Məhkəmə qərarları › İş №e-2(003)-4697/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4697/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4697/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi

1. İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, HD GLASS, SAMSUNG CHARGER, İmei kod **********48504 SAMSUNG GALAXY A14 üçün 449.1 (dörd yüz qırx doqquz manat 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 44.91 (qırx dörd manat 91 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********77291 SAMSUNG GALAXY A04E, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, VİNİL ŞƏFFAF, VİNİL MAT üçün 450 (dörd yüz əlli,) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 45 (qırx beş,) manat cərimə, ümumilikdə 1036.21 manat borc, 30.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, HD GLASS, SAMSUNG CHARGER, İmei kod **********48504 SAMSUNG GALAXY A14, İmei kod **********77291 SAMSUNG GALAXY A04E, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, VİNİL ŞƏFFAF, VİNİL MAT almış və nəticədə 1036.21 (bir min otuzaltı manat 21 qəpik) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 449.1 (dörd yüz qırx doqquz manat 10 qəpik) manat (18 ay x 24.95 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, HD GLASS, SAMSUNG CHARGER, İmei kod **********48504 SAMSUNG GALAXY A14 üçün ümumilikdə, 517.61 (beş yüz on yeddi manat 61 qəpik) manat olmaqla ondan, 449.1 (dörd yüz qırx doqquz manat 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 44.91 (qırx dörd manat 91 qəpik) manat cərimə;xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 450 (dörd yüz əlli ) manat (12 ay x 37.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********77291 SAMSUNG GALAXY A04E, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, VİNİL ŞƏFFAF, VİNİL MAT üçün ümumilikdə, 518.60 (beş yiiz on səkkiz manat 60 qəpik) manat olmaqla ondan, 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 45 (qırx beşj manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki. cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

3. Məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir əsaslandırılmış etiraz təqdim edilməmişdir.

4. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

5. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 443.1ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

6. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

7. MM-in 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

8. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

9. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi (əşyaların nisyə satışı) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 10.MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. MM-in 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 12.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 13.MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 14.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmiş işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilə bağlanmışdır. Belə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, iddiaçı QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, HD GLASS, SAMSUNG CHARGER, İmei kod **********48504 SAMSUNG GALAXY A14 449 manata, ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə, hər ay 24.95 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Eləcə də xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, iddiaçı İmei kod **********77291 SAMSUNG GALAXY A04E, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, VİNİL ŞƏFFAF, VİNİL MAT 450 manata, ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə, hər ay 37.5 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onu təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Cavabdeh isə həmin əşyaları və xidməti qəbul etsə də, əvəzində razılaşdırılmış pul məbləğini (qiyməti) tam ödəməmiş, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 517.61 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 518.60 manat borcu qalmışdır. 15.Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə yaranmış zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 449.1 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, eləcə də 44.91 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 450 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, eləcə də 45 manat cərimə borcu əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. 16.Məhkəmə iddia tələbinin ödənilmiş 30.37 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30.37 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 17.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 18.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə əsasında 449.1 AZN (dörd yüz qırx doqquz manat on qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 AZN (iyirmi üç manat altmış qəpik) rüsum və 44.91 AZN (qırx dörd manat doxsan bir qəpik) cərimə; xx.xx.2023-cü il tarixli müqavilə əsasında 450 AZN (dörd yüz əlli manat) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 AZN (iyirmi üç manat altmış qəpik) rüsum və 45 AZN (qırx beş manat) cərimə olmaqla, ümumilikdə 1036.21 AZN (bir min otuz altı manat iyirmi bir qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30.37 AZN (otuz manat otuz yeddi qəpik) dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə əsasında 449.1 AZN (dörd yüz qırx doqquz manat on qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 AZN (iyirmi üç manat altmış qəpik) rüsum və 44.91 AZN (qırx dörd manat doxsan bir qəpik) cərimə; xx.xx.2023-cü il tarixli müqavilə əsasında 450 AZN (dörd yüz əlli manat) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 AZN (iyirmi üç manat altmış qəpik) rüsum və 45 AZN (qırx beş manat) cərimə olmaqla, ümumilikdə 1036.21 AZN (bir min otuz altı manat iyirmi bir qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30.37 AZN (otuz manat otuz yeddi qəpik) dövlət rüsumunun məbləği tutulsun və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar