Məhkəmə qərarları › İş №e-2(003)-4522/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4522/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4522/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, APPLE ADAPTER, İMEİ KODU SFG3970G27Q İPAD 10.9- İNCH, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, APPLE AİRPODS QULAQLİQ, BLENDER PANASONİC, QƏHVƏBİŞİRƏN PHİLİPS, BLENDER HOFFMANN, 2 ƏDƏDQİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, QƏHVƏ SEGAFREDO, QƏHVƏ DELONGHİ, APPLE AİRPODS PRO QULAQLİQ, TƏRƏZXİAOMİ, FEN-DARAQ ROWENTA, FRİTOZ PHİLİPS, FEN-DARAQ PHaİLlmİPışSvə nəticədə 2696,75 (iki min altı yüz doxsan altı manat 75 qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1319.84 (min üç yüz on doqquz manat 84 qəpik) manat (18 ay x 68,88 manat + 80 manat ilkin ödəniş) olan APPLE ADAPTER, İMEİ KODU SFG3970G27Q İPAD 10.9-İNCH, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏüTçİün ümumilikdə 1052,58 (min əlli iki manat, 58 qəpik) manat olmaqla, ondan, 956,89 (doqquz yüz əlli altı manat 89 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95,69 (doxsan beş manat, 69 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1883,9 (min səkkiz yüz səksən üç manat, 90 qəpik) manat (18 ay 93,55 manat + 200 manat ilkin ödəniş) olan APPLE AİRPODS QULAQLİQ, BLENDER PANASONİC, QƏHVƏBİŞİRƏN PHİLİPS, BLENDER HOFFMANN, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMüƏçTünİ ümumilikdə 956,70 (doqquz yüz əlli altı manat, 70 qəpik) manat olmaqla, ondan, 869,73 (səkkiz yüz altmış doqquz manat, 73 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86.97 (səksən altı manat, 97 qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 862,02 (səkkiz yüz altmış iki mnat, 02 qəpik) manat (18 ay x 47,89 manat + 0 manat ilkin ödəniş) olan QƏHVƏ SEGAFREDO, QƏHVƏ DELONGHİ, APPLE AİRPODS PRO QULAQüLçüİQn ümumilikdə 526,04 (beş yüz iyirmi altı manat, 04 qəpik) manat olmaqla, ondan, 478,22 (dörd yüz yetmiş səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,82 (qırx yeddi manat,82 qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 437.04 (dörd yüz otuz yeddi manat, 04 qəpik) manat (12 ay 36,42 manat + 0 manat ilkin ödəniş) olan TƏRƏZİ XİAOMİ, FEN-DARAQ ROWENTA, FRİTOZ PHİLüİçPüSn ümumilikdə 122,82 (yüz iyirmi iki manat, 82 qəpik) manat olmaqla, ondan, 111,65 (yüz on bir manat, 65 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11,17 (on bir manat 17 qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 108 (yüz səkkiz) manat (12 ay 9 manat + 0 manat ilkin ödəniş) olan FEN-DARAQ PHİLİPüSçün ümumilikdə 38,61 (otuz səkkiz manat, 61 qəpik) manat olmaqla, ondan, 35,1 (otuz beş manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,51 (üç manat, 51 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 03,11,2024-ci il tarixində APPLE AİRPODS QULAQLİQDAN imtina etmiş və məhsul 530.02 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-ci il tarixində FEN-DARAQ ROWENTADAN imtina etmiş və məhsul 96.96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 484,15 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 530,02 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 228,43 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 96,96 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 819.65 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən APPLE ADAPTER, İMEİ KODU SFG3970G27Q İPAD 10.9-İNCH, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ üçün 956,89 (doqquz yüz əlli altı manat 89 qəpik) manat ödənilməmiş hissə, 95,69 (doxsan beş manat, 69 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən BLENDER PANASONİC, QƏHVƏBİŞİRƏN PHİLİPS, BLENDER HOFFMANN, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTüçİ ün 869,73 (səkkiz yüz altmış doqquz manat, 73 qəpik) manat ödənilməmiş hissə, 86.97 (səksən altı manat, 97 qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən QƏHVƏ SEGAFREDO, QƏHVƏ DELONGHİ, APPLE AİRPODS PRO QULAQLİQ üçün 478,22 (dörd yüz yetmiş səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, 47,82 (qırx yeddi manat,82 qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən TƏRƏZİ XİAOMİ, FRİTOZ PHİLİPüSçün 111,65 (yüz on bir manat, 65 qəpik) manat ödənilməmiş hissə, 11,17 (on bir manat 17 qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən FEN-DARAQ PHİLİPüSçün 35,1 (otuz beş manat, 10 qəpik) manat ödənilməmiş hissə, 3,51 (üç manat, 51 qəpik) manat cərimə Ümumilikdə 2696,75 manat borc, 46,97 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini əsasən alqı-satqı qiyməti 1319.84 (min üç yüz on doqquz manat 84 qəpik) manat (18 ay x 68,88 manat + 80 manat ilkin ödəniş) olan APPLE ADAPTER, İMEİ KODU SFG3970G27Q İPAD 10.9-İNCH, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏti almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə ümumilikdə 1052,58 (min əlli iki manat, 58 qəpik) manat olmaqla, ondan, 956,89 (doqquz yüz əlli altı manat 89 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95,69 (doxsan beş manat, 69 qəpik) manat cərimə pulu hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1883,9 (min səkkiz yüz səksən üç manat, 90 qəpik) manat (18 ay 93,55 manat + 200 manat ilkin ödəniş) olan APPLE AİRPODS QULAQLİQ, BLENDER PANASONİC, QƏHVƏBİŞİRƏN PHİLİPS, BLENDER HOFFMANN, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA3 İL almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 956,70 (doqquz yüz əlli altı manat, 70 qəpik) manat olmaqla, ondan, 869,73 (səkkiz yüz altmış doqquz manat, 73 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86.97 (səksən altı manat, 97 qəpik) manat cərimə pulu hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 862,02 (səkkiz yüz altmış iki mnat, 02 qəpik) manat (18 ay x 47,89 manat + 0 manat ilkin ödəniş) olan QƏHVƏ SEGAFREDO, QƏHVƏ DELONGHİ, APPLE AİRPODS PRO QULAQLİQ almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 526,04 (beş yüz iyirmi altı manat, 04 qəpik) manat olmaqla, ondan, 478,22 (dörd yüz yetmiş səkkiz manat 22 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,82 (qırx yeddi manat,82 qəpik) cərimə pulu hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 437.04 (dörd yüz otuz yeddi manat, 04 qəpik) manat (12 ay 36,42 manat + 0 manat ilkin ödəniş) olan TƏRƏZİ XİAOMİ, FEN-DARAQ ROWENTA, FRİTOZ PHİLİPS almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 122,82 (yüz iyirmi iki manat, 82 qəpik) manat olmaqla, ondan, 111,65 (yüz on bir manat, 65 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11,17 (on bir manat 17 qəpik) manat cərimə pulu hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 108 (yüz səkkiz) manat (12 ay 9 manat + 0 manat ilkin ödəniş) olan FEN-DARAQ PHİLİPS almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə 38,61 (otuz səkkiz manat, 61 qəpik) manat olmaqla, ondan, 35,1 (otuz beş manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,51 (üç manat, 51 qəpik) manat cərimə pulu hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 46,97 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 411-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 956,89 manat, 869,73 manat, 478,22 manat, 11,17 manat və 35,1 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 95,69 manat, 86,97 manat, 47,82 manat, 11,17 manat və 3,51 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cavabdehdən 40,0 manat, 35,0 manat, 20,0 manat, 5,0 manat, 1,0 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 46,97 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdehdan xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 956,89 manat əsas borc, 40,0 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 869,73 manat əsas borc, 35,0 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 478,22 manat ödənilməmiş hissə, 20,0 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 111,65 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 35,1 manat ödənilməmiş hissə, 1,0 manat cərimə və 46,97 manat dövlət rüsumu olmaqla, cəmi 2599,56 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2629,0, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdehdan xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 956,89 manat əsas borc, 40,0 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 869,73 manat əsas borc, 35,0 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 478,22 manat ödənilməmiş hissə, 20,0 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 111,65 manat ödənilməmiş hissə, 5,0 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 35,1 manat ödənilməmiş hissə, 1,0 manat cərimə və 46,97 manat dövlət rüsumu olmaqla, cəmi 2599,56 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar