Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-560/2024 08.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********11818 olan İphone 11 markalı telefon üçün 997.62 (doqquz yüz doxsan yeddi manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 99.38 (doxsan doqquz manat otuz səkkiz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********18542 olan Blackview A95 markalı telefon üçün 540.46 (beş yüz qırx manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 54.54 (əlli dörd manat əlli dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02447 olan Blackview A80 Plus markalı telefon üçün 140.80 ( bir yüz qırx manat səksən qəpik) manat ödənilməmiş hissə, 14.20 ( on dörd manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Hoffmann Led TV üçün 46.60 ( qırx altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 4.40 ( dörd manat 40 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X1 Plus üçün 35.30 ( otuz beş manat otuz qəpik) manat ödənilməmiş hissə, 3.70 ( üç manat yetmiş qəpik) manat cərimə olmaqla, ümumilikdə 1937 manat borc, 39.37 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən cavabdeh İMEİ KODU **********11818 olan İPHONE 11 markalı telefon, İmei kod **********18542 olan BLACKVİEW A95 markalı telefon, İMEİ KODU **********02447 olan BLACKVİEW A80 PLUS markalı telefon, HOFFMANN LED TV, X1 PLUS almış və nəticədə 1937 (min doqquz yüz otuz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1796.94 (min yeddi yüz doxsan altı manat doxsan dörd qəp) manat (18 ay x 99.83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********11818 İPHONE 11 markalı telefon üçün 1097 (min doxsan yeddi) manat olmaqla ondan, 997.62 (doqquz yüz doxsan yeddi manat altmı iki qəp) manat ödənilməmiş hissə, 99.38 (doxsan doqquz manat otuz səkkiz qəp) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 649.44 (alt yüz qırx doqquz manat qırx dörd qəp) manat (18 ay x 36.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********18542 BLACKVİEW A95 markalı telefon üçün 595 (beş yüz doxsan beş) manat olmaqla ondan, üçün 540.46 (beş yüz qırx manat qırx altı qəp) manat ödənilməmiş hissə, 54.54 (əlli dörd manat əlli dörd qəp) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 322.2 (üç yüz iyirmi iki manay iyirmi qəpik) manat (18 ay x 17.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********02447 BLACKVİEW A80 PLUS markalı telefon üçün 155 (yüz əlli beş ) manat olmaqla ondan 140.8 (yüz qırx manat səksən qəp) manat ödənilməmiş hissə, 14.2 (on dörd manat iyirmi qəp) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 856.8 (səkkiz yüz əlli altı manat səksən qəpik) manat (18 ay x 47.6 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün 51 (əlli bir ) manat olmaqla ondan 46.6 (qırx altı manat altmış qəp) manat ödənilməmiş hissə, 4.4 (dörd manat qırx qəp) manat cərimə pulu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 127.08 (yüz iyirmi yeddi manat səkkiz qəpik) manat (18 ay x 7.06 manat + 0 manat ilkin ödəniş) X1 PLUS üçün 39 (otuz doqquz) manat olmaqla ondan 35.3 (otuz beş manat otuz qəp) manat ödənilməmiş hissə, 3.7 (üç manat yetmiş qəp) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1991.68 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 127.08 manat olan X1 PLUS Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 7.06 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 322.2 manat olan İMEİ kodu **********02447 olan BLACKVİEW A80 PLUS markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 17.90 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 649.44 manat olan İMEİ kodu **********18542 olan BLACKVİEW A95 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 36.08 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1796.94 manat olan İMEİ kodu **********11818 olan İPHONE 11 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 99.83 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23049218 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 856.8 manat olan HOFFMANN LED TV Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 47.60 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 35.30 manat ödənilməmiş hissə və 3.7 manat dəbbə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 140.80 manat ödənilməmiş hissə, 14.20 manat dəbbə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540.46 manat ödənilməmiş hissə, 54.54 manat dəbbə borcu , xx.xx.2022-ci il tarixli müqavilə üçün 997.62 manat ödənilməmiş hissə, 99.38 dəbbə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 46.6 manat ödənilməmiş hissə , 4.40 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********11818 olan İPHONE 11 markalı telefon üçün 997.62 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 46.6 manat, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən İMEİ kodu **********18542 olan BLACKVİEW A95 markalı telefon üçün 540.46 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02447 olan BLACKVİEW A80 PLUS markalı telefon üçün 140.8 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X1 PLUS üçün 35.3 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 997.62 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 99.38 manat dəbbə (cərimə) pulunun, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 540.46 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 54.54 manat dəbbə (cərimə) pulunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 140.80 manat əsas borca münasibətdə cavabdehdən 14.20 manat dəbbə (cərimə) pulunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 46.60 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 4.40 manat dəbbə (cərimə) pulunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 35.30 manat əsas borca münasibətdə 3.70 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 9 manat dəbbə (cərimə) pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5 manat dəbbə (cərimə) pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu , xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu , xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 29 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10.37 manat isə iddiaçının özünə aid edilməlidir.. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixdə ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 997.62 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2022-ci il tarixdə ******* saylı alqı-satqı müqaviləsinə əsasən 540.46 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021-ci il tarixdə ******* saylı alqı-satqı müqaviləsinə əsasən 140.80 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixdə 23049218 saylı alqı-satqı müqaviləsinə əsasən 46.60 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci tarixli ******* saylı alqısatqı müqaviləsinə əsasən 35.30 manat ödənilməmiş hissə, 1 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 29 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 997.62 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2022-ci il tarixdə ******* saylı alqısatqı müqaviləsinə əsasən 540.46 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021ci il tarixdə ******* saylı alqı-satqı müqaviləsinə əsasən 140.80 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixdə 23049218 saylı alqı-satqı müqaviləsinə əsasən 46.60 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci tarixli ******* saylı alqısatqı müqaviləsinə əsasən 35.30 manat ödənilməmiş hissə, 1 manat cərimə, ümumilikdə 1777.78 (bir min yeddi yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik ) manat və ödənilmiş dövlət rüsumuna görə 29 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10.37 manatı iddiaçı "xxxx" MMC -nın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-560/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-560/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver