Məhkəmə qərarları › İş №e-2(003)-4656/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4656/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(003)-4656/2025 26.02.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “nisyə alqısatqı müqaviləsi üzrə borcun tutulması” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı “xxxx” MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, ROBOT TOZSORAN XİAOMİ X20 MAX, LENOVO LOQ üçün, 3089.56 (üç min səksən doqquz manat, 56 qəpik) manat ödənilməmiş hissə, 308.96 (üç yüz səkkiz manat, 96 qəpik) manat dəbbə. ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, 3 ədəd SAMSUNG TV, 2314.64 (iki min üç yüz on dörd manat, 64 qəpik) manat ödənilməmiş hissə, 231.46 (iki yüz otuz bir manat, 46 qəpik) manat dəbbə; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, LENOVO LOQ üçün , 1834.78 (min səkkiz yüz otuz dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, 183.48 (yüz səksən üç manat, 48 qəpik) manat dəbbə; ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod SHV9C9G07M0 11-INCH IPAD A16 üçün , 1044 (min qırx dörd manat) manat ödənilməmiş hissə, 104.40 (yüz dörd manat, 40 qəpik) manat dəbbə; ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod 868333076200662 XIAOMI REDMI 13, İMEİ Kod 867098070439605 XIAOMI REDMI 13 üçün, 895.28 (səkkiz yüz doxsan beş manat, 28 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.2 (qırx yeddi manat 20 qəpik) manat rüsum, 89.53 (səksən doqquz manat, 53 qəpik ) manat dəbbə; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PS5 üçün , 469.92 (dörd yüz altmış doqquz manat 92 qəpik) manat ödənilməmiş hissə, 46.99 (qırx altı manat, 99 qəpik) manat dəbbə; ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod 864416071900271 OPPO A40M, PAKET L xidməti, QIZIL ZƏMANƏT ULTRA 3 IL xidməti üçün , 385.56 (üç yüz səksən beş manat, 56 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 38.56 (otuz səkkiz manat, 56 qəpik) manat dəbbə; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATION 5, ZƏMANƏT + 2 IL xidməti üçün 92.48(doxsan iki zmanat 48 qəpik) manat ödənilməmiş hissə, 9.25 (doqquz manat, 25 qəpik) manat dəbbə Ümumilikdə 11209.64 manat borc, 123.63 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq “xxxx’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1.2025-cü il, ##.##.2025 -cü il, ##.##.2025 -ci il, ##.##.2024-cü il tarixli müqavilələrə əsasən, ROBOT TOZSORAN XİAOMİ X20 MAX , LENOVO LOQ, 3 ədəd SAMSUNG TV, LENOVO LOQ, İMEİ Kod SHV9C9G07M0 11- INCH IPAD A16 İMEİ Kod868333076200662 XIAOMI REDMI 13, İMEİ Kod 867098070439605 XIAOMI REDMI 13, 4 ədəd PS5, İMEİ Kod 864416071900271 OPPO A40M, PAKET L xidməti, QIZIL ZƏMANƏT ULTRA3 IL xidməti, PLAYSTATION 5, ZƏMANƏT + 2 IL xidməti almış və nəticədə 11209.64 (on bir min iki yüz doqquz manat, 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3972.96 (üç min doqquz yüz yetmiş iki manat 96 qəpik) manat (18 ay x 220.72 manat + 0 manat ilkin ödəniş) olan ROBOT TOZSORAN XİAOMİ X20 MAX , LENOVO LOQüçün ümumilikdə, 3398.52 (üç min üç yüz doxsan səkkiz xmanat, 52 qəpik) manat olmaqla ondan, 3089.56(üç min səksən doqquz manat, 56 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 308.96 (üç yüz səkkiz manat, 96 qəpik) manat dəbbə. ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2924.64 (iki min doqquz yüz iyirmi dörd manat, 64 qəpik) manat (24 ay x 121.86 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd SAMSUNG TVüçün ümumilikdə, 2546.10 (iki min beş yüz qırx altı manat, 10 qəpik) manat olmaqla ondan, 2314.64 (iki min üç yüz on dörd manat, 64 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 231.46 (iki yüz otuz bir manat, 46 qəpik) manat dəbbə; ##.##.2025-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2201.94 ( iki min iki yüz bir manat, 94 qəpik) manat (18 ay x 122.33 manat + 0 manat ilkin ödəniş) olan LENOVO LOQ üçün ümumilikdə, 2018.26 (iki min on səkkiz manat, 26 qəpik) manat olmaqla ondan, 1834.78 (min səkkiz yüz otuz dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 183.48 (yüz səksən üç manat, 48 qəpik) manat dəbbə; ##.##.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1044 (min qırx dörd manat) manat (12 ay x 87 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod SHV9C9G07M0 11-INCH IPAD A16üçün ümumilikdə, 1148.40 (min yüz qırx səkkiz manat, 40 qəpik) manat olmaqla ondan, 1044 (min qırx dörd manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 104.40 (yüz dörd manat, 40 qəpik) manat dəbbə; ##.##.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1151.28 (min yüz əlli bir manat, 28 qəpik) manat (18 ay x 63.96 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod 868333076200662 XIAOMI REDMI 13, İMEİ Kod 867098070439605 XIAOMI REDMI 13 üçün ümumilikdə, 1032.01 (min otuz iki manat 1 qəpik) manat olmaqla ondan, 895.28 (səkkiz yüz doxsan beş manat, 28 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.2 (qırx yeddi manat 20 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 89.53 (səksən doqquz manat, 53 qəpik ) manat dəbbə ##.##.2025 -cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 615.92 (altı yüz on beş manat, 92 qəpik) manat (12 ay x 47.16 manat + 50 manat ilkin ödəniş) olan 4 ədəd PS5 üçün ümumilikdə, 516.91 (beş yüz on altı altı manat, 91 qəpik) manat olmaqla ondan, 469.92 (dörd yüz altmış doqquz manat 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.99 (qırx altı manat, 99 qəpik) manat dəbbə ##.##.2025 -cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 421.56 (dörd yüz iyirmi bir manat, 56 qəpik) manat (12 ay x 35.13 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod 864416071900271 OPPO A40M, PAKET L xidməti, QIZIL ZƏMANƏT ULTRA 3 IL xidməti üçün ümumilikdə, 447.72 (dörd yüz qırx yeddi manat, 72 qəpik) manat olmaqla ondan, 385.56 (üç yüz səksən beş manat, 56 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 38.56 (otuz səkkiz manat, 56 qəpik) manat dəbbə ##.##.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1674 (min altı yetmiş dörd manat) manat (18 ay x 93 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATION 5, ZƏMANƏT + 2 IL xidmətiüçün ümumilikdə, 101.73 (yüz bir manat 73 qəpik) manat olmaqla ondan, 92.48(doxsan iki zmanat 48 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.25 (doqquz manat, 25 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3698.08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ##.##.2025-cüi l, ##.##.2024-ci il, ##.##.2025-cü il, ##.##.2025-ci il, ##.##.2025-cü il, ##.##.2025 -cü il, ##.##.2025 -ci il, ##.##.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında iddia ərizəsində qeyd olunan müqavilələrin bağlandığını və həmin müqavilələrə əsasən ona həmin əşyaların təhvil verildiyini, lakin maddi imkanı pisləşdiyi üçün vaxtında ödənişi edə bilmədiyini bildirmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, ROBOT TOZSORAN XİAOMİ X20 MAX, LENOVO LOQ müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.

6. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ROBOT TOZSORAN XİAOMİ X20 MAX, LENOVO LOQ-u tam qüsursuz halda təhvil almışdır.

7. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, 3 ədəd SAMSUNG TV müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.

8. ##.##.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 3 ədəd SAMSUNG TV-ni tam qüsursuz halda təhvil almışdır.

9. xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, LENOVO LOQ-u müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.

10. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh LENOVO LOQ-u tam qüsursuz halda təhvil almışdır.

11. xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, İMEİ Kod SHV9C9G07M0 11-INCH IPAD A16 müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.

12. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kod SHV9C9G07M0 11-INCH IPAD A16 tam qüsursuz halda təhvil almışdır.

13. xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, İMEİ Kod 868333076200662 XIAOMI REDMI 13, İMEİ Kod 867098070439605 XIAOMI REDMI 13 müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmş şərtlərlə satılmışdır.

14. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kod 868333076200662 XIAOMI REDMI 13, İMEİ Kod 867098070439605 XIAOMI REDMI 13 tam qüsursuz halda təhvil almışdır.

15. xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, 4 ədəd PS5 müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmiş şərtlərlə satılmışdır.

16. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 4 ədəd PS5 tam qüsursuz halda təhvil almışdır.

17. xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, İMEİ Kod 864416071900271 OPPO A40M, PAKET L xidməti, QIZIL ZƏMANƏT ULTRA 3 IL xidməti müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmiş şərtlərlə satılmışdır.

18. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kod 864416071900271 OPPO A40M, PAKET L xidməti, QIZIL ZƏMANƏT ULTRA 3 IL xidməti tam qüsursuz halda təhvil almışdır.

19. xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, PLAYSTATION 5, ZƏMANƏT + 2 IL xidməti müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə ilə müəyyənləşdirilmiş şərtlərlə satılmışdır.

20. ##.##.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh PLAYSTATION 5, ZƏMANƏT + 2 IL xidməti xidməti tam qüsursuz halda təhvil almışdır.

21. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 3089.56 manat məbləğində əsas, 308.96 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 2314.64 manat məbləğində əsas, 231.46 manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən isə 1834.78 manat məbləğində əsas, 183.48 manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 1044 manat məbləğində əsas, 104.4 manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 895.28 manat məbləğində əsas, 89.53 manat cərimə, 4720 manat İLM-ya ödənilən rüsum, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 469.92 manat məbləğində əsas, 46.99 manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 385.56 manat məbləğində əsas, 38.56 manat cərimə, 23.6 İLM-ya ğdənilən rüsum, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 92.48 manat məbləğində əsas, 9.25 manat cərimə olmaqla, ümumilikdə 11209.64 manat borcu yaranmışdır.

22. ##.##.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan (poçt qəbzi var) görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyibildirilmişdir.

23. ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 123.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

24. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

25. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

26. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

27. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

31. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

32. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il, ##.##.2024-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2024-cü il tarixlərində 8 (səkkiz) müxtəlif nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr əsasında, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyaların nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyaları alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəblə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və həmin xəbərdarlıq məktubu ilə tərəflər arasında mövcud olan nisyə alqı-satqı müqavilələrindən birtərəfli qaydada imtina olunmuşdur.

33. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilələr üzrə yaranmış borcların (zərərin əvəzinin) ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş 3089.56 manat, ##.##.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş hissə 2314.64 əsas borc, ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1834.78 manat əsas borc, ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1044 manat əsas borc, ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş 895.28 manat əsas borc, ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 469.92 manat əsas borc, ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 385.56 manat əsas borc həmçinin ##.##.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş hissə 92.48 manat əsas borc olmaqla, cəmi 10125.94 manat ödənilməmiş əsas borc hissəsi əsaslı olduğundan təmin edilməlidir.

34. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi də dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərərin vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia edilən cərimə məbləğlərinin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılaraq ##.##.2025-ci il tarixli müqavilə üzrə 3089.56 manat məbləğində əsas borca münasibətdə 308.96 manat deyil, 154.48 manat; ##.##.2024-cü il tarixli müqavilə üzrə 2314.64 manat məbləğində əsas borca münasibətdə 231.46 manat deyil, 115.73 manat; ##.##.2025-ci il tarixli müqavilə üzrə 1834.78 manat məbləğində əsas borca münasibətdə 183.48 manat deyil 91.74 manat, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1044 manat məbləğində əsas borca münasibətdə 104.40 manat deyil 52.2 manat cərimə, ##.##.2025-ci il tarixli müqavilə üzrə 895.28 manat məbləğində əsas borca münasibətdə 89.53 manat deyil 44.76 manat cərimə, ##.##.2025-ci il tarixli müqavilə üzrə 469.92 manat məbləğində əsas borca münasibətdə 46.99 manat deyil 23.49 manat cərimə məbləği; ##.##.2025-ci il tarixli müqavilə üzrə 385.56 manat məbləğində əsas borca münasibətdə 38.56 manat deyil 19.28 manat cərimə; ##.##.2024-cü il tarixli müqavilə üzrə 92.48 manat məbləğində əsas borca münasibətdə 9.25 manat deyil 4.6 manat cərimə olmaqla, cəmi 506.28 manat cərimə məbləği tutulmalıdır.

35. Məhkəmə iddia tələbinin İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən ##.##.2025-ci il tarixli müqavilə üzrə 47.2 manat və ##.##.2025-ci il müqavilə üzrə 23.6 manat məbləğində rüsumun tutulmasını tələb etmiş və həmin tələbin təsdiqi üçün də özünün tərtib etmiş olduğu arayışı dəlil olaraq əlavə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı məhz hazırki mübahisə predmeti ilə bağlı müvafiq məbləğdə ödənişin həyata keçirilməsini təsdiq edən mümkün və mötəbər sübut təqdim etməmişdir. Sözügedən arayış isə, onun məhz hazırki mübahisə predmeti ilə bağlılığını və məhz cavabdehə münasibətdə qeyd olunan məbləğdə rüsumun ödənilməsini kifayətedici və şübhədənkənar formada sübut etmir. Belə olduğu təqdirdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

36. Məhkəmə iddianın ödənilmiş 123.63 (bir yüz iyirmi üç manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb etməkdə haqlıdır. Ancaq iddianın qismən təmin edildiyi nəzərə alınaraq həmin məbləğin də təmin edilmiş hissəyə mütənasib olaraq cavabdehdən tutulması qanunauyğundur. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 121.9 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

38. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli ##.##.2025-ci il tarixli müqavilə əsasında 3089.56 AZN ödənilməmiş hissə və 154.48 AZN cərimə, ##.##.2024-cü il tarixli müqavilə əsasında 2314.64 AZN ödənilməmiş hissə və 115.73 AZN cərimə, ##.##.2025-ci il tarixli müqavilə əsasında 1834.78 AZN ödənilməmiş hissə və 91.74 AZN cərimə; ##.##.2025-ci il tarixli müqavilə əsasında 1044 AZN ödənilməmiş hissə və 52.2 AZN cərimə, ##.##.2025-ci il tarixli müqavilə əsasında 895.28 AZN ödənilməmiş hissə və 44.76 AZN cərimə, ##.##.2025-ci il tarixli müqavilə əsasında 469.92 AZN ödənilməmiş hissə və 23.49 AZN cərimə, ##.##.2025-ci il tarixli müqavilə əsasında 385.56 AZN ödənilməmiş hissə və 19.28 AZN cərimə, ##.##.2024-cü il tarixli müqavilə əsasında 92.48 AZN ödənilməmiş hissə və 4.6 AZN cərimə olmaqla, ümumilikdə 10632.22 AZN (on min altı yüz otuz iki manat iyirmi iki qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 121.9 AZN dövlət rüsumunun məbləği cavabdeh Cavabdeh iddiaçı “xxxx” MMCnin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqavilə əsasında 3089.56 AZN (üç min səksən doqquz manat əlli altı qəpik) ödənilməmiş hissə və 154.48 AZN (bir yüz əlli dörd manat qırx səkkiz qəpik) cərimə, ##.##.2024-cü il tarixli müqavilə əsasında 2314.64 AZN (iki min üç yüz on dörd manat altmış dörd qəpik) ödənilməmiş hissə və 115.73 AZN (bir yüz on beş manat yetmiş üç qəpik) cərimə, ##.##.2025-ci il tarixli müqavilə əsasında 1834.78 AZN (bir min səkkiz yüz otuz dörd manat yetmiş səkkiz qəpik) ödənilməmiş hissə və 91.74 AZN (doxsan bir manat yetmiş dörd qəpik) cərimə; ##.##.2025-ci il tarixli müqavilə əsasında 1044 AZN (bir min qırx dörd manat) ödənilməmiş hissə və 52.2 (əlli iki manat iyirmi qəpik) AZN cərimə, ##.##.2025-ci il tarixli müqavilə əsasında 895.28 AZN (səkkiz yüz doxsan beş manat iyirmi səkkiz qəpik) ödənilməmiş hissə və 44.76 AZN (qırx dörd manat yetmiş altı qəpik) cərimə, ##.##.2025-ci il tarixli müqavilə əsasında 469.92 AZN (dörd yüz altmış doqquz manat doxsan iki qəpik) ödənilməmiş hissə və 23.49 AZN (iyirmi üç manat qırx doqquz qəpik) cərimə, ##.##.2025-ci il tarixli müqavilə əsasında 385.56 AZN (üç yüz səksən beş manat əlli altı qəpik) ödənilməmiş hissə və 19.28 AZN (on doqquz manat iyirmi səkkiz qəpik) cərimə, ##.##.2024-cü il tarixli müqavilə əsasında 92.48 AZN (doxsan iki manat qırx səkkiz qəpik) ödənilməmiş hissə və 4.6 AZN (dörd manat altmış qəpik) cərimə olmaqla, ümumilikdə 10632.22 AZN (on min altı yüz otuz iki manat iyirmi iki qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 121.9 AZN (bir yüz iyirmi bir manat doxsan qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar