Məhkəmə qərarları › İş №e-2(003)-466/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-466/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-466/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı «aktların ləğvi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktların ləğv edilməsi, həmin aktlar əsasında İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3045 manat 60 qəpik pul məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmış və İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Bundan sonra İddiaçı yaşadığı ünvana verilmiş təbii qazdan istifadə etməyə başlamış və istifadə etdiyi təbii qazın dəyərini hər ay ödəmişdir. Bir müddət əvvəl İddiaçı yaşadığı ünvanda istifadə etdiyi təbii qazdan istifadəyə görə borcunun məbləği barədə məlumat almaq üçün ərazi üzrə Cavabdehnə müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, iddiaçının yaşadığı ünvan üzrə onun adına müxtəlif tarixlərdə olmaqla 2 dəfə akt tərtib edilmiş və ona cərimə hesablanmışdır. Buna görə də İddiaçı onun barəsində tərtib edilmiş akt və digər sənədləri tələb etmiş və həmin sənədlər ona təqdim edilmişdir. Həmin sənədlərdən məlum olmuşdur ki, iddiaçının yaşadığı ünvanla bağlı 2 dəfə akt tərtib edilmiş və onun guya bir dəfə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi və bir dəfə isə sayğaca müdaxilə etdiyi əsas götürülməklə aktlar tərtib edilmiş, qərarlar qəbul edilmiş və müxtəlif məbləğlərdə cərimələr hesablanmışdır. İddiaçı həmin aktları və qərarları alan zaman məlum olmuşdur ki, Cavabdeh əməkdaşları guya 2 dəfə ona məxsus ünvana baxış keçirmələri, guya 1 dəfə kənar xətt aşkar etmələri və 1 dəfə isə sayğaca müdaxilə edilməsi barədə aktlar tərtib etmişlər və fotoşəkillər çəkmişlər. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktlar və qərarlar aşağıdakılardır: xx.xx.2022-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə, 16740 m3 itirilmiş qaz və həmin itirilmiş qaza görə 2008 manat 80 qəpik məbləğində (1 kub metri 0,12 qəpikdən hesablanmaqla) pul hesablanmışdır; xx.xx.2022-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə, 8640 m3 itirilmiş qaz və həmin itirilmiş qaza görə 1036 manat 80 qəpik məbləğində pul hesablanmışdır. Ümumilikdə həmin aktlar əsasında guya İddiaçı qaz xəttinə kənar xətt ilə qoşulma və sayğaca müdaxilə etmə nəticəsində 25.380 m3 itirilmiş qaz və 3045 manat 60 qəpik məbləğində pul hesablanmışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlarda guya İddiaçı aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Aktların tərtib olunduğu tarixlərdə Cavabdeh əməkdaşları İddiaçı yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Həmin aktlar heç bir baxış keçirilmədən tərtib edilmiş və guya həmin aktları orada olmuş əməkdaşlar da imzalamışlar. Hansı ki, həmin tarixlərdə İddiaçı yaşadığı ünvanda Cavabdeh əməkdaşları olmamışlar. xx.xx.2022-ci il tarixli, ******* saylı akta əlavə edilmiş fotoşəkillərin İddiaçı yaşadığı ünvanda çəkilməsi və həmin kənar xəttin İddiaçı tərəfindən çəkilməsini təsdiq edən heç bir sübut yoxdur. İddiaçı tərtib edilmiş aktların qanunsuz tərtib olunması və hesablanmış cərimələrin əsassız olması ilə bağlı cavabdeh təşkilata müraciət edərkən İddiaçı guya aktların tərtib olunduğu müddətlərdə onun sayğaca müdaxilə etdiyinin aşkar olunduğu, bu səbəbdən aktlar tərtib edildiyi və itirilmiş təbii qaza görə cərimələr hesablandığı bildirilmişdir. Halbuki, İddiaçı qaz xəttinə kənar xəttlə müdaxilə etməmiş və həmçinin, qaz sayğacına müdaxilə etməmişdir. Lakin cavabdeh təşkilat qaz xəttinə İddiaçı tərəfindən qanunsuz qoşulma və qaz sayğacına müdaxilə faktlarını sübuta yetirmədən və heç bir əsas olmadan ona müxtəlif vaxtlarda itirilmiş təbii qaza görə cərimələr hesablamışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin İddiaçı qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və İddiaçı təqsirli olmasını sübuta yetirməlidir. İddiaçı qaz xəttinə tərtib edilmiş aktlarda göstərilən tarixlərdə müdaxilə edib kənar xətt çəkərək və qaz sayğacına müdaxilə edərək təbii qazdan qanunsuz və əvəzi ödənilmədən istifadə etməsini təsdiq edən hər hansı mötəbər sübutlar cavabdeh tərəfindən İddiaçı təqdim edilməmişdir. Tərtib edilmiş aktlar İddiaçı iştirakı olmadan tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı akta əlavə edilmiş fotoşəkillərdə qaz xəttinə kənar qoşulmanı göstərən fotoların ümumiyyətlə İddiaçı yaşadığı ünvana heç bir aidiyyəti yoxdur. Həmin fotoşəkillərin iddiaçının yaşadığı ünvanda çəkilməsi digər sübutlarla təsdiq edilmir. Bütün bunlar təsdiq edir ki, Cavabdeh İstehlahat Birliyi tərəfindən İddiaçı barəsində tərtib edilmiş aktlar heç bir qanuni əsas olmadan və formal olaraq tərtib edilmişdir və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi, həmçinin sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların birinin kənar təsir nəticəsində kəsilməsi, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi müəyyən edilmişdir. İtirilmiş təbii qazın bərpası üçün hesabat aparılmış, aktlar üzrə dəymiş ziyan 16740 m3 və 8640 m3, cəmi 25380 m3 müəyyən edilmişdir. Aktlar üzrə hesablanmış 2008,80 manat və 1036,80 manat, cəmi 3045,60 manat məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********02500 nömrəli abonent koduna aktlar üzrə 3045,60 manat borc hesablanmışdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda “Zenner” tipli “G 4” markalı sayğac quraşdırılmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının ünvanında yoxlama apararkən iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xətdindən istifadə etməsi müəyyən olunmuşdur. Bundan sonra cavabdeh təşkilatın nümayəndələri tərfindən aktlar tərtib olunaraq itmiş təbii qazın dəyəri hesablanmaqla iddiaçıya aktlar əsasında 3045,60 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsini və hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş aktlar heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktın yaratdığı hüquqi nəticədir. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan haldır. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş aktlar iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə iddiaçıdan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, 3045,60 manat borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktların bir surəti digər tərəfə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********02500) hesablanmış 3045,60 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 50,45 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar ləğv edilsin. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********02500) hesablanmış 3045,60 (üç min qırx beş manat, altmış qəpik) manat məbləğində borc silinsin. 50,45 (əlli manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar