Məhkəmə qərarları › İş №e-2(003)-3949/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3949/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3949/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2021, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən “MOPED ZAZA”, “TOSHİBA LED TV”, İMEİ kodu **********24894 olan “REALME” C21Y markalı telefon, İMEİ kodu **********12406 olan “BQ-4030G” markalı telefon, “HD GLASS”, “AKAMİ CLEAR CASE”, İMEİ kodu **********43642 olan “SAMSUNG GALAXY A23” markalı telefon, İMEİ kodu **********05814 olan “SAMSUNG GALAXY A03S” markalı telefon, İMEİ kodu **********97783 “NOKİA G10” markalı telefon, “XİOMİ Mİ TV STİCK” almış və nəticədə 1649 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 3049,92 manat olan “MOPED ZAZA” üçün ümumilikdə 713 manat olmaqla 648,92 manat ödənilməmiş hissə, 64,08 manat cərimə borcu; xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 919,98 manat olan “TOSHİBA LED TV” üçün ümumilikdə 520 manat olmaqla 472,98 manat ödənilməmiş hissə, 47,02 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 561 manat olan İMEİ kodu **********24894 olan “REALME” C21Y, İMEİ kodu **********12406 olan “BQ-4030G” markalı telefonlar üçün ümumilikdə 204 manat olmaqla 186 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 810,54 manat olan “HD GLASS”, “AKAMİ CLEAR CASE”, İMEİ kodu **********43642 olan “SAMSUNG GALAXY A23” markalı telefon üçün ümumilikdə 127 manat olmaqla 115,91 manat ödənilməmiş hissə, 11,09 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 376,2 manat olan İMEİ kodu **********05814 olan “SAMSUNG GALAXY A03S” markalı telefon üçün ümumilikdə 49 manat olmaqla 44,6 manat ödənilməmiş hissə, 4,4 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi alqı-satqı qiyməti 521,82 manat olan İMEİ kodu **********97783 “NOKİA G10” markalı telefon, “XİOMİ Mİ TV STİCK” üçün ümumilikdə 36 manat olmaqla 32,82 manat ödənilməmiş hissə, 3,18 manat cərimə borcu yaranmışdır. Cavabdeh iddiaçıya hər dörd müqavilə üzrə cəmi 4738,23 manat ödəniş etmişdir. Ona görə də, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 648,92 manat, cəriməyə görə 64,08 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 472,98 manat, cəriməyə görə 47,02 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 186 manat, cəriməyə görə 18 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 115,91 manat, cəriməyə görə 11,09 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 44,6 manat, cəriməyə görə 4,4 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 32,82 manat, cəriməyə görə 3,18 manat olmaqla cəmi 1649 manat borcun və dövlət rüsumuna görə 36,49 manatın Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 84 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. ABC Telecom MMC-nin xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 12,08 manat olmaqla 24 ay müddətinə hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 01 ədəd “MOPED ZAZA 50CC BLUE” markalı mopedi tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-c1 il tarixli ******* saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 3049,92 manat olan “MOPED ZAZA 50CC BLUE” markalı mopedi 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 78 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. ABC Telecom MMC-nin xx.xx.2022-ci il tarixli 03713935 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində hər ay 49,61 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd “TOSHİBA LED TV” –ni tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03713935 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 735,12 manat olan “TOSHİBA LED TV”-ni ilkin ödənişsiz 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 36,78 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 31 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd İMEİ kodu **********24894 olan “REALME” C21Y, İMEİ kodu **********12406 olan “BQ-4030G” markalı telefonlar tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 561 manat olan İMEİ kodu **********24894 olan “REALME” C21Y, İMEİ kodu **********12406 olan “BQ-4030G” markalı telefonları ilkin ödənişsiz 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 22 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 02369224 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində hər ay 45,03 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh “HD GLASS”, “AKAMİ CLEAR CASE”, İMEİ kodu **********43642 olan “SAMSUNG GALAXY A23” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 22 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 20,9 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh İMEİ kodu **********05814 olan “SAMSUNG GALAXY A03S” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Müqaviləyə əlavənin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 22 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 095554 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 28,99 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh “İMEİ kodu **********97783 “NOKİA G10” markalı telefon, “XİOMİ Mİ TV STİCK” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya hər dörd müqavilə üzrə borcların ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh müqaviləyə əsasən əsas borca görə 648,92 manat, cəriməyə görə 64,08 manatməyə görə 84 manat olmaqla cəmi 713 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh əsas borca görə 32,82 manat, cəriməyə görə 3,18 manat olmaqla cəmi 49 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh müqaviləyə əsasən əsas borca görə 115,91 manat, cəriməyə görə 11,09 manat olmaqla cəmi 127 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh müqaviləyə əsasən əsas borca görə 32,82 manat, cəriməyə görə 3,18 manat olmaqla cəmi 36 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh müqaviləyə əsasən əsas borca görə 186 manat, cəriməyə görə 18 manat olmaqla cəmi 204 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh müqaviləyə əsasən əsas borca görə 472,98 manat, cəriməyə görə 47,02 manat olmaqla cəmi 520 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 32,82 manat, cəriməyə görə 3,18 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 44,6 manat, cəriməyə görə 4,4 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 115,91 manat, cəriməyə görə 11,09 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 186 manat, cəriməyə görə 18 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 472,98 manat, cəriməyə görə 47,02 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 648,92 manat, cəriməyə görə 64,08 manat olmaqla cəmi 1649 manat borcu yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 25 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 20 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 18 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 11 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 444-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 32,82 manat, cəriməyə görə 3 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 44,6 manat, cəriməyə görə 4 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 115,91 manat, cəriməyə görə 11 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 186 manat, cəriməyə görə 18 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 472,98 manat, cəriməyə görə 20 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 648,92 manat, cəriməyə görə 25 manat olmaqla 1582,23 manat və ödənilmiş dövlət rüsumuna görə 36,49 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar