Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4067/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçıin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, PS5 DUALSENSE oyun pultu, 3 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq, 4 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq, PLAYSTATİON 5 , PS5 oyun pultu, PS5 PULSE 3D WİRELESS qulaqlıq, PLAYSTATİON 5 almış və nəticədə 3195 (üç min yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 159,96 (yüz əlli doqquz manat doxsan altı qəpik) manat (12 ay x 13,33 manat + 0 manat ilkin ödəniş) olan PS5 DUALSENSE oyun pultuüçün ümumilikdə, 92 (doxsan iki) manat olmaqla ondan, 83,94 (səksən üç manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,06 (səkkiz manat altı qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 573,15 (beş yüz yetmiş üç manat on beş qəpik) manat (15 ay x 38,21 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq üçün ümumilikdə, 463 (dörd yüz altmış üç) manat olmaqla ondan, 420,21 (dörd yüz iyirmi amnat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42,79 (qırx iki manat yetmiş doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 739,2 (yeddi yüz otuz doqquz manat iyirmi qəpik) manat (15 ay x 49,28 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqülıçqün ümumilikdə, 587 (beş yüz səksən yeddi) manat olmaqla ondan, 533,05 (beş yüz otuz üç manat beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53,95 (əlli üç manat doxsan beş qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1776,96 (min yeddi yüz yetmiş altı manat doxsan altı qəpik) manat (18 ay x 98,72 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq üçün ümumilikdə, 750 (yeddi yüz əlli) manat olmaqla ondan, 681,96 (altı yüz səksən bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68.04 (altmış səkkiz manat dörd qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1782,9 (min yeddi yüz səksən iki manat doxsan qəpik) manat (18 ay x 99,05 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq üçün ümumilikdə, 1303 (min üç yüz üç) manat olmaqla ondan, 1184,37 (min yüz səksən dörd manat otuz yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118,63 (yüz on səkkiz manat altmış üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2128,64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Yuxarıda göstərilənlərə əsasən ümumilikdə 3195 (üç min yüz doxsan beş) manat borc, 51,95 (əlli bir manat doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cu il tarixli, 10794348 saylı müqavilədən aydın olur ki, 4 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq üçün hər ay nəğd qaydada 99,05 manat ödəməklə 18 ay müddətinə 1782,9 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir İş materiallarına əlavə olunmuş xx.xx.2023-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cu il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı MMC-yə hər ay 99,05 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023ci il tarixli, 02113817 saylı müqavilədən aydın olur ki, 4 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq üçün hər ay 98,72 manat ödəməklə 18 ay müddətinə 1776,96 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən telefonları qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-ci il tarixdən xx.xx.2024-ci il tarixədək İddiaçı MMC-yə hər ay 98,72 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023ci il tarixli, 03337043 saylı müqavilədən aydın olur ki, 4 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq üçün hər ay nəğd qaydada 49,28 manat ödəməklə 15 ay müddətinə 739,2 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən telefonları tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 49,28 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023ci il tarixli, ******* saylı müqavilədən aydın olur ki, 3 ədəd PS5 DUALSENSE oyun pultu, BOROFONE qulaqlıq üçün hər ay nəğd qaydada 38,21 manat ödəməklə 15 ay müddətinə 573,15 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən avadanlığı tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 38,21 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023ci il tarixli, 18663671 saylı müqavilədən aydın olur ki, PS5 DUALSENSE oyun pultu üçün hər ay nəğd qaydada 13,33 manat ödəməklə 12 ay müddətinə 159,96 manata Cavabdeh satılmışdır. “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən telefonu tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-ci il tarixdən xx.xx.2024-ci il tarixədək hər ay 13,33 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cu il tarixli müqaviləyə əsasən 1184,37 manat əsas borc, 118,63 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 681,96 manat əsas borc, 68,04 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 533,05 manat əsas borc, 53,95 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 420,21 manat əsas borc, 42,79 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 83,94 manat əsas borc, 8,06 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 51,95 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında alqı-satqı müqavilələri bağlamışdırlar. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC göstərilən malları X1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cu il tarixli müqaviləyə əsasən 1184,37 manat əsas borca 118,63 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 681,96 manat əsas borca 68,04 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 533,05 manat əsas borca 53,95 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 420,21 manat əsas borca 42,79 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 83,94 manat əsas borca 8,06 manat cərimə borcu tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2023-cu il tarixli müqavilə üzrə 48,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 28,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 20,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 16,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3,0 manat cərimə borcu məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 51,95 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cu il tarixli müqaviləyə əsasən 1184,37 manat əsas borc, 48,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 681,96 manat əsas borc, 28,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 533,05 manat əsas borc, 20,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 420,21 manat əsas borc, 16,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 83,94 manat əsas borc, 3,0 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 51,95 manat məbləğində olmaqla, ümumilikdə 3070,48 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cu il tarixli müqaviləyə əsasən 1184,37 manat əsas borc, 48,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 681,96 manat əsas borc, 28,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 533,05 manat əsas borc, 20,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 420,21 manat əsas borc, 16,0 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 83,94 manat əsas borc, 3,0 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 51,95 manat məbləğində olmaqla, ümumilikdə 3070,48 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli İş № e-2(003)-815/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 24 yanvar 2024-cü il Bakı şəhəri Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:40-da başlandı. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-4067/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4067/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver