Məhkəmə qərarları › İş №e-2(003)-3805/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3805/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3805/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV üçün 2.818 manat ödənilməmiş hissə, 718 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən olan PLAYSTATİON 5, PS5 oyun pultu üçün 1.117.88 manat ödənilməmiş hissə, 348.12 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod SHQTRJ9F622 İPAD PRO 11 markalı planşet üçün 636.56 manat ödənilməmiş hissə, 136.44 manat dəbbə pulu olmaqla ümumilikdə 5.775 manat borc, 77.75 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG LED TV, PLAYSTATİON 5 , PS5 oyun pultu, İmei kod SHQTRJ9F622 İPAD PRO 11 markalı planşet almış və nəticədə 5775 manat borc və ayrı-ayrılıqda 718 manat,348 manat,136,44 manat məbləğində dəbbə pulu borcu yaranmışdır. Cavabdeh cəmi 2.762,96 manat ödəmişdir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə 260 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 641,52 manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 1.861,44 manat ödəmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz 18 ay hər ay 171 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 200 manat ilkin ödənişlə 12 ay olmaqla hər ay 129,95 manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 860 manat ilkin ödənişlə 18 ay olmaqla hər ay 91 manat ödəməyi öhdəsinə götürmüşdür. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə 260 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 641,52 manat, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 1.861,44 manat ödəmişdir. xx.xx.2023-ci il tarixli müqavilə üzrə 2.818 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 1.117,88 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 636,56 manat ödənilməmiş borc qalmaqdadır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV üçün 2.818 manat ödənilməmiş hissə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən olan PLAYSTATİON 5, PS5 oyun pultu üçün 1.117.88 manat ödənilməmiş hissə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod SHQTRJ9F622 İPAD PRO 11 markalı planşet üçün 636.56 manat ödənilməmiş hissənin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmədə müəyyən olundu ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-ci il tarixli müqavilə əsasında 718 manat cərimə, xx.xx.2023-ci il tarixli müqavilə əsasında 348,12 manat məbləğində cərimə, xx.xx.2023-ci il tarixli müqavilə əsasında 136,44 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 77,75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 77,75 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5.775 manat əsas borc, 77,75 manat dəbbə pulu və ödənilmiş 77,75 manat dövlət rüsumu olmaqla cəmi 5.852,75 (beş min səkkiz yüz əlli iki manat yetmiş beş qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar