Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3827/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 mart 2024-cü il tarixli MAS-6219 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 2530 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 6 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 450.41 manat, ümumilikdə isə 2702 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehmüvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 iyun 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2980.09 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6219saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 iyun 2024-cü il tarixə ümumilikdə 1357.52 manat məbləğində gecikmə borcu yaranmışdır. Ona görə də xx.xx.2024-cü il tarixli MAS-6219 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 811,52 manat gecikdirilmiş əsas borc, 85,20 manat gecikdirilmiş mükafat, 460,80 manat dəbbə pulu, həmçinin lizinq predmeti olan avtomobilin təmir-bərpa xərci olan 2980,09 manat olmaqla, cəmi 4337,61 manatın və 63,38 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı MMC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini tədqiq edib, məhkəməyə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lizinq verən “Azərmaş MMC” ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6219 saylı daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müqavilə üzrə lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu lizinq müqaviləsinin əsas məbləğini 2530 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizin ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür, ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 06 ay müddətində illik 23% həcmində müvafiq mükafat məbləği hesablanır. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq verən lizinq alanı 15 gün əvvəldən xəbərdar etməklə bu bəndin müvafiq yarımbəndlərində qeyd olunan hallarda müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Daxili lizinq müqaviləsinin 7.2-ci bəndindən müəyyən olunur ki, gecikdirilən lizinq ödənişləri məbləğinə 1% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. xx.xx.2024-cü il tarixli MAS-6219 saylı daxili lizinq müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas məbləğə görə hər ay 450,4 manat, xx.xx.2024-cü il tarixdə isə 450,41 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, “Khazar LX” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, “Khazar LX” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil kredit borcunu ödəyə bilmədiyi üçün evakuatorla duracağa gətirilmiş, təhvil alınarkən nəqliyyat vasitəsində qapının tutacağı sınıq vəziyyətdə olmuşdur. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli 1723 saylı xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli MAS-6219 saylı daxili lizinq müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyini, yaranmış borc və dəymiş zərər ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli MAS-6219 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2024cü il tarixə əsas borca görə 811,52 manat, mükafat borcuna görə 85,20 manat, cəriməyə görə 460,80 manat olmaqla cəmi 1357,52 manat borcu vardır. “X3” MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Khazar LX” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş cəmi zərər 2980,09 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh xx.xx.2024-cü il tarixli MAS-6219 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyini icra edə bilməməsi səbəbindən istifadəsində olan lizinq predmetini iddiaçıya təhvil verməsi, İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə əsas borca görə 811,52 manat, mükafata görə 85,20 manat, dəbbə puluna görə 40 manat borcu qalmışdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 40 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin Cavabdeh tərəfindən yetirilməsi hər hansı bir sübutla təsdiq olunmadığına görə avtomobilin təmir xərclərinin pulu cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli MAS-6219 saylı daxili lizinq müqaviləsi üzrə əsas borca görə 811,52 manat, mükafata görə 85,20 manat, dəbbə puluna görə 40 manat olmaqla 936,72 manat məbləğində pul və dövlət rüsumuna görə 63,38 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3827/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3827/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver