Məhkəmə qərarları › İş №e-2(003)-58/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-58/2024

21.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-58/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı Buzovna- Ramana DŞ-250 mm-lik yerüstü neft kamərinin 3-cü km-də, 39 T 0419435, ******* saylı koordinat üzrə, 1-ci sirada, kəmərə paralel və perpendikulyar olmaqla, kəmərdən təqribən 16 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və evə bitişik yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı İddiaçı istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kamərinin 3-cü km-də, 39 T 0419435, ******* saylı koordinat üzrə, 1-ci sirada, kəmərə paralel və perpendikulyar olmaqla, kəmərdən təqribən 16 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və evə bitişik yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kamərinin 3-cü km-də, 39 T 0419435, ******* saylı koordinat üzrə, 1-ci sirada, kəmərə paralel və perpendikulyar olmaqla, kəmərdən təqribən 16 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və evə bitişik yardımçı tikili faktları aşkar olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Keçirilmiş ekspertiza nəticəsində alınmış rəyə əsasən həmin tikililər neft kəmərinin mühafizə zonasında tikildiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 2003-cü ildə onlara ayrılmış torpaq sahəsində ev tikmişlər. Əgər apardıqları tikinti qanunsuz olsaydı əvvəldən onlara icazə verilməməli idi. Neft borusu ilə tikinti arasında məsafə əvvəl 25 metrdən çox olmuşdur. Sonradan borunun yeri dəyişdirilərək onların evinə bir neçə metr yaxınlaşmışdır. Yaşadığı ərazidə başqa insanlar da müvafiq icazə sənədləri olmadan tikinti işləri apardıqlarından iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı NKİ-nin AİB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktın surətindən müəyyən olunur ki, Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kamərinin 3-cü km-də kəmərdən 16 metr aralı məsafədə Cavabdeh aid olduğu iddia edilən ərazidə yeni tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Tikinti işlərini aparan şəxs Cavabdeh işlərin dayandırılması və sökülməsi barədə xəbərdarlıq edilmiş, lakin o, tikinti işlərini dayandırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4837 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ünvanında yerləşən, iddiaçının nümayəndəsi tərəfindən naturada təqdim edilən fərdi yaşayış evi ilə Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kamərinin arasındakı məsafə 23.20 metr, evə bitişik yardımçı tikili ilə neft kəməri arasındakı məsafə 21 metr, hasar tikilisi ilə neft kəməri arasındakı məsafənin isə 20.50 metr təşkil etdiyini nəzərə alaraq həmin tikililərin Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının müvafiq bəndlərinə əsasən Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kamərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3.-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Həmin Qaydaların 6.4.-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-8-5/2- 183782023 saylı məktubunda qeyd edilmişdir ki, Avropa Məhkəməsi milli qanunvericiliyə əsasən “özbaşına tikili olması baxımından neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikilmiş yaşayış sahələrinin sökülməsinə dair qərarın qəbulunda İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı istismarında olan Buzovna-Ramana DŞ-250 mm-lik yerüstü neft kamərinin 3-cü km-də, 39 T 0419435, ******* saylı koordinat üzrə, 1-ci sirada, kəmərə paralel və perpendikulyar olmaqla, kəmərdən təqribən 16 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ünvanında qanunsuz tikililər inşa etməklə İddiaçınə məxsus neft kəmərinin mühafizə zonasına daxil olmuşdur. Bundan başqa cavabdeh tikililəri inşa etdiyi məhz həmin torpaq sahəsinin ona ayrılması və həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ünvanında (koordinat39 T 0419435, 4482105) lazımı icazələr almadan apardığı tikinti işləri nəticəsində İddiaçı mühafizə zonasında özbaşına tikililər inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır və buna görə tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı istismarında olan Buzovna- Ramana DŞ-250 mm-lik yerüstü neft kamərinin 3-cü km-də, (39 T 0419435, ******* saylı koordinat üzrə), 1-ci sirada, kəmərə paralel və perpendikulyar olmaqla, neft kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən inşa edilmiş, neft kəmərindən 23.20 metr aralı məsafədə tikilmiş fərdi yaşayış evi, neft kəmərindən 21 metr aralı məsafədə olan evə bitişik yardımçı tikili və neft kəmərindən 20.50 metr aralı məsafədə olan hasar tikilisi Cavabdeh hesabına sökülərək Cavabdeh mühafizə ərazisindən çıxarılsın. X1 dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar