Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4695/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SONY musiqi mərkəzi üçün 1275 (bir min iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 104.81 (yüz dörd manat səksən bir qəpik) manat ödənilməmiş hissə, 10.19 (on manat on doqquz) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********33904 SAMSUNG GALAXY A04S markalı telefon üçün, 94.21 (doxsan dörd manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, 9.79 (doqquz manat yetmiş doqquz qəpik) manat cərimə olmaqla ümumilikdə 1621 manat borc, 36.21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmıxx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, SONY musiqi mərkəzi, HOFFMANN LED TV, İmei kod **********33904 SAMSUNG GALAXYA04S markalı teleFON almış və nəticədə 1621 (bir min altı yüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1530 (bir min beş yüz otuz) manat (18 ay x 85 manat + 0 manat ilkin ödəniş) olan SONY musiqi mərkəziüçün ümumilikdə 1402 (bir min dörd yüz iki) manat olmaqla ondan, 1275 (bir min iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 127 (yüz iyirmi yeddi) manat cərimə. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 634.08 (altı yüz otuz dörd manat səkkiz qəpik) manat (24 ay x 26.42 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TVüçün ümumilikdə 115 (yüz on beş) manat olmaqla ondan, 104.81 (yüz dörd manat səksən bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.19 (on manat on doqquz) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 567.9 (beş yüz altmış yeddi manat doxsan qəpik) manat (18 ay x 31.55 manat + 0 manat ilkin ödəni) olan İmei kod **********33904 SAMSUNG GALAXY A04S markalı telefonüçün ümumilikdə, 104 (yüz dörd) manat olmaqla ondan, 94.21 (doxsan dörd manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.79 (doqquz manat yetmiş doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1257.96 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 09641732 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, göstərilən müqaviləyə əsasən dəyəri alqı-satqı qiyməti 634,08 manat olan HOFFMAN LEDHOFFMAN LED2A3700 markalı televizor cavabdehə nisyə satılmış və cavabdeh isə 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 26,42 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 03924216 saylı müqavilə bağlanmışdır.Həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, göstərilən müqaviləyə əsasən dəyəri alqı-satqı qiyməti 567,9 manat olan SAMSUNG GALAXY A04S markalı telefon cavabdehə nisyə satılmış və cavabdeh isə 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 31,55 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 03717321 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, göstərilən müqaviləyə əsasən dəyəri alqı-satqı qiyməti 1530 manat olan SONY V73D HİGH POWER AUDİO BT markalı musiqi mərkəzi cavabdehə nisyə satılmış və cavabdeh isə 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 85 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, üçün 1275 manat ödənilməmiş hissə, 127 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, üçün 104.81 manat ödənilməmiş hissə, 10.19 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 94.21 manat ödənilməmiş hissə, 9.79 manat cərimə olmaqla ümumilikdə 1621 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü tarixli müqavilələr üzrə Əşyaların təhvil-təslim aktına əsasən cavabdeh məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü tarixli müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilmədiyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 36,21 manat dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixli; xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü tarixli müqavilələr üzrə ümumilikdə 1621 manat məbləğində borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 36,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 36,21 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1275 (min iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 104.81 (yüz dörd manat səksən bir qəpik) manat ödənilməmiş hissə, 10.19 (on manat on doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 94.21 (doxsan dörd manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, 9.79 (doqquz manat yetmiş doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 1621 (min altı yüz iyirmi bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 36,21 (otuz altı manat, iyirmi bir qəpik) dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-4695/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4695/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver