Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3804/2025 14.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1623,06 manat ödənilməmiş hissə, 162,31 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2759,94 manat ödənilməmiş hissə, 275,99 manat cərimə borcu, “İnnovativ layihələr mərkəzinə” ödənilən 23,6 manat rüsum; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 139,98 manat ödənilməmiş hissə, 14 manat cərimə borcu olmaqla, cəmi 4998,88 manat borcun və 69,99 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə bağladığı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1623,06 manat dəyərində malı, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2759,94 manat dəyərində malı, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1724,94 manat dəyərində malı nisyə almış və cəmi 1584,96 manat ödəniş etməklə müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və nəticədə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1623,06 manat ödənilməmiş hissə, 162,31 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2759,94 manat ödənilməmiş hissə, 275,99 manat cərimə borcu, “İnnovativ layihələr mərkəzinə” ödənilən 23,6 manat rüsum , xx.xx.2025-ci il tarixli müqavilə üzrə 139,98 manat ödənilməmiş hissə, 14 manat cərimə borcu olmaqla, cəmi 4998,88 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1623,06 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 90,17 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 2759,94 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 153,33 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1724,94 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 95,83 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1623,06 manat əsas borc, 162,31 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2759,94 manat ödənilməmiş hissə, 275,99 manat cərimə borcu “İnnovativ layihələr mərkəzinə” ödənilən 23,6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 139,98 manat ödənilməmiş hissə, 14 manat cərimə borcu olmaqla cəmi 4998,88 manat borcu yaranmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlə iddiaçı arasında xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 1623,06 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 90,17 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. cavabdehlə iddiaçı arasında xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 2759,94 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 153,33 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. cavabdehlə iddiaçı arasında xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 1724,94 manat dəyərində mal nisyə satılmış və cavabdeh aldığı malın dəyərini 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 95,83 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və onun xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1623,06 manat borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2759,94 manat borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 139,98 manat borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1623,06 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2759,94 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 139,98 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə üzərinə penya ödənilməsi öhdəliyini götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 162,31 manat məbləğində cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 275,99 manat məbləğində cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 14 manat məbləğində cərimə borcu tutulmalıdır. Eyni zamanda müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul köçürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 69,99 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 69,99 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1623,06 manat ödənilməmiş hissə, 162,31 manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2759,94 manat ödənilməmiş hissə, 275,99 manat cərimə borcu, “İnnovativ layihələr mərkəzinə” ödənilən 23,6 manat rüsum; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 139,98 manat ödənilməmiş hissə, 14 manat cərimə borcu olmaqla, cəmi 4998,88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat borcun və 69,99 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3804/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3804/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver