Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3802/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********77917 İPHONE 16 PRO MAX markalı telefon üçün 2400 (iki min dörd yüz) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X3 X40 ULTRA üçün 1949,5 (min doqquz yüz qırx doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 194,95 (yüz doxsan dörd manat, 95 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********27346 İPHONE 13 markalı telefon üçün 1298,5 (min iki yüz doxsan səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 129,85 (yüz iyirmi doqquz manat, 85 qəpik) manat dəbbə; ümumilikdə 6236,40 manat borc, 82,37 manat ödənilmiş dövlət rüsumunun alınaraq “ABC Telecom’ MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********77917 İPHONE 16 PRO MAX markalı telefon, X3 X40 ULTRA, İME KODU **********27346 İPHONE 13 markalı telefon almış və nəticədə 6236,40 (altı min iki yüz otuz altı manat, 40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3816 (üç min səkkiz yüz on altı) manat (12 ay x 300 manat + 216 manat ilkin ödəniş) olan İMEİ KODU **********77917 İPHONE 16 PRO MA> markalı telefon üçün ümumilikdə, 2640 (iki min altı yüz qırx) manat olmaqla ondan, 2400 (iki min dörd yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 240 (iki yüz qırx) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2724,96 (iki min yeddi yüz iyirmi dörd manat,96 qəpik) manat (12 ay x 227,08 manat + 0 manat ilkin ödəniş) olan X3 X40 ULTRA üçün ümumilikdə, 2144,45 (iki min yüz qırx dörd manat,45 qəpik) manat olmaqla ondan, 1949,5 (min doqquz yüz qırx doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 194,95 (yüz doxsan dörd manat, 95 qəpik) manat dəbbə; xx.xx.2025- cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1378,8 (min üç yüz yetmiş səkkiz manat, 80 qəpik) manat (12 ay x 108,4 manat + 78 manat ilkin ödəniş) olan İMEİ KODU **********27346 İPHONE 13 markalı telefoüçün ümumilikdə, 1451,95 (min dörd yüz əlli bir manat, 95 qəpik) manat olmaqla ondan, 1298,5 (min iki yüz doxsan səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 129,85 (yüz iyirmi doqquz manat, 85 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı müqavilə üzrə bütün öhdəliklərini lazımi şəkildə yerinə yetirsə də cavabdeh öhdəliyini tam şəkildə icra etməmişdir.
3. Məhkəmənin hazırlıq iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, İphone 16 Pro Max-a görə 2400 manat ödənilməmiş pul, robot tozsorona görə 1949.5 manat, İphone 13 üçün 1248.5 manat borcunun olduğunu, innovativ layihələr mərkəzinə ödənilmiş rüsum olaraq 23.6 manat və ödənilmiş dövlət rüsumu ilə bağlı tələbi qəbul etdiyini, cərimə məbləği ilə isə razı olmadığını, cərimə məbləğinin yüksək olması səbəbilə onun azaldılmasını məhkəmədən xahiş etmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında borcunun olduğunu qəbul etdiyini, hər hansı sənəd və sübutunun olmadığını, borcunu inkar etmədiyini, ailə vəziyətində bir sıra problemlər olması və sonra da işdən çıxması səbəbilə borcunu ödəyə bilmədiyini, özünün indiyədək həmin mağazaya çox sayda kreditinin olduğunu və heç birini gecikdirmədiyini, vaxtından əvvəl borclarını bağladığını, mağazanın qızıl müştərisi olduğunu, lakin hazırda sadaladığı səbəblərə görə krediti ödəyə bilmədiyini, kredit borcunun hissələrə bölünməsini də istəmədiyini, tam olaraq ödəyəcəyini qeyd etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 510740 saylı müqavilədən görünür ki, İMEİ KODU **********77917 İPHONE 16 PRO MAX markalı telefon müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.
7. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümküsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 4.4 və 4.14-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
8. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ KODU **********77917 İPHONE 16 PRO MAX markalı telefonu tam qüsursuz halda təhvil almışdır.
9. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 510740 saylı müqavilədən görünür ki, X3 X40 ULTRA müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.
10. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümküsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 4.4 və 4.14-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
11. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Əhməd X2 Tozsoran Dreame X40 ULTRA-nı tam qüsursuz halda təhvil almışdır.
12. ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 510740 saylı müqavilədən görünür ki, İMEİ KODU **********27346 İPHONE 13 markalı telefon müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.
13. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli bildirişdə qeyd olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduğu halda "ABC” malın geri qaytarılmasını tələb edə bilər. Müştəri müqavilənin şərtlərini pozduğu halda ”ABC” malın istifadəsini mümküsüz edə bilər, o cümlədən, əşyanın rabitə şəbəkələrində istifadəsinə məhdudliyyət qoya bilər. Müqavilənin 4.4 və 4.14-cü bəndinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
14. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ KODU **********27346 İPHONE 13 markalı telefonu tam qüsursuz halda təhvil almışdır.
15. 21.08.2025-ci il tarixli Arayışdan görünür ki, X1 nisyə alqı-satqı müqaviləsi əsasında İMEİ KODU **********27346 İPHONE 13 markalı telefonun açılıb bağlanması üçün İnnovatoiv Layihələr Mərkəzinə 23.60 manat məbləğində rüsum ödənilmişdir.
16. 21.08.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2400 manat məbləğində əsas, 240 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1949.5 manat məbləğində əsas, 194.95 manat cərimə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən isə 1298.5 manat məbləğində əsas, 129.85 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum olmaqla, ümumilikdə 6236.4 manat borcu yaranmışdır.
17. 06.08.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan (poçt qəbzi var) görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
18. 26.08.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 82.37 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
19. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
21. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
26. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
27. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
28. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
30. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində 3 (üç) müxtəlif nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Yuxarıda qeyd olunan müqavilələr əsasında, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəblə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və həmin xəbərdarlıq məktubu ilə tərəflər arasında mövcud olan nisyə alqı-satqı müqavilələrindən birtərəfli qaydada imtina olunmuşdur.
31. Hazırkı mülki iş üzrə məhkəmə icraatının gedişində cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qismən qəbuil etdiyini, İphone 16 Pro Max-a görə 2400 manat ödənilməmiş pul, robot tozsorona görə 1949.5 manat, İphone 13 üçün 1248.5 manat borcunun olduğunu, həmçinin innovativ layihələr mərkəzinə ödənilmiş rüsum olaraq 23.6 manat və ödənilmiş dövlət rüsumu ilə bağlı tələbi qəbul etdiyini, cərimə məbləği ilə isə razı olmadığını qeyd etmişdir. Cavabdehin təqdim etmiş olduğu ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ərizə ilə iddia tələbinin etiraf edilən hissəsi məhkəmə tərəfdindən təmin edilməli, iddia tələbinin cərimə məbləği ilə bağlı etiraz edilən hissəsi isə mülki işin mübahisəli halı olaraq qiymətləndirilməlidir.
32. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddia tələbində cavabdeh tərəfindən ödənilməmiş borcun və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun tutulmasını xahiş etmişdir. Həmin iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, xx.xx.2024-cü il tarixli 510740 saylı müqavilə üzrə 1949.5 manat (bir min doqquz yüz qıx doqquz manat əlli qəpik) ödənilməmiş borc, xx.xx.2025-ci il tarixli 510740 saylı müqavilə üzrə 1298.5 manat (bir min iki yüz doxsan səkkiz manat əlli qəpik) ödənilməmiş borc və innovativ layihələr mərkəzinə ödənilmiş 23.6 manat (iyirmi üç manat altmış qəpik) rüsum, həmçinin xx.xx.2025-ci il tarixli 510740 saylı müqavilə üzrə 2400 manat (iki min dörd yüz manat) ödənilməmiş borcun cavabdehdən tutulması təmin edilməlidir.
33. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, , cavabdeh məhkəməyə təqdim etmiş olduğu yazılı ərizəsində iddiaçının bu tələbinə etirazını bildirmişdir. Yəni tərəflər arasında qeyd olunan iddia tələbi ilə əlaqədar qarşılıqlı razılıq mövcud deyildir. Bu səbəblə iddianın həmin hissəsinə münasibətdə məhkəmə araşdırmasına zərurət yaranmışdır. Öncəliklə qeyd olunmalıdır ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli 510740 saylı müqavilə üzrə 1949.5 manat məbləğində əsas borca münasibətdə 194.95 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılaraq, 97.47 (doxsan yeddi manat qırx yeddi qəpik) manat cərimə məbləği tutulmalıdır. xx.xx.2025-ci il tarixli 510740 saylı müqavilə üzrə 1298.5 manat məbləğində əsas borca münasibətdə 129.85 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılaraq, 64.92 (altmış dörd manat doxsan iki qəpik) manat cərimə məbləği tutulmalıdır.O cümlədən xx.xx.2025-ci il tarixli 510740 saylı müqavilə üzrə 2400 manat məbləğində əsas borca münasibətdə 240 manat cərimə tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılaraq, 120 (bir yüz iyirmi manat) manat cərimə məbləği tutulmalıdır.
34. Məhkəmə iddianın ödənilmiş 82.37 (səksən iki manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb etməkdə haqlıdır. Ancaq iddianın qismən təmin edildiyi nəzərə alınaraq həmin məbləğin də təmin edilmiş hissəyə (5953.99 manata) mütənasib olaraq cavabdehdən tutulması qanunauyğundur. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 79.54 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli 510740 saylı müqavilə əsasında 1949.5 AZN (bir min doqquz yüz qırx doqquz manat əlli qəpik) ödənilməmiş hissə, 97.47 AZN (doxsan yeddi manat qırx üç qəpik) cərimə, xx.xx.2025-ci il tarixli 510740 saylı müqaivilə əsasında 1298.5 AZN (bir min iki yüz doxsan səkkiz manat əlli qəpik) ödənilməmiş hissə, 64.92 AZN (altmış dörd manat doxsan iki qəpik) cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 AZN (iyirmi üç manat altmış qəpik) rüsum, xx.xx.2025-ci il tarixli 510740 saylı müqavilə əsasında 2400 AZN (iki min dörd yüz manat) ödənilməmiş hissə, 120 AZN (bir yüz iyirmi manat) cərimə olmaqla, ümumilikdə 5953.99 AZN (beş min doqquz yüz əlli üç manat doxsan dqquz qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 79.54 AZN (yetmiş doqquz manat 54 qəpik) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
37. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 510740 saylı müqavilə əsasında 1949.5 AZN (bir min doqquz yüz qırx doqquz manat əlli qəpik) ödənilməmiş hissə, 97.47 AZN (doxsan yeddi manat qırx üç qəpik) cərimə, xx.xx.2025-ci il tarixli 510740 saylı müqaivilə əsasında 1298.5 AZN (bir min iki yüz doxsan səkkiz manat əlli qəpik) ödənilməmiş hissə, 64.92 AZN (altmış dörd manat doxsan iki qəpik) cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 AZN (iyirmi üç manat altmış qəpik) rüsum, xx.xx.2025-ci il tarixli 510740 saylı müqavilə əsasında 2400 AZN (iki min dörd yüz manat) ödənilməmiş hissə, 120 AZN (bir yüz iyirmi manat) cərimə olmaqla, ümumilikdə 5953.99 AZN (beş min doqquz yüz əlli üç manat doxsan dqquz qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 79.54 AZN (yetmiş doqquz manat 54 qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov