Məhkəmə qərarları › İş №e-2(003)-3681/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3681/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3681/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC borclu Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23269367 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən (“müqavilə”), cavabdehin Samsung kondisioner üçün ümumilikdə 656 manat borcu yaranmışdır. Malın nisyə satış müqaviləsinə 1 saylı əlavədə göstərilən əşya nisyə satılmış və təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixli, 036925 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən (“müqavilə”), cavabdehin 2 ədəd Airpods Pro üçün ümumilikdə 198 manat borcu yaranmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən ödəniş cədvəli üzrə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG kondisioner üçün 596.2 (beş yüz doxsan altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 59.8 (əlli doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd APPLE AİRPODS PRO qulaqlıq üçün 180 (bir yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, ümumilikdə 854 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 23269367 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC məişət avadanlığını alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi avadanlığın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən sazişə əlavə edilmiş əlavədə görünür ki, Cavabdeh İddiaçı MMC–yə olan borcunu xx.xx.2021-ci il tarixdən başlayaraq, 18 ay ərzində hər ay 71,40 manat ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 036925 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC elektronik avadanlığı alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi avadanlığın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən sazişə əlavə edilmiş əlavədə görünür ki, Cavabdeh İddiaçı MMC–yə olan borcunu xx.xx.2021-ci il tarixdən başlayaraq, 06 ay ərzində hər ay 196 manat ödəməklə qaytarmalıdır. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və işə əlavə edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdehin "xxxx" MMC qarşısında xx.xx.2021-ci il tarixli, 23269367 nömrəli müqavilə üzrə 596,2 manat ödənilməmiş hissə, 59,8 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 036925 nömrəli müqavilə üzrə isə 180 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 23269367 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, 18 ay ərzində hər ay 71,40 manat hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 036925 nömrəli müqavilə üzrə isə cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, 06 ay ərzində hər ay 196 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən hər iki müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə "xxxx" MMC qarşısında ümumilikdə 854 manat borcu yarandığından iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və iddiada qeyd edilən məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəm Qətetdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 596.2 (beş yüz doxsan altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 59.8 (əlli doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən,180 (bir yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, ümumilikdə 854 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar