Məhkəmə qərarları › İş №e-2(003)-4715/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4715/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4715/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi

1. İddiaçı MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeharasında bağlanmış BE151476 saylı xx-xx-2024-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 99,98 ( doxsan doqquz manat doxsan səkkiz qəpik ) əsas borc, ( ) cərimə, BE160622 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 455,99 ( dörd yüz əlli beş manat doxsan doqquz qəpik ) əsas borc, ( ) cərimə, BE178019 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 367,99 ( üç yüz altmış yeddi manat doxsan doqquz qəpik ) əsas borc, ( ) cərimə ümumilikdə 923,96 ( doqquz yüz iyirmi üç manat doxsan altı qəpik ) borcun və 30 ( otuz manat ) dövlət rüsumunun cavabdeh KAZİMOV ƏLİBALA PƏRVİZ OĞLUndan tutularaq İddiaçı hesabına ödənilməsi barədə

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh KAZİMOV ƏLİBALA PƏRVİZ OĞLU arasında BE151476 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 2-dən gec olmamaqla 10 ( on manat ) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh KAZİMOV ƏLİBALA PƏRVİZ OĞLU arasında BE160622 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 36 ( otuz altı manat ) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh KAZİMOV ƏLİBALA PƏRVİZ OĞLU arasında BE178019 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 13-dən gec olmamaqla 29 ( iyirmi doqquz manat ) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, cavabdeh KAZİMOV ƏLİBALA PƏRVİZ OĞLU İddiaçı MMC BE151476 saylı müqaviləyə əsasən 99,98 ( doxsan doqquz manat doxsan səkkiz qəpik ) əsas borc, ( ) cərimə, BE160622 saylı müqaviləyə əsasən 455,99 ( dörd yüz əlli beş manat doxsan doqquz qəpik ) əsas borc, ( ) cərimə, BE178019 saylı müqaviləyə əsasən 367,99 ( üç yüz altmış yeddi manat doxsan doqquz qəpik ) əsas borc, ( ) cərimə ümumilikdə 923,96 ( doqquz yüz iyirmi üç manat doxsan altı qəpik ) borcu qalmışdır.

3. Məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir əsaslandırılmış etiraz təqdim edilməmişdir.

4. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

5. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 443.1ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

6. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

7. MM-in 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

8. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

9. MM-in 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi (əşyaların nisyə satışı) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 10.MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. MM-in 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 12.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 13.MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 14.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmiş işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında BE151476 saylı xx.xx.2024-cü il tarixli, BE160622 saylı xx.xx.2024-cü il tarixli və BE178019 saylı xx.xx.2024-cü il tarixli hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilə bağlanmışdır. Belə ki, BE151476 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, iddiaçı aldığı əşyanı 18 ay müddətinə, hər ay 10 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhviltəslim aktı əsasında cavabdehə təhvil vermişdir. BE160622 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, iddiaçı aldığı əşyanı 18 ay müddətinə, hər ay 36 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onları təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Eləcə də BE178019 saylı xx.xx.2024-cü il müqaviləyə əsasən, iddiaçı aldığı əşyanı 18 ay müddətinə, hər ay 29 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və onu təhvil-təslim aktı əsasında cavabdehə təhvil vermişdir. Cavabdeh isə həmin əşyaları və xidməti qəbul etsə də, əvəzində razılaşdırılmış pul məbləğini (qiyməti) tam ödəməmişdir. 15.Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alğı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə yaranmış zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin BE151476 saylı xx.xx.2024-cü il müqavilə üzrə ödənilməmiş 99.98 manat əsas borc, BE160622 saylı xx.xx.2024-cü il müqavilə üzrə ödənilməmiş 455.99 manat əsas borc və BE178019 saylı xx.xx.2024-cü il müqavilə üzrə ödənilməmiş 367.99 manat və 30 manat cərimə borcu əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. 16.Məhkəmə iddia tələbinin ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 17.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 18.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, BE151476 saylı xx.xx.2024-cü il müqavilə əsasında 99.98 AZN (doxsan doqquz manat doxsan səkkiz qəpik) ödənilməmiş hissə; BE160622 saylı xx.xx.2024-cü il müqavilə əsasında 455.99 AZN (dörd yüz əlli beş manat doxsan doqquz qəpik) ödənilməmiş hissə; BE178019 saylı xx.xx.2024-cü il müqavilə əsasında 367.99 AZN (üç yüz altmış yeddi manat doxsan doqquz qəpik) ödənilməmiş hissə olmaqla ümumilikdə 923.96 AZN (doqquz yüz iyirmi üç manat doxsan altı qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi İddia təmin edilsin. Cavabdeh BE151476 saylı xx.xx.2024-cü il müqavilə əsasında 99.98 AZN (doxsan doqquz manat doxsan səkkiz qəpik) ödənilməmiş hissə; BE160622 saylı xx.xx.2024-cü il müqavilə əsasında 455.99 AZN (dörd yüz əlli beş manat doxsan doqquz qəpik) ödənilməmiş hissə; BE178019 saylı xx.xx.2024-cü il müqavilə əsasında 367.99 AZN (üç yüz altmış yeddi manat doxsan doqquz qəpik) ödənilməmiş hissə olmaqla ümumilikdə 923.96 AZN (doqquz yüz iyirmi üç manat doxsan altı qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutulsun və İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar