Məhkəmə qərarları › İş №e-2(003)-3734/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3734/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3734/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2023-cü il tarixli, 73 048 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 7718 manat məbləğində pulun və 98 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı “pul tələbi” barədə mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericiliyin tələbinin hazırki işə tətbiqi baxımından məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə baxılmamış saxlandığından, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, **********48 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 98 (doxsan səkkiz) AZN dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 260.4-cü maddəsinin tələbinə əsasən, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, **********48 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 98 (doxsan səkkiz) AZN dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar