Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-404/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 222 manat ödənilməmiş hissə, 22 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 491 manat ödəniməmiş hissə, 49 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 333 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36,7 manat ödənilməmiş hissə, 3,3 manat cərimə, ümumilikdə 1630 manat borcun və 36,3 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh “Samsung galaxy A02s” markalı telefon, “Alyans-Paris” çarpayı, matras, “Lenovo” markalı tablet, “Bike saft”, “instax mini 11”, “İnstax mini Card” almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə aldığını “İnstax mini 11” adlı əşyadan xx.xx.2021-ci il tarixdə imtina etmiş və həmin mal 220,8 manat qiymətlədirilərək borcundan silinmişdir. Cavabdeh həmin müqavilə üzrə 14,9 manat, digər 4 müqavilə üzrə cəmi 663,6 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya ümumilikdı 1630 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23153717 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 372 manat olan “Samsung galaxy A02s” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 24,80 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 22155373 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 910,80 manat olan “Alyans-Paris” markalı çarpayı və matras Cavabdeh nisyə satılmış və cavabdeh 23 ay müddətində ödəniş cədvəli üzrə hər ay 39,60 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23088413 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 352,80 manat olan “Lenovo TB” markalı əşya Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 19,60 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23072113 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 474 manat olan “Bike saft” markalı əşya Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 39,50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23082881 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 272,70 manat olan “İnstax mini 11” və “İnstax mini card” markalı əşyalar Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 22,40 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 222 manat ödənilməmiş hissə, 22 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 491 manat ödəniməmiş hissə, 49 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 333 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36,7 manat ödənilməmiş hissə, 3,3 manat cərimə olmaqla ümumilikdə 1630 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh na ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 36,30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 417-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilir ki, cavabdeh, iddiaçı qarşısında xx.xx.2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun həmin müqavilələr üzrə ödənilməmiş borcu qalmışdır. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə bağlanılmış nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, müqavilələr üzrə cavabdehdən tələb olunan cərimə məbləğləri yüksək olduğundan azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixdə 23153717 saylı müqavilə üzrə yaranmış 222 manat məbləğində əsas borca görə cavabdehdən 10 manat cərimə, xx.xx.2020-ci il tarixdə 22155373 saylı müqavilə üzrə 491 manat əsas borca görə 25 manat cərimə, xx.xx.2021-ci il tarixdə 23088413 saylı müqavilə üzrə 333 manat əsas borca görə 15 manat cərimə, xx.xx.2021-ci il tarixdə 23072113 saylı müqavilə üzrə 400 manat əsas borca görə 20 manat cərimə,xx.xx.2021-ci il tarixdə 23082881 saylı müqavilə üzrə 36,7 manat əsas borca görə 1 manat cərimə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 3 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli 23153717 saylı saylı müqavilə üzrə 222 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli 22155373 saylı müqavilə üzrə 491 manat ödəniməmiş hissə, 25 manat cərimə, xx.xx.2021-ci il tarixli 23088413 saylı müqavilə üzrə 333 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2021-ci il tarixli 23072113 saylı müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli 23082881 saylı müqavilə üzrə 36,7 manat ödənilməmiş hissə, 1 manat cərimə ümumilikdə 1553,7 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 36,3 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 217, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23153717 saylı saylı müqavilə üzrə 222 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli 22155373 saylı müqavilə üzrə 491 manat ödəniməmiş hissə, 25 manat cərimə, xx.xx.2021-ci il tarixli 23088413 saylı müqavilə üzrə 333 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2021-ci il tarixli 23072113 saylı müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli 23082881 saylı müqavilə üzrə 36,7 manat ödənilməmiş hissə, 1 manat cərimə ümumilikdə 1553,7 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 36,3 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-404/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-404/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver