Məhkəmə qərarları › İş №e-2(003)-4592/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4592/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4592/2025 16.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ƏDƏD LENOVO MARKALİ KOMPÜTER üçün 2758,99 (iki min yeddi yüz əlli səkkiz manat, 99 qəpik) manat ödənilməmiş hissə, 275,90 (iki yüz yetmiş beş manat,90 qəpik; manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, FEN ÜTÜ DYSON, BERGHOFF QAZAN, SCHAFER PASTA TABAĞİ, NAQİLSİZ TOZSORAN BEKO, SCHAFER ÇELİK DERİN TENCERE üçün 1873,87 (min səkkiz yüz yetnuş üç manat, 87 qəpik; manat ödənilməmiş hissə, 187,39 (yüz səksən yeddi manat, 39 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ÜTÜ PHİLİPS, SCHAFER SAHAN SETİ, BERGHOFF MƏTBƏX AKSESSUARİ, SHOSMAN QASİQ DESTİ üçün 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, 18,6 (on səkkiz manat, 60 qəpik; manat dəbbə ümumilikdə 5300,75 manat borc, 73.01 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “ABC TELECOM’' MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025- cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən. 2 ƏDƏD LENOVO MARKALİ KOMPÜTER, BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, FEN ÜTÜ DYSON, BERGHÖFF QAZAN, SCHAFER PASTA TABAĞİ, NAQİLSİZ TOZSORAN BEKO, SCHAFER ÇELİK DERİN TENCERE, ÜTÜ PHİLİPS, SCHAFER SAHAN SETİ, BERGHÖFF MƏTBƏX AKSESSUARİ, SHOSMAN QASİQ DESTİ almış və nəticədə 5300.75 (beş min üç yüz manat, 75 qəpik) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4195,94 (dörd min yüz doxsan beş manat,94 qəpik) manat (6 ay x 689.99 manat + 56 manat ilkin ödəniş) olan 2 ƏDƏD LENOVO MARKALİ KOMPÜTER üçün ümumilikdə, 3034,89 (üç min otuz dörd manat,89 qəpik; manat olmaqla ondan. 2758,99 (iki min yeddi yüz əlli səkkiz manat, 99 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 275,90 (iki yüz yetmiş beş manat,90 qəpik; manat dəbbə.xx.xx.2025- cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2499,96 (iki min dönlyiiz doxsaan doqquz manat,96 qəpik) manat (12 ay x 208,33 manat + 0 manat ilkin ödəniş) olan BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, FEN ÜTÜ DYSON, BERGHÖFF QAZAN, SCHAFER PASTA TABAĞİ, NAQİLSİZ TOZSORAN BEKO, SCHAFER ÇELİK DERİN TENCERE üçün ümumilikdə, 2061,26 (iki min altmış bir manat, 26 qəpik; manat olmaqla ondan, 1873,87 (min səkkiz yüz yetnuş üç manat, 87 qəpik; manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 187,39 (yüz səksən yeddi manat, 39 qəpik) manat dəbbə;xx.xx.2025- cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 372,9 (üç yüz yetmiş iki manat,90 qəpik) manat (6 ay x 62,15 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ PHİLİPS, SCHAFER SAHAN SETİ, BERGHÖFF MƏTBƏX AKSESSUARİ, SHOSMAN QASİQ DESTİ üçün ümumilikdə, 204,60 (iki yüz dörd manat, 60 qəpik; manat olmaqla ondan, 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18,6 (on səkkiz manat, 60 qəpik; manat dəbbə pulu borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 2249,94 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsaŞən ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, 2 ƏDƏD LENOVO MARKALİ KOMPÜTER müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.

6. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 2 ƏDƏD LENOVO MARKALİ KOMPÜTER tam qüsursuz halda təhvil almışdır.

7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, FEN ÜTÜ DYSON, BERGHOFF QAZAN, SCHAFER PASTA TABAĞİ, NAQİLSİZ TOZSORAN BEKO, SCHAFER ÇELİK DERİN TENCERE müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.

8. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh BUXARLİ TƏMİZLƏYİCİ KARCHER, FEN ÜTÜ DYSON, BERGHOFF QAZAN, SCHAFER PASTA TABAĞİ, NAQİLSİZ TOZSORAN BEKO, SCHAFER ÇELİK DERİN TENCERE tam qüsursuz halda təhvil almışdır.

9. ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, ÜTÜ PHİLİPS, SCHAFER SAHAN SETİ, BERGHOFF MƏTBƏX AKSESSUARİ, SHOSMAN QASİQ DESTİ müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.

10. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ÜTÜ PHİLİPS, SCHAFER SAHAN SETİ, BERGHOFF MƏTBƏX AKSESSUARİ, SHOSMAN QASİQ DESTİ tam qüsursuz halda təhvil almışdır.

11. 31.10.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2758.99 manat məbləğində əsas, 275.90 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1873.87 manat məbləğində əsas, 187.39 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən isə 186 manat məbləğində əsas, 18.6 manat cərimə olmaqla, ümumilikdə 5300.75 manat borcu yaranmışdır.

12. xx.xx.2025-ci-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan (poçt qəbzi var) görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

13. 01.11.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 73.01 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

18. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində 3 (üç) müxtəlif nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr əsasında, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyaların nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəblə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və həmin xəbərdarlıq məktubu ilə tərəflər arasında mövcud olan nisyə alqı-satqı müqavilələrindən birtərəfli qaydada imtina olunmuşdur.

23. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilələr üzrə yaranmış borcların (zərərin əvəzinin) ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2758.99 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 1873.87 əsas borc, həmçinin xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 186 manat əsas borc hissəsi əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia edilən cərimə məbləğlərinin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2758.99 manat məbləğində əsas borca münasibətdə 275.90 manat deyil, 137.94 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1873.87 manat məbləğində əsas borca münasibətdə 187.39 manat deyil, 93.69 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 186 manat məbləğində əsas borca münasibətdə 18.6 manat deyil 9.3 manat cərimə məbləği tutulmalıdır.

25. Məhkəmə iddianın ödənilmiş 73.01 (yetmiş üç manat bir qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb etməkdə haqlıdır. Ancaq iddianın qismən təmin edildiyi nəzərə alınaraq həmin məbləğin də təmin edilmiş hissəyə (5059.79 manata) mütənasib olaraq cavabdehdən tutulması qanunauyğundur. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 70.6 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə əsasında 2758.99 AZN (iki min yeddi yüz əlli səkkiz manat doxsan doqquz qəpik) ödənilməmiş hissə və 137.94 AZN (bir yüz otuz yeddi manat doxsan dörd qəpik) cərimə, xx.xx.2025-ci il tarixli müqavilə əsasında 1873.87 AZN (bir min səkkiz yüz yetmiş üç manat səksən yeddi qəpik) ödənilməmiş hissə və 93.69 AZN (doxsan üç manat altmış doqquz qəpik) cərimə, xx.xx.2025-ci il tarixli müqavilə əsasında 186 AZN (bir yüz səksən altı manat) ödənilməmiş hissə və 9.3 AZN (doqquz manat otuz qəpik) cərimə olmaqla, ümumilikdə 5059.79 AZN (beş min əlli doqquz manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70.6 AZN (yetmiş manat altmış qəpik) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə əsasında 2758.99 AZN (iki min yeddi yüz əlli səkkiz manat doxsan doqquz qəpik) ödənilməmiş hissə və 137.94 AZN (bir yüz otuz yeddi manat doxsan dörd qəpik) cərimə, xx.xx.2025-ci il tarixli müqavilə əsasında 1873.87 AZN (bir min səkkiz yüz yetmiş üç manat səksən yeddi qəpik) ödənilməmiş hissə və 93.69 AZN (doxsan üç manat altmış doqquz qəpik) cərimə, xx.xx.2025-ci il tarixli müqavilə əsasında 186 AZN (bir yüz səksən altı manat) ödənilməmiş hissə və 9.3 AZN (doqquz manat otuz qəpik) cərimə olmaqla, ümumilikdə 5059.79 AZN (beş min əlli doqquz manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70.6 AZN (yetmiş manat altmış qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar