Məhkəmə qərarları › İş №e-2(003)-3862/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3862/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3862/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********72383 BLACKVİEW A95 markalı telefon üçün 632,48 manat ödənilməmiş hissə, 63,52 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********71189 BLACKVİEW A95 markalı telefon üçün 356,94 manat ödənilməmiş hissə, 35,06 manat cərimə olmaqla, ümumilikdə 1.088 manat borc və 30,88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kod **********72383 BLACKVİEW A95 markalı telefon, İmei kod **********71189 BLACKVİEW A95 markalı telefon almış və nəticədə 1.088 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 660,48 manat ( 24 ay x 27,52 manat +0 manat ilkin ödəniş) olan İmei kod **********72383 BLACKVİEW A95 markalı telefon üçün ümumilikdə 696 manat olmaqla, ondan 632,48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63,52 manat cərimə;22.0402023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 534,94 manat (12 ay x 44,58 manat + o manat ilkin ödəniş) olan İmei kod **********71189 BLACKVİEW A95 markalı telefon üçün ümumilikdə 392 manat olmaqla ondan, 356,94 manat ödənilməmiş hissə, güzəşt olunaraq 35,06 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh cəmi 206,02 manat məbləğ ödəmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin tərkib hissəsi olan Əşyaların təhvil aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə İddiaçı MMC arasında olan telefon danışığı və göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənarda həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımincə icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri yerinə yetirməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03646006 saylı nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 660,48 manat olan BLACKVİEW A95 8/128GB BLACK markalı telefonu cavabdehə nisyə satmağı, alıcı isə ilkin ödənişsiz BLACKVİEW A95 8/128GB BLACK markalı telefonu qəbul etməyi və məbləğin qalan hissəsini ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 16302508 saylı nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 534,96 manat olan BLACKVİEW A95 8/128GB RAİNBOW markalı telefonu cavabdehə nisyə satmağı, alıcı isə ilkin ödənişsiz BLACKVİEW A95 8/128GB RAİNBOW markalı telefonu qəbul etməyi və məbləğin qalan hissəsini ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Babayeva X1 **********72383 BLACKVİEW A95 markalı telefon üçün 24 ay olmaqla ayda 27,52 manat ödəməyi öhdəsinə götümüşdür. Bu zamana qədər 27,52 manat ödəniş edilmişdir. Eyni zamanda həmin ödəniş cədvəlindən görünür ki, Babayeva X1 **********71189 BLACKVİEW A95 markalı telefon üçün 12 ay olmaqla hər ay 44,58 manat ödəməyi öhdəsinə götürmüşdür. Bu zamana qədər 178,02 manat ödəniş edilmişdir. 989,42 manat ödənilməmiş borcla yanaşı 98,58 manat cərimə borcu olmaqla cəmi 1.088 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh müqavilələr üzrə 206,02 manat ödəniş etmişdir. Ödənməmiş 989,42 manat borc qalmaqdadır. Cavabdeh İddiaçı MMC ilə müqavilələrinə əsasən BLACKVİEW A95 8/128GB BLACK və BLACKVİEW A95 8/128GB RAİNBOW markalı telefonları qəbul etmiş, lakin müqavilə üzrə iddiaçıya olan borc öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 989,42 manat məbləğində əsas borcun ödənməsi hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrə əsasən ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 98,58 manat məbləğində penya bоrcunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,88 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30,88 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 989,42 ( doqquz yüz səksən doqquz manat qırx iki qəpik) manat əsas borc, 98,58 (doxsan səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində penya bоrcu olmaqla ümumilikdə 1.088 (min səksən səkkiz manat) manat borc və ödənilmiş dövlət rüsumu 30,88 (otuz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar