Məhkəmə qərarları › İş №e-2(003)-586/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-586/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-586/2024 08.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu - İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddiasına baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh ünvanını “Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, ev 1, mənzil 19” şəklində göstərmişdir. Həmin ərazi isə Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşir. Beləliklə, iş üzrə Cavabdeh ünvanı Bakı şəhəri, Xəzər rayonu ərazisində olmadığından mövcud iddia tələbi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh qeydiyyatda olduğu yer üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar