Məhkəmə qərarları › İş №e-2(003)-3955/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3955/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3955/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Ninebot” markalı elektrosamokat üçün 1.319,94 manat ödənilməmiş hissə, 131,06 manat cərimə olmaqla, ümumilikdə 1.451 manat borc və 34,51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Ninebot” markalı elektrosamokat almış və nəticədə 1.451 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1319,94 manat ( 18 ay x 73,33 manat + 0 manat ilkin ödəniş) olan “Ninebot” markalı elektrosamokat üçün ümumilikdə 1451 manat olmaqla, ondan 1319,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 131,06 manat cərimə yaranmışdır.Cavabdeh heç bir ödəniş etməmişdir.Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh məhsulu tam və qüsursuz şəkildə almışdır. Cavabdehlə İddiaçı MMC arasında olan telefon danışığı və göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənarda həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımincə icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri yerinə yetirməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən aydın olur ki, “Ninebot” markalı elektrosamokat üçün hər ay nağd qaydada 73,33 manat ödəməklə, 18 ay müddətinə 1319,92 manat qiymətə Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı MMC–yə hər ay 73,33 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 02 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC–yə xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən 1319,94 manat əsas, 131,06 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə müqavilələrinə əsasən İmei kod “Ninebot” markalı elektrosamokat qəbul etmiş, lakin müqavilə üzrə iddiaçıya olan borc öhdəliyini yerinə yetirməmiş, heç bir ödəniş etməmişdir.Ödənməmiş 1.319,94 manat borc qalmaqdadır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 1.319,94 manat məbləğində əsas borcun ödənməsi hissəsində təmin edilməlidir . Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrə əsasən ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 131,06 manat məbləğində penya bоrcunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1000 manatdan yuxarı olan iddia məbləğinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş 65191212 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34,51 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 34,51 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1.319,94 manat əsas borc, 131,06 manat məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1.481 (min dörd yüz səksən bir) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar