Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-646/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı” (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 05 oktyabr 2023-cü il tarixli AZL-643 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “X8” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 440.69 manat, ümumilikdə isə 23603 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23603 manatın 18000 manatı əsas məbləğ təşkil edir. 30 aprel 2024-cü il tarixdə X3, Cavabdeh və "xxxx" MMC arasında AZL-643 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 oktyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri C.Rəhmanov öz üzərinə götürmüşdür. 21 sentyabr 2022-ci il tarixdə Cavabdeh, X5 və "xxxx" MMC arasında AZL-643 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 oktyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri E.Mehdiyev öz üzərinə götürmüşdür. 05 noyabr 2022-ci il tarixdə X5, Cavabdeh və "xxxx" MMC arasında AZL-643 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 05 oktyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “X8” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti dayanacağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 264,20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-2276 saylı “Daxili lizinq” müqaviləsi lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 oktyabr 2024-cü il tarixə ümumilikdə 2174,27 manat məbləğində gecikmə borcu yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 05 oktyabr 2023-cü il tarixli AZL-643 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 oktyabr 2024-cü il tarixə ödənilməmiş 502,82 manat gecikdirilmiş əsas, 1189,44 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 482,01 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “X8” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 264,20 manat, ümumilikdə 2438,87 manat borc və ödənilmiş 44,39 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Gasan Guseinov iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbələrini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Azərmaş Lizinq” MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-643 saylı “Daxili lizinq” müqaviləsinə və ona əlavə edilmiş 1 nömrəli Əlavəyə əsasən X1 ilə “X8” minik markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, XWB7T51BDPP819053 ban nömrəli ağ rəngli avtomobil 18000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 16% hesablanmaqla 48 aylıq müddətə xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay sabit məbləğ olmaqla 440,69 manat (sonuncu ay 440,57 manat olmaqla), pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından aydın olur ki, X2 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “X8” minik markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Cavabdeh, X3 və İddiaçı MMC arasında AZL-643 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2023-cü il tarixli AZL-643 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından aydın olur ki, Cavabdeh X2 istifadəsində olan və "xxxx" MMC-nin mülkiyyətində olan “X8” minik markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “X8” minik markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş cəmi zərər 264,20 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 1836 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli AZL-643 saylı “Daxili Lizinq“ müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə iddiaçıya 502,82 manat əsas, 1189,44 manat mükafat və həmin günə hesablanmış 482,01 manat dəbbə pulu, cəmi 2174,27 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5-12-6/2- 79/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə məhkəmə bildirişi ilə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 ünvanında qeydiyyatda olan Cavabdeh ilə əlaqə yaradılmış və məhkəmə bildirişi xx.xx.2025-ci il tarixində cavabdehin özünə təqdim olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Binə bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 12 saylı məktubundan görünür ki, 2(003)-646/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixə, saat 11:40-a təyin edilmiş məhkəmə iclasının bildirişi Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan ********** saylı ödəniş qəbzindən aydın olur ki, İddiaçı MMC hazırkı iddia üzrə 44,39 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "Azərmaş” MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-643 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə “X8” minik markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, XWB7T51BDPP819053 ban nömrəli ağ rəngli avtomobil 18000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh, X3 və İddiaçı MMC arasında AZL-643 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2023-cü il tarixli AZL-643 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə Cavabdeh xx.xx.2023-cü il tarixli AZL-643 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən, borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas və faiz (mükafat) məbləğlərini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq məbləği və faiz (mükafat) məbləğinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 482,01 manat məbləğində dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 482,01 manat məbləğində deyil, 25 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 25 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin lizinq obyektinə vurulmuç zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, “X8” minik markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 264,20 manat məbləğində zərərin Cavabdeh tərəfindən yetirilməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı ilə sübut olunur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və Cavabdeh tərəfindən vurulmuş zərərə görə İddiaçı MMC-nin xeyrinə 264,20 manat məbləğində pul vəsaiti ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə həmin hissəyə münasibətdə qeyd edir ki, iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 39,81 manat məbləğində pul tutulmalı, 4,58 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 502,82 (beş yüz iki manat səksən iki qəpik) manat əsas borc, 1189,44 (bir min bir yüz səksən doqquz manat qırx dörd qəpik) manat mükafat, 25 (iyirmi beş) manat cərimə (dəbbə borcu), avtomobilin təmir-bərpası xərci olaraq ödənilmiş 264,20 (iki yüz altmış dörd manat iyirmi qəpik) manat, ödənilmiş dövlət rüsumu görə 39,81 (otuz doqquz manat səksən bir qəpik) manat olmaqla, ümumilikdə 2021,27 (iki min iyirmi bir manat iyirmi yeddi qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 4,58 (dörd manat əlli səkkiz qəpik) manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №e-2(003)-646/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-646/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver