cəriməyə görə 23 manat, xx.xx.2021-ci il tarixli 23252646 saylı müqavilə üzrə əsas borca görə 19,3 manat, cəriməyə görə 1 manat və ödənilmiş dövlət rüsumuna görə 31,55 manat olmaqla cəmi 1134,95 (bir min bir yüz otuz dörd manat, doxsan beş qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar