Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-496/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən 02 may 2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında və şəxslərinin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü (35.3. Bu Məcəllənin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) əsasən qərarın surəti inzibati tənbeh tədbirlərinin görülməsi üçün Səbail DYPŞ-ə göndərilmişdir. Səbail DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Səbail DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 334.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(009)- 1155/2021 saylı qərarına əsasən Cavabdeh1 400 manat məbləğində cərimə edilmişdir. Səbail DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə verilmiş 1199 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “PEUGEOT 307” markalı, 10–KV–307 dövlət nömrə nişanlı avtomobilə 1200 manat məbləğində zərər dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə verilmiş 3904 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E220” markalı, 99–EP–388 dövlət nömrə nişanlı avtomobilə 1040 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1040 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3495 nömrəli ödəniş tapşırığı ilə 1200 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Hesab edirik ki, “HYUNDAİ ELANTRA” markalı, 99–PC–08 dövlət nömrə nişanlı avtomobilə etibarnəmə Cavabdeh2 verildiyindən və Cavabdeh1 “HYUNDAİ ELANTRA” markalı, 99– PC–086 dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan və etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh1 həm də Cavabdeh2 qarşı yaranır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2240 manat məbləğində vurulmuş zərər və 42,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 2 282,40 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Səbail DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Səbail DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan Səbail DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(009)- 1155/2021 saylı qərarına əsasən Cavabdeh1 İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AUTOBOX” MMC tərəfindən xx.xx.2021-ci ildə verilmiş 1199 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “PEUGEOT 307” markalı, 10– KV–307 dövlət nömrə nişanlı avtomobilə 1200 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə verilmiş 3904 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E220” markalı, 99–EP–388 dövlət nömrə nişanlı avtomobilə 1040 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə HYUNDAİ ELANTRA” markalı, 99–PC–086 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair bir il müddətinə xx.xx.2021-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan PXA 60337 nömrəli sığorta aktının surətindən görünür ki, “HYUNDAİ ELANTRA” markalı, 99–PC–086 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 1200,0 manat müəyyən edilmişdir. İş materiallarında olan PXA 86068 nömrəli sığorta aktının surətindən görünür ki, “HYUNDAİ ELANTRA” markalı, 99–PC–086 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 1040,0 manat müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “HYUNDAİ ELANTRA” markalı, 99–PC– 086 dövlət qeydiyyat nişanlı avtomobilin, Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edilməsi və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, inzibati xəta haqqında protokollar, məhkəmənin inzibati xəta haqqında qərarı və işin digər materialları ilə sübut olunur. İş materialları ilə müəyyən edilir ki, iş üzrə yüksək təhlükə mənbəyi olan “HYUNDAİ ELANTRA” markalı, 99–PC–086 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nəqliyyat vasitəsinə etibarnəmə Cavabdeh2 verildiyindən və qanunla yüksək təhlükə mənbəyi hesab olunan “HYUNDAİ ELANTRA” markalı, 99–PC–086 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edilərkən, yol nəqliyyat hadisəsi törədildilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə eyni zamanda digər Cavabdeh2 da mülki məsuliyyətini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh2 etibarnamə əsasında istifadəsində olduğundan, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “HYUNDAİ ELANTRA” markalı, 99–PC– 086 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edilərkən, yol nəqliyyat hadisəsi törədildiyindən, Cavabdeh2 digər Cavabdeh1 vurduğu ziyana görə iddiaçı "xxxx" ASC qarşısında Anar Abdullayevlə birlikdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi sürücülük vəsiqəsi olmadan Cavabdeh1 tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət, həm nəqliyyat vasitəsinin sahibi Cavabdeh2, həm də Cavabdeh1 üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 42,4 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2240,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 42,4 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2240,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 42,4 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-496/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-496/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver