Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-599/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5775602 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1406 manat əsas, 420 manat dəbbə pulu və SMEK4606365 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 905 manat əsas, 271 manat dəbbə pulunun, ödənilmiş dövlət rüsumuna görə 51 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdehlə ECK5775602 və SMEK4606365 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. ECK5775602 nömrəli müqavilə üzrə 2696 manat dəyəri olan 1 ədəd “LG” markalı televizor alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. SMEK4606365 nömrəli müqavilə üzrə 2624 manat dəyəri olan 1 ədəd “Kaşmir” markalı yataq alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5775602 nömrəli müqavilə üzrə 200 manat ilkin ödəniş olmaqla, qalan 2496 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 208 manat olmaqla, hər ayın 05-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. SMEK4606365 nömrəli müqavilə üzrə 14 manat ilkin ödəniş olmaqla, qalan 2610 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 145 manat olmaqla, hər ayın 06-dək ödəmək öhdəliyini öz üzərmə götürmüşdür. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun ECK5775602 nömrəli müqavilə üzrə 1406 manat əsas, 420 manat dəbbə pulu olmaqla, 1826 manat və SMEK4606365 nömrəli müqavilə üzrə 905 manat əsas, 271 manat dəbbə pulu olmaqla, 1176 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5775602 nömrəli, 06 avqust 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 50 manat ödəniş və SMEK4606365 nömrəli, 06 avqust 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 80 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, zərf, rabitə orqanı tərəfindən “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanılmış ******* nömrəli, 06 avqust 2019cu il tarixli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, iddiaçı (satıcı) cavabdehə (alıcıya) 2696 manat dəyərində 1 ədəd “LG” markalı televizoru satmağı, cavabdeh isə 200 manat ilkin ödəniş etməklə qalıq qalmış 2496 manatı 12 ay müddətinə hər ayın 5-dək 208 manat ödəməsi barədə qarşılıqlı öhdəliklər götürmüşlər. İş materiallarında olan tərəflər arasında bağlanılmış ******* nömrəli, 06 avqust 2019cu il tarixli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, iddiaçı (satıcı) cavabdehə (alıcıya) 2624 manat dəyərində 1 ədəd “Kaşmir” markalı yatağı satmağı, cavabdeh isə 14 manat ilkin ödəniş etməklə qalıq qalmış 2610 manatı 18 ay müddətinə hər ayın 6-dək 145 manat ödəməsi barədə qarşılıqlı öhdəliklər götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli ECK5775602 və SMEK4606365 nömrəli müqavilələr üzrə xx.xx.2022-ci il tarixə 1406 manat əsas, 420 manat dəbbə pulu, 905 manat əsas, 271 manat dəbbə pulu məbləğlərində borcu yaranmışdır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən xx.xx.2019-cu il tarixli ECK5775602 və SMEK4606365 nömrəli müqavilələr üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında nisyə alğısatqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr əsasında cavabdehə iddiaçı tərəfindən əşyalar nisyə satılmış, cavabdeh isə aldığı əşyaların dəyərini hissə-hissə olmaqla ödənilməsi barədə öhdəlik götürmüşdür. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini vaxtı-vaxtında yerinə yetirməmiş və onun iddiaçı qarşısında ödənilməmiş pul öhdəlikləri qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alğı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2019cu il tarixli ******* nömrəli müqavilə üzrə 1406 manat əsas, ******* nömrəli, 06 avqust 2019cu il tarixli müqavilə üzrə 905 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ******* nömrəli müqavilə üzrə 1406 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 420 manat dəbbə pulunun, ******* nömrəli müqavilə üzrə 905 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 271 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ******* nömrəli müqavilə üzrə 60,0 manat, ******* nömrəli müqavilə üzrə 40,0 manat dəbbə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 1406 manat əsas, 60 manat dəbbə, xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 905 manat əsas, 40 manat dəbbə, cəmi 2411 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 45 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 6 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 1406 manat əsas, 60 manat dəbbə, xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 905 manat əsas, 40 manat dəbbə, cəmi 2411 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 45 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 51 manat dövlət rüsumunun 6 manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-599/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-599/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver