Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-578/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin cavabdeh X3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin cavabdeh X3 qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2022-ci il tarixli,SDK6132747 saylı borc müqaviləsinə əsasən 450 manat,xx.xx.2023-cü il tarixli,SDK6133162 saylı borc müqaviləsinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli,SDK6133501 saylı borc müqaviləsinə əsaəsən 711 manat olmaqla ümumilikdə 1461 manat borcun və 34,61 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC müddəti 20 ay olmaqla 01 oktyabr 2022-ci il tarixli,müddəti 12 ay olmaqla 01 fevral 2023-cü il tarixli və müddəti 12 ay olmaqla 18 may 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2499 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra xx.xx.2022-ci il tarixli,SDK6132747 saylı borc müqaviləsinə əsasən 450 manat,xx.xx.2023-cü il tarixli,SDK6133162 saylı borc müqaviləsinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli,SDK6133501 saylı borc müqaviləsinə əsaəsən 711 manat olmaqla ümumilikdə 1461 manat borcu qalmışdır.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli,SDK6132747 saylı borc müqaviləsindən görünür ki, X4 İddiaçı-dən 919 manat məbləğində məişət avadanlığı əldə etmiş və 19 manat ilkin ödəniş etməklə qalan məbləği 20 ay müddətində aylıq 45 manat olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli,SDK6133162 saylı borc müqaviləsindən görünür ki, X4 İddiaçı-dən 625 manat məbləğində məişət avadanlığı əldə etmiş və 25 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay müddətində aylıq 50 manat olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli,SDK6133501 saylı borc müqaviləsindən görünür ki, X4 İddiaçı-dən 955 manat məbləğində məişət avadanlığı əldə etmiş və 7 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay müddətində aylıq 79 manat olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli,SDK6132747 saylı borc müqaviləsinə əsasən 450 manat,xx.xx.2023-cü il tarixli,SDK6133162 saylı borc müqaviləsinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli,SDK6133501 saylı borc müqaviləsinə əsaəsən 711 manat olmaqla ümumilikdə 1461 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, cavabdeh X4 müqavilələr üzrə 19, 25, 7 manat məbləğində ilkin ödəniş etmiş və ödənməmiş 450 , 450 , 711 manat olmaqla cəmi 1461 manat borc qalmaqdadır. Cavabdeh X4 İddiaçı MMC ilə müqaviləyə əsasən 919 manat, 625 manat və 955 manat məbləğində məişət avadanlığı qəbul etmiş, lakin müqavilə üzrə iddiaçıya olan borc öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X1 xx.xx.2022-ci il tarixli,SDK6132747 saylı borc müqaviləsinə əsasən 450 manat,xx.xx.2023-cü il tarixli,SDK6133162 saylı borc müqaviləsinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli,SDK6133501 saylı borc müqaviləsinə əsaəsən 711 manat olmaqla ümumilikdə 1461 manat borc tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34,61 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 34,61 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə cavabdeh X1 xx.xx.2022-ci il tarixli,SDK6132747 saylı borc müqaviləsinə əsasən 450 manat,xx.xx.2023-cü il tarixli,SDK6133162 saylı borc müqaviləsinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli,SDK6133501 saylı borc müqaviləsinə əsaəsən 711 manat olmaqla ümumilikdə 1.461 manat borc və ödənilmiş 34,61 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-578/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-578/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver