Məhkəmə qərarları › İş №e-2(003)-3918/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3918/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3918/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “XİAOMİ Redmi Note 12” markalı telefon üçün 184,73 manat ödənilməmiş hissənin, 18,27 manat cərimənin, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Aiwa” markalı 3 ədəd qulaqlıq üçün 93,63 manat ödənilməmiş hissənin, 9,37 manat cərimə pulunun, ümumilikdə 306 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən “XİAOMİ Redmi Note 12” markalı telefon və “Aiwa” markalı 3 ədəd qulaqlıq almış və nəticədə 306 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 511,95 manat olan “XİAOMİ Redmi Note 12” markalı telefon üçün ümumilikdə 203 manat olmaqla ondan 148,73 manat ödənilməmiş hissə, 18,27 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 297 manat olan “Aiwa” markalı 3 ədəd qulaqlıq üçün ümumilikdə 103 manat olmaqla ondan 93,63 manat ödənilməmiş hissə, 9,37 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 530,59 manat təşkil edir. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09543446 nömrəli müqavilədən görünür ki, “XİAOMİ Redmi Note 12” markalı telefon üçün hər ay nağd qaydada 34,13 manat ödəməklə, 15 ay müddətinə 511,95 manat qiymətə Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 09543446 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı MMC–yə hər ay 34,13 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13981620 nömrəli müqavilədən aydın olur ki, “Aiwa” markalı 3 ədəd qulaqlıq üçün hər ay nağd qaydada 16,50 manat ödəməklə, 18 ay müddətinə 297 manat qiymətə Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 13981620 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı MMC–yə hər ay 16,50 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 27 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC–yə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən 278,36 manat əsas, 27,64 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə əsasında XİAOMİ Redmi Note 12” markalı telefon əldə etmiş və hər ay nağd qaydada 34,13 manat ödəməklə, 15 ay müddətinə 511,95 manat, xx.xx.2023-cü il tarixli müqavilə əsasında “Aiwa” markalı 3 ədəd qulaqlıq əldə etmiş və 18 ay müddətinə 297 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etməmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 184,73 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 93,63 manat ödənilməmiş borcu qalmaqdadır. Bu səbədən, məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “XİAOMİ Redmi Note 12” markalı telefon üçün 184,73 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Aiwa” markalı 3 ədəd qulaqlıq üçün 93,63 manat ödənilməmiş hissənin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmədə müəyyən olundu ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə əsasında 18,27 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə əsasında 9,37 manat məbləğində cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş 64859704 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 278,36 manat əsas borc, 27,64 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 336 (üç yüz otuz altı) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar