Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4595/2024 28.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli alqı satqı müqaviləsinə əsasən 1.176,9 manat əsas, 176,5 manat cərimə olmaqla, ümumilikdə 1.353,4 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 257,1 manat əsas 38,5 manat cərimə, cəmi 295,6 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 158,9 manat əsas, 23,8 manat cərimə, cəmi 182,7 manat borc,xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 210,1 manat əsas, 31,5 manat cərimə, cəmi 241,6 manat borc, ümumilikdə dörd müqavilə üzrə 1.803 manat əsas, 270,3 manat cərimə, 2073,3 AZN cəmi borcun və 40,73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli alqı satqı müqaviləsinə əsasən cavabdeh 1.415,9 manat məbləğində SONY Playstation 5 əldə etmiş və 18 ay müddətinə ayda 79 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 799,9 manat dətərində “Taube” markalı paltaryuyan əldə etmiş və 18 ay müddətinə hər ay 45 manat ödəməyi öhdəsinə götürmüşdür.Həmçinin cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 579 manat dəyərində “Taube” markalı televizor əldə etmiş və 18 ay müddətinə ayda 33 manat ödəməyi öhdəsinə götürmüşdür.Həmçinin cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 849 manat dəyərində “Samsung” markalı telefon əldə etmiş və 12 ay müddətinə hər ay 71 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Lakin cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və 1.803 manat məbləğində ödənilməmiş borcu və 270,3 manat məbləğində cərimə borcu yaranmışdır.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı nisyə satış müqaviləsindən və ona olunmuş 1 saylı əlavədən görünür ki, İddiaçı MMC SONY Playstation 5 əşyasını alıcı Cavabdeh ilkin ödənişsiz, 18ay müddətinə 79 manat ödəniş etməklə 1.415,99 manata satır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ayda 79 manat (sonuncu ay 72,99 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 239 manat ödəmiş və ödənməyən 1.176,9 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsi ona olunmuş 1 saylı əlavədən görünür ki, İddiaçı “Taube” markalı paltaryuyanı alıcı Cavabdeh ilkin ödənişsiz, 18ay müddətinə 45 manat ödəniş etməklə 799,99 manata satır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ayda 45 manat (sonuncu ay 34,99 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 542,8 manat ödəmiş və ödənməyən 257,1 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsi ona olunmuş 1 saylı əlavədən görünür ki, İddiaçı “Taube” markalı Smart TV alıcı Cavabdeh ilkin ödənişsiz, 18ay müddətinə 33 manat ödəniş etməklə 579,99 manata satır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ayda 33 manat (sonuncu ay 18,99 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 421 manat ödəmiş və ödənməyən 158,9 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli alqı-satqı müqaviləsi ona olunmuş 1 saylı əlavədən görünür ki, İddiaçı Samsung A346 black 128GB markalı telefon alıcı Cavabdeh 0,5 manat ilkin ödənişlə, 12 ay müddətinə 71 manat ödəniş etməklə 849,49 manata satır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək ayda 71 manat (sonuncu ay 68,49 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 639,3 manat ödəmiş və ödənməyən 210,1 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh müqavilələr üzrə SONY Playstation 5, “Taube” markalı paltaryuyan, “Taube” markalı Smart TV, Samsung A346 black 128GB markalı telefon əşyalarını qəbul etmiş, lakin müqavilə üzrə iddiaçıya olan borc öhdəliyini tam yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 1.803 manat məbləğində əsas borcun ödənməsi hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh ödənişləri gecikdirdiyinə görə 270,3 manat məbləğində cərimə borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 270,3 manat məbləğində penya bоrcunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1.803 (min səkkiz yüz üç) manat əsas borc, 270,3 (iki yüz yetmiş manat otuz qəpik) manat məbləğində penya bоrcu olmaqla ümumilikdə 2.073,3 manat borc və ödənilmiş dövlət rüsumu 40,73 (qırx manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-4595/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4595/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver