Məhkəmə qərarları › İş №e-2(003)-588/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-588/2025

29.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-588/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 qarşı Bakı şəhəri 7 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlikdə miras payın bağışlanma müqaviləsinin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 qarşı Bakı şəhəri 7 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlikdə miras payın bağışlanma müqaviləsinin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.60 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0636 ha torpaq sahəsinə dair Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 adına Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli vərəsəlikdə miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi; qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh3 və Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi; Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh6 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.60 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0636 ha torpaq sahəsi mərhum X2nun xüsusi mülkiyyətində olmuşdur. X2 ilə nənəsi X28 xx.xx.1970-ci il tarixdə nikah bağlamışlar. Onların birgə nikahından 7 uşaqları olmuşdur: xx.xx.1954-cü il təvəllüdlü X16; xx.xx.1956-cı il təvəllüdlü X18; xx.xx.1957-ci il təvəllüdlü X23; xx.xx.1959-cu il təvəllüdlü X11; xx.xx.1970-ci il təvəllüdlü X24; X19; X20. X2 xx.xx.1976-cı il tarixdə ölmüşdür. Babasının birinci növbə vərəsələrindən əmisi X18 xx.xx.2003-cü il tarixdə; nənəsi X28 xx.xx.2006-cı il tarixdə; əmisi X23 xx.xx.2018-ci il tarixdə; atası X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 2021-ci ildə əmisi Eldarın uşaqları Cavabdeh4, Cavabdeh5, əmisinin arvadı Cavabdeh3, əmisi Xanların arvadı Cavabdeh2 ərizə ilə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərək, mərhum babasından miras qalmış yuxarıda göstərilən əmlaka dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X31 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1976-cı il tarixdə ölmüş X4 qalmış miras əmlak olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.60 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0636 ha torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh2, 1/8 hissəsinə Cavabdeh3, 1/8 hissəsinə Cavabdeh5, 1/8 hissəsinə Cavabdeh1 və 1/8 hissəsinə Cavabdeh4 miras payları müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 miras paylarını anaları Cavabdeh3 bağışlamışlar. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0636 ha olan torpaq sahəsinin 0.0262 ha hissəsini (hər biri 0.0131 ha+0.0131 ha) 5400 manata Cavabdeh6 satmışlar. xx.xx.2023-cü il tarixdə 0.0262 ha torpaq sahəsinə dair Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman qanunvericiliyin tələbləri pozulduğundan, şəhadətnamə, vərəsəlikdə miras payın bağışlanması müqaviləsi, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin şəhadətnamə və müqavilələr əsasında verilmiş çıxarışlar ləğv edilməlidir. Belə ki, mərhum atası X11 doğulduğu vaxtdan ölən günə qədər miras əmlakda qeydiyyatda olmaqla yaşamışdır, o da doğulandan hazırkı vaxtadək miras əmlakda qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi mərhum babasının ölümündən sonra atası miras əmlakda qeydiyyatda olub yaşamaqla, mirasa yiyələnmiş, bununla da mirası faktiki qəbul etmişdir. Atası öləndən sonra o, miras əmlakda yaşamaqla, mirası qəbul etmiş, atasına çatası miras payını almaq hüququ əldə etmişdir. Lakin cavabdehlər mirası qəbul etmələri barədə notariat kontoruna müraciət edərkən, onun vərəsə olduğunu gizlətmiş, notariat orqanı da mirasın ölmüş birinci növbə vərəsələrin vərəsələri tərəfindən qəbul edilib-edilmədiyini araşdırmamış, bununla da o, atasına çatası miras paydan məhrum edilmişdir. Cavabdehlərin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalarından bu yaxınlarda məlumatı olmuşdur. Belə ki, qardaşı Cavabdeh6 ona və arvadı X8 qarşı torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılma ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Həmin iş üzrə məhkəmə bildirişini aldıqdan sonra cavabdehlərin miras əmlaka yiyələnmələrindən məlumatı olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, doğulan vaxtdan bugünədək miras əmlakda yaşayır. Belə ki, o, əvvəl torpaq sahəsində yerləşən köhnə tikilidə yaşamış, sonradan miras torpaq sahəsində özü üçün yeni tikili inşa edərək ailəsi ilə ora köçmüşdür. Köhnə tikilidə isə anası, qardaşı Amil, arvadı və iki uşağı yaşayır. Anaxanım əmisi arvadıdır, miras əmlakda tək yaşayır. Torpaq sahəsi 4 hissəyə bölünüb. Aybəniz hazırda oğlu Eminlə birlikdə Qala qəsəbəsində yaşayır, onların mübahisəli sahədəki evlərində heç kim yaşamır. Elvinin harada yaşaması barədə məlumatı yoxdur. Sevinc isə təqribən 16-17 il əvvəl ailə qurub Suraxanı qəsəbəsinə gəlin köçüb, onun mirasdan məlumatı olmayıb. Anaxanım və Aybənizlə onun arasında alqısatqı müqaviləsi bağlanan zaman notariusda heç kimə pul verməyib. O, müqavilədə göstərilmiş 5400 manat pulu Aybənizin evində yalnız Aybənizə vermişdir. Pulu verən vaxt evdə yalnız o və Aybəniz olmuşdur. Anaxanıma isə ümumiyyətlə pul verməyib. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, cavabdehlər arasında alqısatqı müqaviləsi formal olaraq bağlanmışdır. Aybəniz və Cavabdeh2lar Cavabdeh6 pul almamışlar. Həmçninin, iddia tələbləri üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, hazırkı tələbə iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1, üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, (nümayəndəsinin iştirakını təmin etməmiş), gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1, üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 2V-520 nömrəli vərəsəlik işindəki: xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X7 vərəsəsi oğlu X18 idi, lakin onun xx.xx.2003-cü il tarixdə ölməsi ilə əlaqədar gəlini Cavabdeh2 miras əmlakdan 1/2 hissədə pay almalıdır; xx.xx.1976-cı il tarixdə vəfat etmiş X7 vərəsəsi oğlu X23 idi, lakin onun xx.xx.2018-ci il tarixdə ölməsi ilə əlaqədar gəlini Cavabdeh3 miras əmlakdan 1/8 hissədə, nəvəsi Cavabdeh5 1/8 hissədə, nəvəsi Cavabdeh1 1/8 hissədə, nəvəsi Cavabdeh4 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.6 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.0636 ha torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 xx.xx.2021-ci il tarixdə verilmiş 2V-520 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.6 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.0636 ha torpaq sahəsindən onlara düşən hissəni Cavabdeh3 bağışlamışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.60 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0636 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdən X7 xüsusi mülkiyyətindədir. xx.xx.2007-ci il tarixli arayışın surətindən görünür ki, X17 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölmüşdür. AZ-İ seriyalı 154407 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X29 xx.xx.1970ci il tarixdə evlənmişlər, evlənmə qeyd ediləndən sonra arvada Məmmədova soyadı verilmişdir. AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X17, anası X15r. AZ-İ seriyalı 004387 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölmüşdür. AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X17, anası X15r. AZ-İ seriyalı 939961 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi 12A ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi Məmmədəli Məmmədovun mülkiyyətindədir. X10 AQİS-dən çıxarışın surətindən görünür ki, X32 ilə X25 xx.xx.1993-cü il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İİ-ЖГ seriyalı 465162 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X33 xx.xx.1981-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Vİ-ЖГ seriyalı 368158 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X25 xx.xx.1993-cü il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışın surətindən görünür ki, Cavabdeh5, X34, X37, X38, X32 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi ev 12 ünvanında qeydiyyatdadırlar. “Elektron notariat” X1 vasitəsilə “X22” AQİS-dən çıxarışın surətindən görünür ki, X17 xx.xx.1976-cı il tarixdə ölmüşdür. X10 AQİS-dən çıxarışın surətindən görünür ki, X17 ilə X29 xx.xx.1970-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. - XİV-ЖГ seriyalı 274507 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X11, anası X26r. - AZ-İİ seriyalı 438296 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - yaşayış yeri üzrə qeydiyyat haqqında 447227 nömrəli xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, X34, Cavabdeh1, Cavabdeh3, X23, X11, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi ev 12 ünvanında qeydiyyatdadırlar. - Mərdəkan qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş 96 nömrəli xx.xx.2009-cu il tarixli 2 nömrəli Forma arayışının surətindən görünür ki, X11 1970-ci ildən, İddiaçı 2006-cı ildən ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5- 12-1/2-307/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin əməkdaşları B.Əliyev küçəsi ev 12A ünvanında olmuşlar. Keçirilmiş baxış zamanı 54-cü Mərdəkan küçəsi 12A ünvanı ilə B.Əliyev küçəsi ev 12A ünvanının eyni ünvan olduğu məlum olmuşdur. Qeyd edilən 54-cü Mərdəkan küçəsi (B.Əliyev küçəsi) 12A ünvanında hal-hazırda yaşayan şəxslər aşağıdakılardır: “A” tikilisi – Cavabdeh6, X27, X45, X38, İddiaçı, X21, X46, X47, X34; “B tikilisi – Cavabdeh5; “C” tikilisi – Cavabdeh2 Seyfəl qızı. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0636 ha olan torpaq sahəsinin 0.0262 ha hissəsini (Cavabdeh3 0.0131 ha, Cavabdeh2 0.0131 ha) 5400 (beş min dörd yüz) manata Cavabdeh6 satmışlar. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən, sahəsi 0.0262 ha olan torpaq sahəsi xx.xx.2023cü il tarixdən Cavabdeh6 xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-966/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 qarşı miras əmlakının iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin fərdi yaşayış evinə dair Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 adına verilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsi, iddiaçının həmin yaşayış evinə dair miras payının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-358/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X12 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 may 2023-cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X12 cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasının təmin edilməsi, 18 yanvar 1976-cı il tarixdə vəfat etmiş X13 məxsus olmuş, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsində yerləşən 12a saylı fərdi yaşayış evindən ibarət miras əmlakın iddiaçı X24 tərəfindən qəbul edilməsi müəyyən edilərək, həmin əmlaka dair cavabdehlərin adına 15 dekabr 2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin və cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 arasında 15 dekabr 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-221 nömrə ilə qeyd edilmiş “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin əmlaka dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** və ********** qeydiyyat nömrəli 16 dekabr 2021-ci il tarixli çıxarışların ləğv edilməsi, 18 yanvar 1976-cı il tarixdə vəfat etmiş X7 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsində yerləşən 12 “a” saylı fərdi yaşayış evi üzərində İddiaçı X12 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, Cavabdeh3 1/12 hissədə, Cavabdeh5 1/12 hissədə, Cavabdeh1 1/12 hissədə və Cavabdeh4 1/12 hissədə payının müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1733/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-358/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4531/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X12 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-966/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3012/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X5 və İddiaçı yetkinlik yaşına çatmayan uşaqları X52 və X53 ilə birlikdə iddiaçı Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 54-cü Mərdəkan küçəsi 57A (köhnə qaydalarla ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı hər birinə 1/2 hissə olmaqla Cavabdeh3 və Cavabdeh2 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, miras qoyan X17 ilə X29 xx.xx.1970-ci il tarixdə rəsmi nikah bağlamışlar. Bu nikahdan X16; X18; X23; X11; X24; X19; X20 doğulmuşdur. Miras qoyan X17 xx.xx.1976-cı il tarixdə ölmüşdür. Miras qoyanın birinci növbə vərəsələrindən X18 xx.xx.2003-cü il tarixdə; X28 xx.xx.2006-cı il tarixdə; X23 xx.xx.2018-ci il tarixdə; X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.6 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.0636 ha torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 miras qalmış əmlaka 1/2 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh3, 1/8 hissədə Cavabdeh5, 1/8 hissədə Cavabdeh1, 1/8 hissədə Cavabdeh4 payı müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 miras paylarını Cavabdeh3 bağışlamışlar. AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 miras əmlaka daxil olan 0.0636 ha torpaq sahəsinin 0.0262 ha hissəsini Cavabdeh6 satmışlar. Hazırda iddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, miras payından məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.1976-cı il tarixdə qüvvədə olmuş 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər(arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. 555-ci maddəsinə əsasən vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən,miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Məhkəmədə müəyyən olundu ki, miras qoyan X17 xx.xx.1976-cı il tarixdə ölmüş, onun oğlu-iddiaçının atası X11 doğulduğu vaxtdan ölən günədək miras əmlakda yaşamış, yəni mirası faktiki olaraq qəbul etmişdir. X3 oğlu-İddiaçı da doğulduğu vaxtdan bu günədək miras əmlakda yaşayır, ailə qurduqdan sonra arvadı miras əmlaka gəlin gəlmiş, övladları miras əmlakda doğulmuşlar. Bu faktı məhkəmə iclasında Cavabdeh6 etiraf etmişdir. Göründüyü kimi İddiaçı qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mirası faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Başqa sözlə, İddiaçı mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Beləliklə, X6 çatası miras payını almaq hüququ İddiaçı keçmişdir. Belə olan halda, İddiaçı da mirasda payı vardır. Lakin iş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 (miras qoyanın birinci növbə vərəsəsi – xx.xx.2003-cü il tarixdə ölmüş X9 arvadı), Cavabdeh3 (miras qoyanın birinci növbə vərəsəsi – xx.xx.2018-ci il tarixdə ölmüş X14 arvadı), miras qoyanın nəvələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 miras qoyanın onlardan başqa birinci növbə vərəsəsi X3 oğlu İddiaçı olduğunu və onun miras əmlakda yaşadığını bildikləri halda, yalnız özləri notariat ofisinə müraciət etmiş, digər vərəsəniiddiaçını notariusdan gizlətmişlər. Notariat ofisi isə qanunun tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, onları vərəsəliyə çağırmamış, vərəsə kimi Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 tanıyaraq, adlarına miras əmlaka dair xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.60 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0636 ha torpaq sahəsinə dair Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 adına Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli vərəsəlikdə miras payın bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlanma müqaviləsi etibarsız hesab edildiyindən, həmin şəhadətnamə və müqavilə əsasında Cavabdeh3 və Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da ləğv edilməlidir. Bundan başqa, məhkəmə araşdırması zamanı Cavabdeh6 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0636 ha olan torpaq sahəsinin 0.0262 ha hissəsini Cavabdeh3 və Cavabdeh2 alsa da, müqavilənin predmeti olan torpaq sahəsinin dəyərini notariusun depozit hesabına qoymamış, 5400 manat pulu evdə Cavabdeh3 vermiş, Cavabdeh2 isə ümumiyyətlə pul verməmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını, Aybəniz və Cavabdeh2ların Cavabdeh6 pul almadıqlarını bildirmişdir. Belə olan halda, məhkəmə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh6 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində də iddianı qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.60 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0636 ha torpaq sahəsinə dair Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 adına Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli vərəsəlikdə miras payın bağışlanma müqaviləsi etibarsız hesab edilməli, xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2021-ci il tarixli miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh3 və Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Cavabdeh6 adına verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41.60 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0636 ha torpaq sahəsinə dair Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 adına Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli vərəsəlikdə miras payın bağışlanma müqaviləsi etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixli 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2021-ci il tarixli miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh3 və Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh6 adına verilmiş çıxarış ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar