Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3783/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə, ********* saylı müddətli “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 1209,90 manat dəyərində olan “Taube” markalı televizoru nisyə satmağı, cavabeh isə ona satılmış malı qəbul edib, ödəniş cədvəlinə uyğun 18 ay müddətinə hər ay 68 manat, sonuncu ay isə 53,98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh sonuncu dəfə 68 manat olmaqla xx.xx.2024-cü il tarixdə ödəniş etmişdir. Həmçinin cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə, ********* saylı kredit müqaviləsi bağlanmışdr. Həmin müqaviləyə əsasən iddiaçı 1109,90 manat dəyərində olan “Taube” markalı kombi, aksessuar ütü kimi məhsulları nisyə satmağı, cavabeh isə ona satılmış malı qəbul edib, ödəniş cədvəlinə uyğun 18 ay müddətinə hər ay 62 manat, sonuncu ay isə 55,98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə isə cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 4 manat ödəniş etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Belə ki Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı "xxxx" MMC-nin qarşısında ödənilməmiş əsas borcu 257,80 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği isə 386 manat təşkil etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə iddiaçı "xxxx" MMC-nin qarşısında ödənilməmiş əsas borcu 799,70 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği isə 1199 manat təşkil etmişdir. Nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavənin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən alıcıya ödənilir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavənin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən alıcıya ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 257,8 AZN əsas, 38,6 AZN cərimə, cəmi 296,4 AZN borc; xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 799,7 AZN əsas, 119,9 AZN cərimə, cəmi 919,6 AZN borc olmaqla ümumilikdə iki müqavilə üzrə 1057,5 AZN əsas, 158,5 AZN cərimə, 1216 AZN cəmi borcun və 32,16 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh məhkəmə bildirişini almış və qanunvercilikdə nəzərdə tutulan müddət ərzində məhkəməyə hər hansı etirazı daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 257,8 manat əsas, 386 manat cərimə, borcu vardır. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 68 manat ödəniş etmişdir.Cərimə xx.xx.2024-cü il tarixdən hesablanmağa başlanmış və cərimə borcu 386 manat təşkil etmişdir. Həmçinin Gecikdirilən günlərin sayı 186 gün təşkil edir. Ümumilikdə 643,80 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə üzrə satıcı 1209,90 manat dəyərində olan “Taube” markalı televizoru alıcıya verməyi, alıcı isə 18 ay müddətinə hissə-hissə satıcıya verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə üzrə satıcı 1109,90 manat dəyərində olan “Taube” markalı kombi, aksessuar ütü kimi məhsulları alıcıya verməyi, alıcı isə 18 ay müddətinə hissəhissə satıcıya verməyi öhdəsinə götürmüşdür İş materiallarında olan xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh “Taube” markalı televizoru almış və 18 ay müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) hər ay 68 manat, sonuncu ay isə 53,98 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi 1 saylı əlavədən görünür ki, Cavabdeh ““Taube” markalı kombi, aksessuar ütü kimi məhsulları almış və 18 ay müddətinə (xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) hər ay 62 manat, sonuncu ay isə 55,98 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq bildirişindən görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 257,8 AZN əsas, 386 AZN cərimə borcu olmaqla cəmi 643,8 manat borcun, xx.xx.2023-cü il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi müqavilə üzrə isə 799,7 AZN əsas, 119,9 AZN cərimə borcu olmaqla, cəmi 919,6 AZN hər iki müqavilə üzrə cəmi 2642,5 manat borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəmə qarşısında iddia qaldırılacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 32,16 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə, ********* saylı müddətli “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 1209,90 manat dəyərində olan “Taube” markalı televizoru nisyə satmağı, cavabeh isə ona satılmış malı qəbul edib, ödəniş cədvəlinə uyğun 18 ay müddətinə hər ay 68 manat, sonuncu ay isə 53,98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə, ********* saylı kredit müqaviləsi bağlanmışdr. Həmin müqaviləyə əsasən iddiaçı 1109,90 manat dəyərində olan “Taube” markalı kombi, aksessuar ütü kimi məhsulları nisyə satmağı, cavabeh isə ona satılmış malı qəbul edib, ödəniş cədvəlinə uyğun 18 ay müddətinə hər ay 62 manat, sonuncu ay isə 55,98 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC əşyanı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 32,16 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 257,8 AZN əsas, 38,6 AZN cərimə, cəmi 296,4 AZN borc; xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 799,7 AZN əsas, 119,9 AZN cərimə, cəmi 919,6 AZN borc olmaqla ümumilikdə iki müqavilə üzrə 1057,5 AZN əsas, 158,5 AZN cərimə, 1216 AZN cəmi borcun və 32,16 AZN ödənilmiş dövlət rüsumunun tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 257,8 AZN (iki yüz əlli yeddi manat, səksən qəpik) əsas, 38,6 AZN (otuz səkkiz manat, altmış qəpik) cərimə, cəmi 296,4 AZN (ikki yüz doxsan altı manat, qırx qəpik) borc; xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 799,7 AZN (yeddi yüz doxsan doqquz manat, yetmiş qəpik) əsas, 119,9 AZN (yüz on doqquz manat, doxsan qəpik) cərimə, cəmi 919,6 AZN (doqquz yüz on doqquz manat, altmış qəpik) borc olmaqla, ümumilikdə 1216 AZN (min iki yüz on altı manat) cəmi borcun və 32,16 AZN (otuz iki manat, on altı qəpik) ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-3783/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3783/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver