Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-652/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə 268,35 manat əsas borc, 26,65 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 171 manat əsas borc, 17 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50,43 manat əsas borc, 5,57 cərimə borcu olmaqla cəmi 539 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ABC-Telecom’’ MMC ilə xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kod **********26178 OPPO A58 markalı telefon,JBL WAVE qulaqlıq, HUAWEİ QULAQLİQ, İmei kod **********16129 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 539 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023cü il tarixli müqavilə əsasında alqı-satqı qiyməti 588 manat olan İmei kod **********26178 OPPO A58 markalı telefon üçün ümumilikdə 295 manat olmaqla ondan 268,35 manat ödənilməmiş hissə, 26,65 manat cərimə, yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqavilə əsasında alqı-satqı qiyməti 190 manat JBL WAVE qulaqlıq üçün ümumilikdə 188 manat olmaqla ondan 171 manat ödənilməmiş hissə, 17 manat cərimə, yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqavilə əsasında alqı-satqı qiyməti 662 manat olan HUAWEİ QULAQLİQ, İmei kod **********16129 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə 56 manat olmaqla ondan 50,43 manat ödənilməmiş hissə, 5,57 manat cərimə, yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 950,22 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödənilir. Təhvil təslim aktından görünür ki, cavabdeh əşyanı tam və qüsursuz şəkildə almışdır. Cavabdehlə aralarında olan telefon danışığı və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımincə icra etməli olduğu rəsmi qaydada bildirilsə də, cavabdehlər öhdəliklərini yerinə yetirməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 18865462 saylı müqavilədən görünür ki, İmei kod **********26178 OPPO A58 markalı telefon üçün hər ay nağd qaydada 49 manat ödəməklə, 12 ay müddətinə 588 manat qiymətə Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 18865462 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək İddiaçı MMC–yə hər ay 49 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 16952138 saylı müqavilədən görünür ki, JBL WAVE qulaqlıq üçün hər ay nağd qaydada 9,5 manat ödəməklə, 18 ay müddətinə 190 manat qiymətə Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 16952138 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2026cı il tarixədək İddiaçı MMC–yə hər ay 9,5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 14064829 saylı müqavilədən görünür ki, JBL WAVE qulaqlıq üçün hər ay nağd qaydada 50,5 manat ödəməklə, 12 ay müddətinə 190 manat qiymətə Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 14064829 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək İddiaçı MMC–yə hər ay 50,5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC–yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 268,35 manat əsas borc, 26,65 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 171 manat əsas borc, 17 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50,43 manat əsas borc, 5,57 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən X1 ünvanlanmış xx.xx.2024cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, cavabdeh xx.xx.2023-cü il tarixli 18865462 saylı müqavilədən görünür ki, İmei kod **********26178 OPPO A58 markalı telefon üçün hər ay nağd qaydada 49 manat ödəməklə, 12 ay müddətinə, xx.xx.2024-cü il tarixli 16952138 saylı müqavilədən görünür ki, JBL WAVE qulaqlıq üçün hər ay nağd qaydada 9,5 manat ödəməklə, 18 ay müddətinə, xx.xx.2023-cü il tarixli 14064829 saylı müqavilədən görünür ki, JBL WAVE qulaqlıq üçün hər ay nağd qaydada 50,5 manat ödəməklə, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 268,35 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 171 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50,43 manat borcu qalmaqdadır. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 268,35 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 171 manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə 50,43 manat pul tutulmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmədə müəyyən olundu ki, cavabdeh ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödənilməsini öhdəliyinə götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 26,65 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 17 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5,57 manat cərimə borcu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 268,35 manat əsas borc, 26,65 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 171 manat əsas borc, 17 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50,43 manat əsas borc, 5,57 manat cərimə borcu olmaqla cəmi 539 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-652/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-652/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver