Məhkəmə qərarları › İş №e-2(003)-54/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-54/2024

13.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-54/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «Qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsi iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan Buzovna-Ramana DS-250 mm-lik yerüstü neft kəmərinin (yeraltı keçən hissədə) 1.7ci km-də, 39 T 0420706; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar və paralel olmaqla 1-ci sırada, kəmərdən uzaqlaşmaqla və teqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətdəki yeni tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana DS-250 mm-lik yerüstü neft kəmərinin (yeraltı keçən hissədə) 1.7-ci kmdə, 39 T 0420706, ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar və paralel olmaqla 1-cı sırada, kəmərdən uzaqlaşmaqla və təqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ünvanında Cavabdeh tərəfində inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətdə yeni tikili faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Keçirilmiş məhkəmə iclaslarında Cavabdeh iştirak edərək izahat vermiş və göstərmişdir ki, mübahisəli yerdə yerləşən torpağa dair icarə qərarı vardır. Həmçinin həmin torpaq sahəsində yerləşən yaşayış evinin Bələdiyyə tərəfindən verilmiş sənədi var. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 7 saylı qarovulun 1-ci iş növbəsində saat 15:30-da 3-4 saylı postların ərazisində (Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi) Buzovna-Ramana DS-250 mm-lik yerüstü neft kəmərinin (yeraltı keçən hissədə) 1.7-ci km-də, 39 T 0420706, ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar və paralel olmaqla 1-ci sırada, kəmərdən uzaqlaşmaqla və təqribən 40 metr aralı məsafədə, Cavabdeh aid olduğu iddia edilən ərazidə, köhnədən inşa edilmiş, hasara alınmış və içərisində yaşayış olan evin həyətyanı sahəsində, möcvud evə bitişik otaq üçün nəzərdə tutulmuş 4.8 metr (perpendikulyar) enində və 3.6 metr hündürlüyündə, eyni zamanda mövcud hasarın üzərində 9 metr (paralel) uzunluğunda, 5 metr (perpendikulyar) enində və 60 sm hündürlüyündə yeni hörgü işlərinin aparılması, bundan başqa qeyd olunan tikilinin üzərinə dam örtüyünün vurulması üçün taxta konstruksiyadan ibarət quraşdırma işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edildi, görülən işlərin dayandırılması, eləcə də sökülməsi tələb edildi, lakin həmin şəxs edilən qanuni tələblərə məhəl qoymayaraq işi dayandırmayacağını bildirirək sökməkdən imtina etdi. Qeyd olunanları nəzərə alaraq və əlavə işləriri görülməməsi məqdədilə sözügedən şəxsə yazılı xəbərdarlıq verildi, aşkar edilən qanun pozuntusuna görə, Xəzər rayonu icra nümayəndəsi olan Dilqəm adlı şəxsə zəng (***-***-**-**) olunsa da, lakin edilən zəng cavabsız qalmışdır. Eyni zamanda, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/4312 saylı rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş yeraltı neft boru kəmərinin keçdiyi iddia edilən hissədən tikiliyə qədər 33.7 metr məsafə olduğu nəzərə alınarsa, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. İş materiallarında olan Kənd təsərrüfatı müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 saylı vətəndaşlara həyətyani torpaq sahəsinin verilməsi haqqında əmrdən çıxarışın sürətindən görünür ki, Abşeron rayon icra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Həmkarlar Təşkilatının 17 may 2003cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X4 0.10 hektar hesabı ilə həyətyani torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra hakimiyyəti üzrə sərəncamından çıxarışın surətindən görünür ki, X4 verilmiş həyətyani torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AR-İ N-173173 saylı etibarnamənin surətindən görünür ki, X1 Balasər Baratəli oğluna Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təssərrüfatı Müəssisesinin xx.xx.2003-cü il tarixli 28 saylı Əmrdən Çıxarışına və A.R. Abşeron ray.İH-nın xx.xx.1999-cu il tarixli 096 saylı Sərəncamından Çıxarışına əsasən “Bakı şəhəri Buzovna qəs. Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsində tikinti işlərini aparmağı, özəlləşdirməni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən reyestr çıxarışı almağı, Azərbaycan Respubliksası Torpaq və Xəritəçəkmə komitəsindən katastr planı almağı, məhdudiyyət (yüklülük) barədə arayışı aldıqdan sonra 200 kv.m torpağa aid sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı Qərarının 16-cı bəndində nəzərdə tutulur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulur ki, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “SOCAR”-ın İddiaçı istismarında olan Buzovna-Ramana DS-250 mm-lik yerüstü neft kəmərinin (yeraltı keçən hissədə) 1.7-ci km-də, 39 T 0420706; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar və paralel olmaqla 1-ci sırada, kəmərdən uzaqlaşmaqla və teqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətdəki yeni tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. “SOCAR”-ın İddiaçı istismarında olan Buzovna-Ramana DS-250 mm-lik yerüstü neft kəmərinin (yeraltı keçən hissədə) 1.7-ci km-də, 39 T 0420706; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar və paralel olmaqla 1-ci sırada, kəmərdən uzaqlaşmaqla və teqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətdəki yeni tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin xeyrinə, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri hesabına 50 (əlli) manat tutularaq, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar