Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4160/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi
1. İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZİMMER TV, ZƏMANƏT + 3 İL xidməti üçün , 524.64 (beş yüz iyirmi dörd manat, 64 qəpik) manat ödənilməmiş hissə, 52.46 (əlli iki manat, 46 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********33149 TECNO SPARK GO 2024, QİZİL ZƏMANƏT ULTRA3 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: İL xidməti üçün , 219.23 (iki yüz on doqquz manat 23 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 21.92 (iyirmi bir manat 92 qəpik) manat cərimə; xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, QAZ KALONKASİ HOFFMANN üçün 170.57 (yüz yetmiş manat 57 qəpik) manat ödənilməmiş hissə, 17.06(on yeddi manat, 6 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********22723 TECNO SPARK 10, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti üçün , 149.6 (yüz qırx doqquz manat 60 qəpik) manat ödənilməmiş hissə, 14.96 (on dörd manat, 96 qəpik) manat cərimə, ümumilikdə 1194.04 manat borc, 31.95 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ZİMMER TV, ZƏMANƏT + 3 İL xidməti, İMEİ Kod **********33149 TECNO SPARK GO 2024, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, QAZ KALONKASİ HOFFMANN, İMEİ Kod **********22723 TECNO SPARK 10, QİZİL ZƏMANƏTULTRA2 İL xidməti, PAKET M xidməti almış və nəticədə 1194.04 (min yüz doxsan dörd manat 4 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 728.88 (yeddi yüz iyirmi səkkiz manat, 88 qəpik) manat (24 ay x 30.37 manat + 0 manat ilkin ödəniş) olan ZİMMER TV, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 577.10 (beş yüz yetmiş manat, 10 qəpik ) manat olmaqla ondan, 524.64 (beş yüz iyirmi dörd manat, 64 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.46 (əlli iki manat, 46 qəpik) manat cərimə. xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 291.96(iki yüz doxsan bir manat, 96 qəpik) manat (18 ay x 16.22 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********33149 TECNO SPARK GO 2024, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmət üçün ümumilikdə, 264.75 (iki yüz altmış dörd manat 75 qəpik) manat olmaqla ondan, 219.23 (iki yüz on doqquz manat 23 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 21.92 (iyirmi bir manat 92 qəpik) manat cərimə; xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 285 (iki yüz səksən beş manat) manat (12 ay x 23.75 manat + 0 manat ilkin ödəniş) olan QAZ KALONKASİ HOFFMANN üçün ümumilikdə, 187.63 (yüz səksən yeddi manat, 63 qəpik) manat olmaqla ondan, 170.57 (yüz yetmiş manat 57 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.06(on yeddi manat, 6 qəpik) manat cərimə; xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 366.84 (üç yüz altmış altı manat, 84 qəpik) manat (18 ay x 20.38 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********22723 TECNO SPARK 10, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET M xidməti üçün ümumilikdə, 164.56 (yüz altmış dörd manat, 56 qəpik) manat olmaqla ondan, 149.6 (yüz qırx doqquz manat 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.96 (on dörd manat, 96 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 608.64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024 -ci il, xx.xx.2024 -ci il, xx.xx.2024 -cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
3. Məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir əsaslandırılmış etiraz təqdim edilməmişdir.
4. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
5. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 443.1ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
6. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
7. MM-in 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
8. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
9. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi (əşyaların nisyə satışı) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 10.MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
11. MM-in 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 12.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 13.MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 14.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmiş işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilə bağlanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, iddiaçı İMEİ Kod **********22723 TECNO SPARK 10, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti üçün 366,84 manata, ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə, hər ay 20,38 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZİMMER TV, ZƏMANƏT + 3 İL xidməti üçün 728,88 manata, ilkin ödəniş 0 manat olmaqla, 24 ay müddətinə, hər ay 30,37 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QAZ KALONKASİ HOFFMANN üçün 285 manata, ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə, hər ay 170,57 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********33149 TECNO SPARK GO 2024, QİZİL ZƏMANƏT ULTRA3 İL üçün 291,96 manata, ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə, hər ay 16,22 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Cavabdeh isə həmin əşyaları və xidməti qəbul etsə də, əvəzində razılaşdırılmış pul məbləğini (qiyməti) tam ödəməmiş, birinci müqavilə üzrə 149,6 manat, ikinci müqavilə üzrə 524,64 manat, üçüncü müqavilə üzrə 170,57 manat, dördüncü müqavilə üzrə 219,23 manat borcu qalmışdır. 15.Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə yaranmış zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2024-cü il il tarixli müqavilə üzrə ödənilməmiş 149,6 manat əsas, 14,96 manat cərimə borcu, xx.xx.2024-cü tarixli müqavilə üzrə ödənilməmiş 524,64 manat əsas 52,46 manat cərimə borcu, xx.xx.2024-cü saylı müqavilə üzrə ödənilməmiş 170,57 manat əsas, 17,06 manat cərimə və xx.xx.2024-cü 219,23 manat əsas və 21,92 manat cərimə, eləcə də həmin müqavilə çərçivəsində innovativ layihələr mərkəzinə ödənilmiş 23.6 manat rüsum hissəsi hissəsi əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. 16.Məhkəmə iddianın ödənilmiş 31,95 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğdə dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi tam təmin edildiyi üçün iddiaçı həmin məbləği də tam tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tam təmin edilməli, 31,95 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 17.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 18.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə əsasında 149,6 AZN (bir yüz qırx doqquz mant altmış qəpik) ödənilməmiş hissə və 14,96 AZN (on dörd manat doxsan altı qəpik) cərimə; xx.xx.2024-cü il tarixli müqavilə əsasında 524,64 AZN (beş yüz iyirmi dörd manat altmış dörd qəpik) ödənilməmiş hissə 52,46 AZN (əlli iki manat qırx altı qəpik) cərimə, xx.xx.2024-cü il tarixli müqavilə əsasında 170,57 AZN (bir yüz yetmiş manat əlli yeddi qəpik) ödənilməmiş hissə, 17,06 AZN (on yedi manat altı qəpik) cərimə xx.xx.2024-cü il tarixli müqavilə əsasında 219,23 AZN (iki yüz on doqquz manat iyirmi üç qəpik) ödənilməmiş hissə 21,92 AZN (iyirmi üç manat altmış bir qəpik) cərimə, 23,60 AZN (iyirmi üç manat altmış qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum olmaqla, ümumilikdə 1194,04 AZN (bir min yüz doxsan dörd manat dörd qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 31,95 AZN (otuz bir manat doxsan beş qəpik) dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında 149,6 AZN (bir yüz qırx doqquz mant altmış qəpik) ödənilməmiş hissə və 14,96 AZN (on dörd manat doxsan altı qəpik) cərimə; xx.xx.2024-cü il tarixli müqavilə əsasında 524,64 AZN (beş yüz iyirmi dörd manat altmış dörd qəpik) ödənilməmiş hissə 52,46 AZN (əlli iki manat qırx altı qəpik) cərimə, xx.xx.2024cü il tarixli müqavilə əsasında 170,57 AZN (bir yüz yetmiş manat əlli yeddi qəpik) ödənilməmiş hissə, 17,06 AZN (on yedi manat altı qəpik) cərimə xx.xx.2024-cü il tarixli müqavilə əsasında 219,23 AZN (iki yüz on doqquz manat iyirmi üç qəpik) ödənilməmiş hissə 21,92 AZN (iyirmi üç manat altmış bir qəpik) cərimə, 23,60 AZN (iyirmi üç manat altmış qəpik) İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum olmaqla, ümumilikdə 1194,04 AZN (bir min yüz doxsan dörd manat dörd qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 31,95 AZN (otuz bir manat doxsan beş qəpik) dövlət rüsumunun məbləği tutulsun və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov